Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov |
O, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunudur.
Vəndama təyinat alsa da H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə Bakıda müəllimliyə düzəlmiş, rus-tatar məktəvlərinin birində əvvəlcə adi sinif müəllimi,bir müddətdən sonra isə direktor işləmişdir.II Dövlət Dumasının deputatı kimi geniş fəaliyyət göstərmişdir. Duma buraxılandan sonra öz iş yerinə bərpa oluna bilməmişdir.Sonralar yenidən təhsil sahəsinə qayıda bilmişdir. M.Mahmudov haqqında Azərbaycan və rus dillərində bir neçə yazımı oxuculara çatdırmışam. Haqqında çoxlu arxiv materialları toplamışam. Həkimlərin köməkliyi ilə müalicəmi qurtaran kimi növbəti iri həcmli yazımı sizlərə təqdim edəcəyəm. Milli Şura Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsinin mətni Rusiyada 1917-ci il fevral inqilabı qələbəsindən sonra Dövlət Dumasındakı Zaqafqaziyadan olan deputatların təşəbbüsü və müvəqqəti hökumətin qərarı ilə Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarının üzvlüyü ilə Xüsusi Zaqafqaziya Komitəsi yaradılmışdı. 1917-ci ilin oktyabrında Petroqradda hakimiyyəti ələ keçirən bolşeviklər Rusiya Sovet Federativ Sosialist Respublikasını elan edirlər. Bolşeviklərin Petroqraddakı çevrilişi Zaqafqaziyada rəğbətlə qarşılanmır. 1917-ci il noyabrın 15-də Tiflisdə bu ərazidə yaşayan üç xalqın (Azərbaycan, gürcü və erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı yaradılır. 1917-ci il noyabrın 26-28-də Qafqazdan Rusiya Müəssislər Məclisinə seçkilər keçirilir. 1918 ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər Məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukturunun yaradılmasını qərara alır. Zaqafqaziyadan Rusiya Müəssislər-Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə hakimiyyət orqanı kimi, Zaqafqaziya Seyminin yaradılması qərara alınır. Zaqafqaziya Seymində Azərbaycanı 44 deputatdan ibarət dörd müsəlman partiyası -"Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları təmsil edirdi. Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilmişdir. Mayın 27-də artıq keçmiş Seymin Müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırmış və Müvəqqəti Milli Şura yaratmağı qərara almışdı. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirilmiş və Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsi məsələsi müzakirə edilmişdir. İstiqlaliyyətin elan olunması haqqında teleqram. 1918, 30 may Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etmiş, müstəqillik haqqında Akt - İstiqlal bəyannaməsi qəbul etmişdir. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər: Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qalmışlar. Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar. Həmin iclasda Milli Şura ilk müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir. Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir. Azərbaycan Milli Şurasının tərkibi "Müsavat" və demokratik bitərəflər qrupu Məmməd Yusif Cəfərov Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə Nəsib bəy Yusifbəyli Həsən bəy Ağayev Xosrov Paşa bəy Sultanov Məmməd Həsən Hacınski Mir Hidayət Seyidov Fətəli xan Xoyski Xəlil bəy Xasməmmədov Qazı Əhməd Məhəmmədbəyov Aslan bəy Qardaşov Şəfi bəy Rüstəmbəyli Cavad bəy Məlik-Yeqanov Mustafa Mahmudov Mehdi bəy Hacıbababəyov Hacı Molla Səlim Axundzadə Mehdi bəy Hacınski Xudadat bəy Məlik-Aslanov Müseyib Əxicanov Lütfəli bəy Behbudov Firudin bəy Köçərli İbrahim ağa Vəkilov Həmid bəy Şahtaxtinski Rəhim Vəkilov Ələsgər Mahmudbəyov Yusif əfəndi Əfəndizadə Mirzə Cəlal Yusifzadə Məmmədrza ağa Vəkilov İslam bəy Qəbulov Müsəlman sosialist bloku İbrahim bəy Heydərov Əlixan Qantəmir Aslan bəy Səfikürdski Əhməd Cövdət Pepinov Bağır Rzayev Camo Hacınski Məhəmməd Məhərrəmov "Rusiyada müsəlmanlıq" ("İttihad") Sultanməcid Qənizadə Mir Yaqub Mehdiyev Heybətqulu Məmmədbəyov Müsəlman sosial-demokrat menşevik partiyası "Hümmət" Cəfər Axundov İbrahim Əbilov Əkbər Ağa Şeyxülislamov Səmədağa Ağamalıoğlu Geri dön |