Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkili Fərəc Quliyev:“Yeri gələndə, düşmən ərazisinə girib partizan müharibəsinə də əl ata bilərik"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Millət vəkili Fərəc Quliyev:“Yeri gələndə, düşmən ərazisinə girib partizan müharibəsinə də əl ata bilərik"

Millət vəkili Fərəc Quliyev:“Yeri gələndə, düşmən ərazisinə girib partizan müharibəsinə də əl ata bilərik"


Dağlıq Qarabağ ətrafında gedən proseslərlə bağlı keçmiş döyüşçü olan siyasilərimizin mövqeyini öyrənmək ictimaiyyət üçün də maraqlıdır. Xüsusilə də bu gün parlamentdə təmsil olunanların mövqeyi. Ən azı ona görə ki, döyüşçü deputatların rəsmi Bakının Qarabağ siyasətinə təsir imkanları sadə vətəndaşlardan daha çoxdur.

Bəs, görəsən, onlar son zamanlar beynəlxalq ictimaiyyətin tərəflərə təklif etdikləri prinsiplərə necə baxırlar?

Bizi maraqlandıran bu suallara Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə söhbətimizdə cavab tapmağa çalışdıq. MDHP sədrinin Starteq.az-a müsahibəsini təqdim edirik:




(Əvvəli bu linkdə: strateq.az/manshet/62266/fərəc-quliyev.html )

–Bayaq bir söz dediniz. Həbsxanada olarkən iqtidarlı müxalifətli bütün siyasiləri bir araya gətirmək və Qarabağla bağlı memorandum imzalamaqdan bəhs etdiniz. Niyə o təşəbbüsü bu gün də davam etdirmirsiniz? Bu, həm də iki qütb arasında dialoqa verilmiş bir töhfə olardı…

-Mən bu işi davam etdirdim. Məhbəsdən sonra bu fikri dəfələrlə gündəmə gətirdim. Hətta məsələni parlamentdə qaldırdım. Dedim ki, gəlin, bir Qarabağ kommisiyası yaradaq, iqtidarlı, müxalifətli hər kəs bu kommisiyada iştirak etsin, bütün ictimai, siyasi təşkilatlar Azərbaycanın milli maraqlarını ifadə edən memorandum imzalasın. Yenə də sizin vasitənizlə bu təklifimi gündəmə gətirmək istəyirəm. Çünki problem hələ də öz aktuallığını qoruyur. Bu məsələnin müzakirəyə çıxarılması çox faydalı işdir. Əvvəla, dediyiniz kimi, siyasi qurumlar arasında dialoq ortamı yaranar və sonrakı mərhələlərdə başqa problemlərin də müzakirəyə çıxarılmasının və həllinin önü açılar. İkincisi, hakimiyyət arxayın olar ki, Qarabağ kartından kimsə istifadə edə bilməyəcək və diplomatik masa arxasında daha rahat oturar. Müxalifət və ictimaiyyət əmin olar ki, hakimiyyət Qarabağ məsələsində ayrı cür addım atmayacaq, problemi başqa formatda gizli həll etməyəcək. Ən mühümü də odur ki, kənardan Azərbaycana təzyiqlər olanda bu memorandum ildırımötürücü fünksiya daşıyar. Rəsmi Bakının “hər şey bizdən asılı deyil” deməsi üçün əsas yaranar, cəmiyyəti, bir növ, öz arxasına almış olar. Təklifim yenə öz qüvvəsindədir, məncə, istifadə etmək lazımdır…

–Siz bu təşəbbüsü müxtəlif siyasi çevrələrlə görüşlərinizdə də qaldıracaqsınız?

-Mən sadəcə təşəbbüs qaldıra bilərəm. Təşəbbüsün həyata keçməsi isə daha çox hakimiyyətdən asılıdır.

-Bayaq mərhələli həllə bağlı bir fikir dediniz. Haqlı olaraq bildirdiniz ki, mərhələli həll variantı da əslində problemi dondurmağa xidmət edir. Bu isə Rusiyanın maraqlarına uyğundur. Çünki istədiyi an problemi yenidən aktuallaşdıra biləcək. Bizim diplomatlarımız isə Azərbaycan üçün ən uğurlu variantın mərhələli həll olduğunu bildirirlər. Belə bir məşhur məsəl var: şeytan detallarda gizlənir. Sizcə, diplomatiyamız detallarda gizlənən bu şeytanı niyə görə bilmir?

-Son zamanlar diplomatiyamızın fəallaşdığı müşahidə olunur. Əcnəbi diplomatlar sərhəd bölgələrinə aparılır, onlara konfliktin mahiyyəti barədə lazımi informasiyalar verilir. Əvvəl bu cür fəaliyyətlər az idi, indi daha çox artıb. Ölkədən kənarda da səfirliklərimiz müəyyən işlər görürlər. Mən xarici siyasətimizin bu şəkildə qurulmasını təqdir edirəm. Biz, nəhayət ki, topu rəqib meydançasına atmağı bacarmalıyıq. Bu istiqamətdəki fəaliyyət baxımından Prezident xarici diplomatiya idarəsindən bir addım qabaqdadır. O, dəfələrlə bəyan edib ki, nəinki Dağlıq Qarabağda ikinci erməni dövləti yaratmağa imkan vermək olmaz, hətta Ermənistanın özü Qərbi Azərbaycan torpaqlarında yaradılmış bir dövlətdir, onun məsələsinə baxılmalıdır. Məncə, Azərbaycan diplomatiyası işini bu istiqamətdə qurmalıdır. Yəni ermənilər bizə “təmas xəttinə müşahidə qurğuları yerləşdirək” deyəndə bizim diplomatlarımız Qərbi Azərbaycan məsələsini gündəmə gətirməlidirlər. Beynəlxalq məhkəmələrdə Qərbi Azərbaycanda və Qarabağda yaşayan insanlarımıza zərər vurulması ilə bağlı təzminat davaları açmalıyıq. Çünki 20 ildən çoxdur ki, bizim var-dövlətimizi daşıyıb aparıblar, insanlarımıza maddi, mənəvi ziyan vurublar. Bunlar mütləq öz hüquqi qiymətini almalı və dünya erməni vəhşiliyinin əsl mahiyyətini görməlidir. Əslində bu məsələləri araşdıran komitə var və ona Xanhüseyn Kazımlının rəhbərlik edir. Komitənin hesablamasına görə, ermənilərin bizə vurduğu zərər 400 milyard dollardan artıqdır və bu, hələ maddi ziyandır. Bir də vurulan mənəvi ziyan var ki, bunu maddi dəyərlərlə ifadə etmək mümkün deyil. Biz danışıqlarda bu məsələləri qaldırmalıyıq. “Bu rayon indi, o biri rayon sonra qaytarılsın” kimi məsələlər danışıq predmeti olmamalıdır. Biz artıq hücum taktikasına keçməliyik. Qətiyyən narahat olmamalıyıq ki, kiminsə arxasında böyük dövlətlər durub. Tutaq ki, həmin böyük dövlətin özü bizə hücum etsə, böyükdür deyə, ona müqavimət göstərməyəcəyik? Evimizi-eşiyimizi həmin böyük dövlətin işğal etməsinə göz yumacağıq? Bu cür situasiyalar qarşısında yeganə bir yol var-döyüşmək. Qüvvələr bərabər deyilsə, partizan müharibəsi aparmalısan. Yeri gələndə, düşmən ərazisinə girib terrora da əl ata bilərik. Əgər söhbət vətəni qorumaqdan gedirsə, istənilən mübarizə yolu məqbuldur. Vətən bir millətin namusudur. Namus üçün istənilən fədakarlığa getməyi bacaranlar yalnız qələbə qazana bilərlər. Dünyada assimetrik müharibə aparıb qələbə çalan çox dövlətlər var. Xüsusilə, müasir çağımızda bu cür hallarla tez-tez qarşılaşırıq. Biz də yeri gələndə bu təcrübələrdən istifadə etməliyik. Ondan sonra kim kimin arxasında durub, özü bilər. Təbii ki, biz hər kəslə dinc qonşuluq şəraitində yaşamağa üstünlük veririk. Özəlliklə də yaxın qonşumuz olan Rusiyayla. Hər dövlətlə olduğu kimi onunla da normal münasibətlər arzulayırıq, ərazi bütövlüyünə hörmət edirik. Bizim insanlarımız orda çalışırlar, ölkəmizə xeyir verirlər. Bir sıra alimlərimiz, işçi qüvvəmiz, bir milyondan çox vətəndaşımız Rusiyadadır. Bu ölkəylə bizim heç bir problemimiz yoxdur. Eyni münasibəti də ondan gözləyirik. Necə ki, Yeltsinin dövründə ikitərəfli, bərabərhüquqlu müqaviləmiz var idi. Hörmətə hörmət prinsipiylə münasibətlərimiz qurulmuşdu. Amma kimsə gəlib bizimlə düşmənçilik edəcəksə, ərazimizi işğal edənin arxasında duracaqsa, təbii ki, eyni münasibəti görəcək. Bunun başqa yolu yoxdur.

-Status məsələsi ilə bağlı fikiriniz necədir? Danışıqların bir mövzusu da budur və belə anlaşılır ki, rəsmi Bakı onu mərhələli həllin ən son predmeti kimi qəbul edir və deməli, mümkün hal kimi baxır. Halbuki, ermənilərin vaxtilə çox yüksək statusları vardı, bununla razılaşmadıqlarına görə, Dağlıq Qarabağ problemi çıxdı. İndi biz onlara necə bir status verə bilərik?

-Bizim partiyanın Qərbi Azərbaycan departamenti var. Bu departament belə məsələləri araşdırır və partiyamızın mövqeyini ortaya qoyur. Partiyamız açıq şəkildə bildirib ki, Qərbi Azərbaycandan qovulan insanların hüquqları bərpa olunmalıdır. Əvvəla, bunlar abrogen-həmin ərazilərin yerli sakinləridirlər. Hətta siz də bilirsiniz ki, Ermənistan o zaman yaradılanda bağlanan müqavilənin tələblərindən biri də bu idi ki, orda yaşayan türklərə toxunulmayacaq, əmlakları, milli mənəvi dəyərləri qorunacaq. Amma onlar öz tarixi ərazilərindən qovuldular. Deməli, müqavilənin şərti pozuldu. Hesab edirəm ki, status məsələsi müzakirəyə çıxarılanda bu məsələ də gündəmə gətirilməli, ilk növbədə qaçqınlar öz yurd-yuvalarına qaytarılmalı, Qarabağda yaşayan ermənilərlə eyni statusa malik olmalıdırlar. Bəzən bizim politoloqlar da səhv bir fikir irəli sürürlər. Deyirlər ki, Dağlıq Qarabağdan qovulan azərbaycanlılar geri qayıtsın, sonra statusu müəyyənləşdirən refendum keçirilsin…

-Bəli. Halbuki, geri qayıdacaq qaçqınlar, uzaq başı, Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşa bilərlər. Referendumun isə Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulur. Belə çıxır ki, referendumda işğaldan azad olunmuş ərazilərə qayıdan azərbaycanlılar iştirak edə bilməyəcəklər…

-Bu, hələ məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi də var. Hansısa ayrıca götürülmüş ərazidə referendum keçirilə bilməz. Buna nə Konstitusiyamız, nə də beynəlxalq hüququn fəlsəfəsi icazə verir. Referendum xalqın səs verməsi deməkdir. Bölgədə referendum keçirmək olmaz. Yəni bir bölgə parçası olduğu ölkəyə öz iradəsini diktə edə bilməz. Bölgə iradəsinin ölkə iradəsindən üstün olması məntiqən də mümkün deyil. Bu məsələni də danışıqlar prosesində qabartmalıyıq. O ki qaldı statusa, bu, ya iqtisadi, ya da mədəni xarakter daşıya bilər. Belə deyək, həmin ərazilərdə azad iqtisadi zona yaratmaq, xaricdə yaşayan erməni əsillilərin rahat gedib gəlməsini təmin etmək üçün sadələşdirilmiş viza rejimi keçmək olar. Bilirsiniz ki, bu gün Suriyada, Türkiyədə, Rusiyada erməni əhalisi yaşayır. Bunlar arasında qohumluq əlaqələri var. Azərbaycan öz vətəndaşlarının qohumlarıyla rahat əlaqə saxlamasında maraqlı tərəf kimi çıxış edə bilər. Digər tərəfdən, Qarabağ ermənilərinin öz mədəniyyətlərini qorumaq hüququ var və biz də buna şərait yaratmalıyıq. Status da bu çərçivədə olmalıdır və amma, yenə də təkrarlayıram, Dağlıq Qarabağda ermənilərə verilən statusun eynisi Qərbi Azərbaycana qayıdacaq soydaşlarımıza da şamil edilməlidir.

-Fərəc bəy, ermənilərə, hansı şərtlər daxilində olursa olsun, verdiyimiz statusun eynisini başqa etniklər istəsə, nə olacaq? Sizə elə gəlmir ki, Azərbaycan diplomatiyasının qəbul etdiyi və ya etmək məcburiyyətində qaldığı bu prinsip əslində ölkəmizdə separatizm meyllərini artıracaq tələdir?

-Yadınızdadırsa, 90-cı illərin sonlarında Moskvada bir plan hazırlanmışdı-Azərbaycanın federativ dövlətə çevrilməsi planı. Hətta vaxtilə Bakının ayrıca bir dövlət kimi tanımaq planları mövcud olub. Daha sonra yeni proje ortaya atıldı-Talış Muğan Respublikasını qurmaq kimi. Sadval vasitəsilə bənzər proyekt ölkəmizin şimalında yürüdüldü. Bu cür fikirlərin gündəmə gətirilməsi son vaxtlar da aktivləşib. Bilirsiniz ki, Moskvada bir müddət əvvəl yaradılmış şərti adı “Milyarderlər İttifaqı” olan qurum ortaya çıxanda burda, az qala qəhrəman kimi qarşılanan Abdullatifov ölkəmizin ərazilərinə iddia edən fikirlər səsləndirmişdi. Azərbaycanın şimalında yaşayan ləzgiəsilli vətəndaşlarımızla əlaqədar səsləndirilən bu fikirlər arzuladıqları reaksiyanı doğurmadı. Ləzgiəsilli vətəndaşlarımız bu təxribata getmədilər, vətənə bağlılıqlarını nümayiş etdirdilər. Hesab edirəm ki, bu məkrli planlar həqiqətən də var, amma onlar baş tutmayacaq. Çünki Azərbaycanda rəvacda olan millətçilik etnik əsaslara yox, dövlətçilik prinsiplərinə söykənir. Bizim üçün ərazi bütövlüyümüz uğrunda şəhid olmuş talış da, ləzgi də, yəhudi də, rus da, türk də eyni dərəcədə qiymətlidir. Bizim üçün vətənçilik əsasdır. Biz Azərbaycançılıq təfəkkürünü daşıyırıq. Baxmayaraq ki, türk etnosu bu ərazilərdə çoxluq təşkil edir və tarix boyu digər etniklərin qorunmasını, mədəniyyərlərinin davam etdirməsinin qarantına çevrilib. Bu fikrin ən gözəl sübutu tarix boyu birgə yaşamağımızdır. Azərbaycan xalqını təşkil edən bütün etnoslar yüzillərlə eyni ərazilərdə yaşasalar da, öz kimliklərini qoruya biliblər. Bu fakt bizim bütün hər kəsə, milli mozaikamıza rəng qatan və zənginləşdirən hər topluma özümüz kimi baxdığımızı göstərir. Düşünürəm ki, bütün vətəndaşlarımız da mənimlə eyni fikirləri bölüşdüyü üçün bu məkrli projelər indiyə qədər tutmayıb və tutmayacaq da…

-Haqlısınız. Amma siz də etiraf edirsiniz ki, bu məkrli proje var və erməni kartı da əslində böyük planda buna xidmət edir…

-Əlbəttə, bunu inkar etmək mümkün deyil. Bu gün Ermənistanda və Şuşada talış radiosu, televiziyası yayımlanır. Məqsəd əsrlər boyu bir yerdə yaşayan, eyni taleni bölüşən, dolayısıyla millətləşən bir toplumu parçalamaq, müqavimətini qırmaqdır. Halbuki, Azərbaycan kifayət qədər tolerant bir ölkədir. Nə hansısa bir partiyada, nə parlamentdə, nə icra aparatında bu ayrıseçkiliyi görmək mümkündür. Kimsə belə bir məkrlə bizim birliyimizi pozmaq istəyirsə, biz buna əsas verməli deyilik. Dövlət bu cür məsələlərdə öz gücünü ortaya qoymalıdır. Dövlət bir atadır. O, öz övladını bağrına basdığı kimi, nankorluq etdiyi zaman onun qulağını burmağı da bacarmalıdır. Biz bölücülük yox, bütövlük axtarmalıyıq.

-Sizin bayaq vurğuladığınız bir məsələyə qayıtmaq istəyirəm. Dediniz ki, Qarabağ məsələsində müxalifətlə iqtidar koordinasiyalı şəkildə iş qurmalıdır. Doğrudan da ermənilərin danışıqlar masasında üstünlük qazanmasının başlıca səbəblərindən biri də elə budur. Yəni Sarkisyan yeri gələndə müxalifətin etirazını bəhanə gətirib Azərbaycanın haqlı tələblərindən boyun qaçırır. Bizə gəldikdə isə, tamamilə başqa mənzərəylə qarşılaşırıq. Faktiki olaraq, ölkədə müxalifətin formalaşmasına və qüvvətlənməsinə imkan verilmir. Partiyalar ya müxtəlif yollarla susdurulur, ya da sıradan çıxarılır. Nəticədə hakimiyyət ölkənin yeganə iradə sahibi kimi görünür. Maraqlıdır ki, diplomatik masalarda güzəşt tələb olunan tərəfdə bizik. Sizcə, bu iki hal bir-birinin nəticəsi deyil? Yəni xarici diplomatların əsl iradə sahibindən güzəştə getməyi tələb etməsi qayət normal deyilmi? Rəsmi Bakı bu siyasətlə özü öz əlini niyə zəiflədir?

-Maraqlı məqama toxundunuz. Düşünülmüş xarici siyasətlər yürütmək lazımdır. Bu isə müxalifətsiz mümkün deyil. Məsələn, Rusiyada bəzən Jirnovski ortaya çıxıb ilk baxışdan sərsəm sayıqlaması kimi görünən bəyanatlar verir. Dərininə varanda isə həmin fikirlərin Kremlin içindən gəlib Jirnovskinin boğazından çıxdığını görürük. Yaxud Rusiyaya qarşı hər hansı kiçik bir təzyiq olanda müxalifət məsələni faciələşdirir və hakimiyyətin istefasını tələb edir. Bizdə də, ən azından, Qarabağ məsələsində iqtidarla müxalifətin bu cür düşünülmüş mövqe ortaya qoymasına ehtiyac var. Bu mövqe ortaya qoyulmadığı üçün həqiqətən də xaricdən Azərbaycan hakimiyyəti külli ixtiyar sahibi kimi görsənir və beynəlxalq güclər fikirləşirlər ki, rəsmi Bakı öz xalqı üzərində bu qədər iradə sahibidirsə, deməl, təzyiqlərlə onu güzəştə məcbur etmək olar. Bu məqsədlə bəzən Azərbaycana təzyiq etmək üçün müxtəlif qurumlar yaradıb pressinq siyasətinə başlayırlar. Müxalifət güclü olarsa və idarəetmədə iştirak edərsə, fərqli bir mənzərə yaranar. Təzyiq silahı Azərbaycan rəsmilərinin əlinə keçər. Niyə Azərbaycan parlamentinin spikerlərindən biri müxalifət nümayəndəsi olmamalıdır? Yaxud kommisiya sədrlərindən, dostluq qrupu rəhbərlərindən bəziləri müxalifətdən olsa, hakimiyyət nə itirər?

-Bəs niyə hökumət bunu etmir?

-Mənə elə gəlir ki, bu, məmurların öz içlərinə həddindən artıq qapanmasından irəli gəlir. Mən bayaq sizə bir misal çəkdim. Məmurların bu ürkək siyasətinin nəticəsində bəzən prezident öz sinəsini qabağa verməli olur. Məsələn, o, məcbur olub açıq şəkildə Ermənistanla bağlı sərt bəyanatlar verdi. Çünki bunu xarici işlər naziri demək istəmir, kiminsə yanında pis olacağından çəkinirdi. Yaxud bir də görürsən ki, müxalifətlə hakimiyyət arasında dialoq gedir, yuxarılarda hər şey öz qaydasındadır. Rayonlarda isə müxalifətçiləri əzirlər. Partiyaların yerli rəhbərlərini həbs edirlər, onların adi bələdiyyələrdə iştirakına şərait yaratmırlar. Halbuki, bu, təkcə hüququn bölünməsi məsələsi deyil, sizin də işarə etdiyiniz kimi, həm də məsuliyyətin paylaşılmasıdır. Yerli problemlər birgə müzakirələr nəticəsində həll olunarsa, mərkəzə gəlməz, ölkənin idarə olunması da asanlaşar. Bu məsələdə sizinlə razılaşıram.

Son

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az

Geri dön