Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabahın gözlədiyi tərbiyəli, dərrakəli zəmanə uşaqları
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > Sabahın gözlədiyi tərbiyəli, dərrakəli zəmanə uşaqları

Sabahın gözlədiyi tərbiyəli, dərrakəli zəmanə uşaqları


Mən bu uşaqlara cəmi iki ay dərs demişəm O vaxt 7-ci sinifdə oxuyurdular. Bu il 9-cu sinfə keçməlidirlər.Nədənsə, dərs ilinin sonunda onlara dərs deməyi mənə tapşırdılar. Əksəri imkanlı ailədə böyüyən uşaqlardır.
Bu, özü cəmiyyətin möcüzəli yüksəlişidir; bəlkə də valideynləri çətinliklə böyüyüblər,. amma bəziləri məktəbə idarə maşınları ilə gəlirlər, bizim vaxtımızdakı kimi ev dərdi,eşik dərdi çəkmirlər,oduna getmirlər,suya getmirlər,hamısı öz gələcəklərinə ümidlə baxir.Valideyinlərinin yeganə istəyi onların yaxşı oxumalarıdır. Bu uşaqlar dünyada gedən hadisələrdən xəbərdardırlar,yay tətilini Biləcəridən çox-çox uzaqlarda keçirirlər, tətildən gələndən sonra yazdıqları inşalarında dünyanın 7 yox, bəlkə də 17 möcüzəsindən danışa bilirlər.
Sabahın gözlədiyi tərbiyəli, dərrakəli zəmanə uşaqları

Bu uşaqların bəlkə də yeganə çətinlikləri valideynlərinin belə çətinliklə anladıqları,başa düşdükləri dərslikdəki mövzu çətinlikləridir.
Baxın,baxın,yaxçı baxın, bu, bir dərsin ümumi mənzərəsinin bir hissəsidir.Vəziyyət çətindir,uşaqlar dərslikdəki problemlərlə qarşılaşıblar.Vəziyyətdən çıxmağa ümid varmı? Əlbəttə, var. Məktəblərdə milli təhsilə yol göstərən,milli dünyagörüşünə istiqamət verən mövzulardan söz açılmalıdır.Təhsil tariximizin dəyərli qaydaları müasir məktəblərə yol açmalıdır.Bu günün şagirddləri pzləri də hiss etmədən lazım oldu,olmadı avropalılaşırlar.Bu, bizə həmişə lazımdırmı? Şagirdləri Avropaya meyilləndirən sabahın həyat tərzidir.Onların çoxu ingilis dilində ingilisləri təəccübləndirə bilir.İngilislər onları yaxşı başa düşürlər,hətta yeri gəldi,gəlmədi tərifləyirlər.
Bu gün Azərbaycanın hər yerində- informasiya texnologiyalarından səmərəli istifadə olunur.Bəlkə tezliklə bugünkü məktəblərimiz ingilis dilində şeir də yazaşaqlar.
Mən həmişə demişəm ki, dil bilməyin birinci şərti həmin dildə şeir yazmaqdır.Təəssüf ki, bu gün Azərbaycanda xarici dili şeir yazmaq dərəcəsində bilən, tədris etməyi bacaran, demək olar ki, müəllim də, şagird də yoxdur.
Bir neçə il məktəbdə döşəmədə bardaş qurub dərs oxuyan Məhəmməd Füzuli üç dildə yüksək bədii dəyəri ilə dünyanaı heyran edən şeirlər yazmışdır.
Mükəmməl məktəb təhsili görməyən Aşıq Ələsgər Serbiyadan,Çernoqoriyadan söz açmış,Quranın təfsiri üçün çox gərəkli görünən məsələləri gündəmə gətirmişdir.
Seyid Əzim Şirvani elm dalınca Çinə getməsə də,ərəb dünyasına üz tutmuş,elə elmi məxəzlərdən faydalanmışdır ki, yazdıqları bu gün də ciddi tədqiqlər, elmi araşdırmalar mövzusudur.
Seyid Əzim Şirvani söz içində söz deməyi bacaran nüktədan şairdir.Onun eyham və işarələrini başa düşmək hələ çoxlarına nəsib olmayıb. S.Ə.Şirrvani təkcə Azərbaycan dilinin yox, ərəb dilinin də,fars dilinin rəmzini ərəbdən də,farsdan da yaxşı bilib.
M.Ə.Sabir 3-4 illik təhsillə dünyaya dərs deyib.
Bu gün məktəblərimizdə ana dilinin tədrisinə qayğı daha da artırılmalıdır.Bu gün nənələrin və babaların nəvələri ilə ünsiyyəti üçün yeni istiqamətlər müəyyənləşdirilməlidir.Dədəsini adını övladlarına verən bəzi valideynlər kökə bağılıq nümunəsini başqa şəkildə həyata keçirməlidirlər. Mənə elə gəlir ki,11-ci sinif şagirdi 2000 sözü bilməklə orta məktəbdə keçilən bütün fənləri mənimsəyə bilər. Amma bu, orta məktəbin məcburi leksikasıdır.
Dil - dəryadır.Bu dəryada üzməyi bacaran şagirdlərimiz və müəllimlərimiz, eləcə də təhsil rəhbərlərimiz ,demək olar ki, çox azdır.Etiraz edənlərin səviyyəsini yoxlamaq o qədər də çətin deyil.
...Bu şəklə diqqətlə baxın. Baxışlarından və mövzuya münasibətlərindən hiss olunur ki, onların hamısı böyük adam olmağa qadirdirlər. Amma işi elə qurmaq lazımdır ki,onların özləri özlərinə ümidlə baxsınlar. Ev də, eşik də, pul-para da bu gün var, sabah olmaya bilər.
Uşaqları gələcəyə elə istiqamətləndirmək lazımdır ki,onlar həyatı və həyatda ömür sürən bütün insanları tanıya bilsinlər.
Uşaqlar gələcəklərini özləri düçünməlidirlər.Onlara ancaq və ancaq döğru elmi,elmi-metodiki yol göstərilməlidir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika PrezidentininSərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

Bakı,01.06.2016.


Geri dön