Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Baş pediatr: Azərbaycanda uşaqlar arasında peyvəndləmə pulsuz həyata keçirilir
Baş pediatr: Azərbaycanda uşaqlar arasında peyvəndləmə pulsuz həyata keçirilir |
"Azərbaycanda uşaqlar arasında peyvəndləmə pulsuz həyata keçirilir. Bu gün heç kim deyə bilməz ki, uşaqlar üçün vaksin çatışmazlığı var".
Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bu gün ölkədə immunoprofilaktika tədbirlərinin vəziyyətinə həsr olunan tədbirdə çıxış edərkən deyib. Baş pediatr deyib ki, müstəqillik illərinin əvvəlində uşaqlar yalnız 5 xəstəliyə görə peyvənd edilirdi: "Amma bu gün Azərbaycanda uşaqlar Avropanın ən inkişaf etmiş ölkələrində olduğu kimi peyvənd edilir". N.Quliyevin sözlərinə görə, hazırda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. N.Quliyev deyib ki, dünyada alimlər tərəfindən peyvəndə bəznər profilaktika üsulu və ya müalicə yolu tapmağa cəhd edilsə də, buna nail olunmayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva bildirib ki, Azərbaycanda bu ilin ilk 4 ayı ərzində peyvənd olunacaq uşaqların sayına görə ölkə üzrə əhatə olunma, yenidoğulmuşların vərəm əleyhinə (BCG) peyvəndi ilə 96,9 faiz, Hepatit B (HepB) peyvəndi ilə 98,8 faiz, poliomielit (OPV0) ilə 97 faiz səviyyəsində olub. Onun sözlərinə görə, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus əleyhinə beşvalentli (GDTHibHepB3) peyvəndi ilə əhatə olunma 95,1 faiz, OPV3 peyvəndi ilə 96,5 faiz, pnevmokok əleyhinə (Pk) peyvəndi ilə 95 faiz təşkil edib. Bu ilin fevral ayından İnaktivləşdirilmiş poliomielit vaksininin tətbiqinə başlanılıb. Bu dövr ərzində respublika üzrə əhatə olunma 85 faiz təşkil edib. G.Azadəliyeva deyib ki, ölkədə İmmunlaşdırma həftəsi ərzində BCG vaksini ilə 326, difteriya, göyöskürək və tetanus əleyhinə GDT vaksini ilə 1 439, difteriya-tetanus əleyhinə DT vaksini ilə 1 356, poliomielit əleyhinə OPV vaksini ilə 4 145, qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 2 718, hepatit əleyhinə Hep "B" vaksini ilə 175, beşvalentli GDTHibHepB vaksini ilə 3 100, onvalentli kanyuqasiya olunan pnevmokok vaksini ilə 2 555 və A vitamini ilə 1 712 uşaq əhatə olunub. Eyni zamanda, immunlaşdırma həftəsi ərzində böyük yaşlı əhali arasında qızılca və məxmərək əleyhinə QM vaksini ilə 119 nəfərə vaksinasiya aparılıb. Geri dön |