Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda bir-neçə ərazidə yerüstü piyada keçidləri inşa olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Bildiriş > Bakıda bir-neçə ərazidə yerüstü piyada keçidləri inşa olunacaq

Bakıda bir-neçə ərazidə yerüstü piyada keçidləri inşa olunacaq


Bakı şəhərində bir-neçə yerdə yerüstü piyada keçidləri inşa olunacaq.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən verilən əmlumata görə, piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq. Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcək. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

İlkin olaraq 7 bu cür yerdə keçidlərin inşa olunması üçün hazırlıq işləri görülür. Bu aşağıdakı ərazilərdir:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 27 və 27,8-ci km-i ( Ceyranbatan qəsəbəsi );
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i ( Sulutəpə qəsəbəsi );
Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;
Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsi;
Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisi.

Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri 2 aşırımlı ( orta dayaqlı ), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq.

"Xırdalan qəbristanlığı" yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1 aşırımlı ( orta dayaqsız ), metal konstruksiyalı və üstü açıq olacaq. Fiziki qüsurli insanların hərəkəti üçün bu keçidlər panduslarla təchiz olunacaqlar.

"Sabunçu körpüsü"ndən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı ( orta dayaqlı ) və üstü bağlı olacaq. Burda isə fiziki qüsurli insanların hərəkəti üçün xüsusi platformalar ( elevator ) quraşdırılacaq.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.

Geri dön