Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər
Bir sıra dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər |
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə və Azərbaycanın bütün dost xalqına səmimi təbriklərimi çatdırıram. Tacikistan Azərbaycan ilə dostluq və çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri bütün istiqamətlər üzrə möhkəmlətmək və inkişaf etdirmək əzmindədir. Əmin olduğumu bildirirəm ki, biz ümumi səylərimiz sayəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin xalqlarımızın ümdə mənafelərinə uyğun, dinamik inkişafını təmin edəcəyik. Biz bunun üçün zəruri olan hər cür səy göstərmək əzmindəyik. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". X X X Norveçin Kralı V Haralddan: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına xoş arzularımı çatdırır, firavanlıq diləyirəm". X X X Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza tərəqqi, rifah diləyirəm. Bizim son görüşlərimiz xalqlarımız arasında səmimi dostluğun, Serbiya Respublikası ilə Azərbaycan Respublikasının tərəqqisi və sabitliyi naminə strateji əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində birgə marağın mövcudluğunu bir daha təsdiq etdi. Sizin rəhbərliyiniz ilə dost Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə Zati-alinizə təşəkkürümü bildirirəm. Belqrad şəhərində növbəti görüşümüzü səbirsizliklə gözləyir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". X X X Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Sizi Azərbaycan Respublikasının böyük bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qazaxıstan qardaş Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur. Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm". X X X Çilinin Prezidenti Mişel Baçelet də dövlətimizin başçısını təbrik edib. Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Çili xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xalqınıza və ölkənizə rifah və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm. Çili Respublikası və Azərbaycan Respublikası arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsini arzulayır, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir və bir daha Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm". X X X İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi də Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə xalqlarımıza və ölkələrimizə əmin-amanlıq, sabitlik, rifah diləyir, Sizə işlərinizdə uğurlar arzulayıram. Allah eşidən və dualara cavab verəndir! Zati-aliləri, dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm". Geri dön |