Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı

Serj Sarkisyan və Nikola Sarkoziyə məktub yazan azərbaycanlı qız ortaya çıxdı


Zərifə Quliyeva: “Ermənistan yalan danışır, mən burdayam”

20 yaşlı Zərifə Quliyeva. Dünya onu Fransanın dövlət başçısı Nikola Sarkozi və Ermənistan prezidenti Serj Sarkisyana göndərdiyi məktublar sayəsində tanıdı. Xocalılı qızın məktubunda söhbət 20 il əvvəl Xocalı törədilən qanlı cinayətdən gedirdi. Hələ anasının bətnindəykən soyqırımını yaşayan Zərifə atası da daxil olmaqla 22 qohumunu itirib.

Soyqırımının 20-ci ildönümündə 20 yaşlı qızın Nikola Sarkozi və Serj Sarkisyana yazdığı məktublara ilk reaksiya İrəvandan gəldi. Erməni tərəfi məktubun mövcudluğunu etiraf etsə də, Zərifə Quliyeva adlı adamın olmadığını iddia edir.

Amma Türkiyənin “Hürriyet” qəzeti Zərifə Quliyevanı tapıb. Hazırda anası ilə İstanbulda olan Zərifə qaldığı oteldə qəzetə müsahibə verib. Türkiyəyə anası Rahilə Quliyeva ilə birlikdə gedən xocalılı qız bu gün mətbuat konfransı keçirəcək və Xocalı soyqırımı barədə məlumat verəcək.

Zərifə Quliyeva Bakıda ali məktəbin ikinci kursunda oxuyur. Riyaziyyat ixtisası üzrə təhsil alır və ali təhsilini başa vurdundan sonra Türkiyədə işləmək istəyir: “Buranı çox sevirəm”.

Zərifə rəsmi İrəvanın yalanlarını da ifşa edib: “Ermənistan yalan danışır, mən burdayam. Məktubda yazılanlar mənim fikirlərimdir, özüm qələmə almışam. Anlatmalıydım. Bundan sonra susa bilməzdim”. Zərifə Quliyeva jurnalistin “Nə istəyirsən?” sualına belə cavab verib: “Kədərimə hörmət göstərilməsini, acımın qəbul edilməsini istəyirəm. Bir də torpaqlarımın geri qaytarılmasını…”.

Zərifənin anası Rahilə Quliyeva da Xocalı soyqırımından danışıb: “Qızım hələ dünyaya gəlməmişdi. İki yaşlı oğlum və həyat yoldaşım yanımda idi. Evdə oturmuşduq”. Onun sözlərinə görə, saat 21.30-da hücum başlayıb: “Mən dörd güllə yarası ilə qurtuldum. Oğlum və ərim öldü. Altı aydan sonra Zərifə doğuldu. Nə qardaşının, nə də atasının üzünü görüb”.

Geri dön