Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin sabiq vəzifəli şəxslərinin həbs müddəti artırıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin sabiq vəzifəli şəxslərinin həbs müddəti artırıldı

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin sabiq vəzifəli şəxslərinin həbs müddəti artırıldı


Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq vəzifəli şəxslərinin həbs müddəti artırılıb.

Prokurorluq orqanının vəsatətlərinə Səbail rayon məhkəməsində baxılıb. Məhkəmənin qərarları ilə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və qurumun sabiq baş mühasibi Oqtay Rüstəmovun barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Fevral ayında məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qərarı 3 ay uzadılmışdı.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Geri dön