Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda avtobuslar üçün ayrıca zolaqlar yaradılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda avtobuslar üçün ayrıca zolaqlar yaradılır

Bakıda avtobuslar üçün ayrıca zolaqlar yaradılır


Bakıda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılır. Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, ayrıca zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

N.Allahyarovanın sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzrədir:

"Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib. Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobus idi. Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edirdi".

Geri dön