Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Borçalı > Tbilisidə milli azlıqların problemləri müzakirə olunub
Tbilisidə milli azlıqların problemləri müzakirə olunub |
İyunun 6-da Tbilisidə “Gürcüstanda yaşayan milli azlıqların problemləri, seçki öncəsi və seçkilərdən sonra onların həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə “Gürcü arzusu”, “Xalq üçün dövlət”, “Qirçi”, “Vahid milli hərəkat” və digər partiyalarının üzvləri, etnik azlıqların qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı bildirilib ki, parlamentdə mandat qazanmaq istəyən siyasi partiyalar və onların nümayəndələri seçkilər ərəfəsində milli azlıqların problemlərini qabardaraq siyasi divident qazanmağa çalışırlar. Seçkilər başa çatdıqdan sonra isə problemlər və onların həlli yolları unudulur. Məqsəd milli azlıqların nümayəndələri ilə birgə bu məsələləri bir daha müzakirə etmək, siyasi partiya nümayəndələrinin mövqeyini öyrənməkdir. Sonra Gürcüstanda yaşayan Azərbaycan, erməni, osetin, rus, yezid və digər millətlərin nümayəndələri çıxış edib, etnik toplumların problemləri barədə məlumat verib, onların həlli ilə bağlı təkliflərini səsləndiriliblər. Məlumat verilib ki, bu gün Gürcüstanda 233 min azərbaycanlı yaşayır. Bu isə ümumi əhalinin 6,3 faizini təşkil edir. İkinci yerdə 168 min nəfərlə ermənilər (4,5 faiz) dayanır. Gürcüstan əhalisinin 0,7 faizini ruslar, 0,4 faizini osetinlər (Gürcüstanın işğal altında olan ərazilərində yaşayan osetinlər bu siyahıya daxil edilməyib), 0,3 faizini yezidlər və digər milli azlıqlar təşkil edirlər. Siyasi partiyaların nümayəndələri bildiriblər ki, seçkilər zamanı səsvermə hüququ olan milli azlıqların rolu danılmazdır. Buna görə də, onların problemləri diqqətdən kənarda qalmamalıdır. Onlar milli azlıqlarla bağlı xüsusi proqramlar hazırladıqlarını, hakimiyyətə gələcəkləri halda həmin proqramların icrasına başlanılacağını vurğulayıblar. Milli azlıqların nümayəndələri siyasi partiyaların seçkiqabağı platformlarında etnik toplularla bağlı müddəanın olmasının vacibliyini qeyd ediblər. Geri dön |