Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Paralel strukturlar ləğv olunmalıdır”
Fərəc Quliyev: “Paralel strukturlar ləğv olunmalıdır” |
Ölkə prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən sözügedən nazirlikdə struktur dəyişdirilib. Bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən aylarda jurnalistlərə açıqlamasında bildirib:
“Bu kimi islahatlar tək bizim sahəyə yox, digər sahələrə də şamil olunur. Yəqin ki, bu, Azərbaycan dövlətinin müasir dövrdə yeni idarəetmə üsullarından daha səmərəli istifadə olunması üçün yeni imkanlar açacaq. Prezidentin imzaladığı sərəncama əsasən, respublikada fəaliyyət göstərən 60-a qədər rayon bölmələri ləğv olunaraq 15 regional idarəsi yaradılıb. Bu günlər respublikanın bütün bölgələrində yerləşən mədəniyyət müəssisələri müəyyən dövrdə fəaliyyətini başlayaraq və bəziləri artıq müasir tələblərə, müasir standartlara cavab vermirlər. Sözsüz ki, təhlillər göstərir ki, onların təkmilləşdirilməsi zəruridir. Ona görə bu regional idarələrin formalaşdırılmasında heç bir hansısa faciəyə, ya da ki, hansısa ciddi şəkildə ixtisarların aparılması haqqında söhbət getmir”. Bu kimi islahatların aparılması dövlət büdcəsinə qənaət edilməsinə gətirib çıxaracaq. Bununla yanaşı, bu islahatların digər nazirliklərə də şamil olunması ciddi qənaət, həmçinin aylıq məvaciblərin artmasına gətirib çıxara bilər. Belə ki, islahatlar zamanı işdən ayılan nəfərin aylıq maaşının yarısını digər nəfərə verilsə, orta keyfiyyətli işin çıxmasına da təkan verə bilər. Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyinin rayonlar üzrə strukturları ləğv edilmiş, Nazirliyin regional bölmələri yaradılmışdı. Lakin bəzi qüvvələrin müqaviməti bu islahatı ləngitdi. Bəzi məlumatlara görə, İcra hakimiyyətlərində də struktur islahatları aparılacaq. Belə ki ölkənin bütün inzibati ərazi vahidləri üzrə icra hakimiyyətləri olmayacaq. Bütün rayonlar üzrə yox, ayrı-ayrı regionlar üzrə icra hakimiyyətləri yaradılacaq. Bununla bağlı “Cümhiryyət” qəzetinə açıqlama verən millət vəkili Fərəc Quliyev bildirib ki, Nazirlər Kabinetinin bir çox funksiyaları təkrarçılığa yol verir və bunlar ləğv olunmalıdır. Fərəc Quliyev: “Struktur islahatlar vacibdir” Onun sözlərinə görə, Nazirlər Kabinetinin bir çox funksiyaları təkrarçılığa yol verir və bunlar ləğv olunmalıdır. Hesab etmək olar ki, yerli idarəetmə ilə bağlı bəzi strukturların səlahiyyətləri alaraq bələdiyyələrə verməklə bəzi strukturları ləğv etmək mümkündür. Ümumiyyətlə, Azərbaycanda struktur islahatlar vacibdir və hansısa imkanlar varsa, artıq ştatları ləğv olunması lazımdır. Daha çevik aparat yaratmaq lazımdır. Ölkədə həddindən artıq pərakəndəlik və paralellik olduğu zaman hər kəs hər şeylə məşğul olmağa çalışır amma gerçəkdə heç kim heç nə ilə məşğul olmur. Ona görə funksiyaların bölünməsi və bu kimi islahatların aparılması vacibdir. Millət vəkili F.Quliyev həmçinin bildirib ki, mülkiyyət dövlətdə qalmaq şərti ilə bəzi strukturlar özəlləşdirlməlidir. Regional idarəetmə sisteminə keçilsə, dotasiya alan yerlərin belə dövlət büdcəsinə vəsait verməsi mümkündür. Parlamentdə bir neçə ildir dəfələrlə bildirmişəm ki, icra srtukturlarının funksiyalarını bələdiyyələrə verməklə yerli idarəediciliyi artırmaq lazımdır. “Bəzi nazirliklər ləğv olunsun, reional idarəetməyə keçsin, amma bələdiyyələrin səlahiyyətləri artırılsın. Yerli problemlərlə bələdiyyələrin məşğul olması vacibdir. Bəzi işləri bələdiyyələr görə bilər. Məsələn, kommunal sektorla icra strukturu deyil, birbaşa bələdiyyələr məşğul olmalıdır. Bu, onların büdcələrini normal şəkildə təmin edir, həm də qarşıya çıxan problemləri özləri həll edə bilərlər” -deyə F.Quliyev qeyd edib. Geri dön |