Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Onlar məsələnin dinc yolla həllində maraqlı deyil”
Fərəc Quliyev: “Onlar məsələnin dinc yolla həllində maraqlı deyil” |
Fərəc Quliyev: “Onlar məsələnin dinc yolla həllində maraqlı deyil”
Elşən Manafov: “İyunda erməni tərəfi Azərbaycanı provakasiyaya cəlb edə bilər” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyun ayında erməni həmkarı Edvard Nalbəndyanla görüşəcəyi ilə bağlı məlumatlar yayılsa da, Ermənistan tərəfi görüşü ləğv edib. Bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbandyanın Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib. Həmçinin iyun ayında Azərbaycam prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında da görüş keçiriləcək. Politoloqlar isə düşünürlər ki, xarici işlər nazirlərinin görüşü ölkə başçılarının görüşünə təsir göstərəcək. “Onlar məsələnin dinc yolla həllində maraqlı deyil” Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi danışıqlarda konkret nəticə tələb edir. Göründüyü qədər ölkə başçılarının görüşünün alınmaması artıq zəmindir. Ermənistan tərəfi çalışır ki, prezidentlərin görüşü zamanı artıq məsuliyyət daşıyan məsələlər olmasın və ya görüş baş tutmasın. Son zamanlar Rusiyanın davranışı ona dəlalət edir ki, Rusiya da indiki status-kvonun qalmasında maraqlıdır. Aprel savaşından sonra beynəlxalq güclər, ATƏT-in Minsk Qrupundakı həmsədrlər də “siz savaşı saxlayın, biz dinc yolla həll edək” desələr də, ötən dövrlərdə heç bir tədbir görməyiblər. Azərbaycan tərəfi isə aprel döyüşlərində bildirdi ki, siz dinc yolla məsələni həll etməyə hazır deyilsinizsə, biz də savaşmağa hazırıq. İndi isə Ermənista nərəfinin izahatını vermədən danışıqlardan yayınması onu göstərdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi məsələnin dinc yolla həllində maraqlı deyil. “Nazirlərin görüşünün baş tutmamasında Rusiyanın əli var” Politoloq Elşən Manafov bildirib ki, dövlət başçılarının görüşü ərəfəsində xarici işlər nazirlərinin görüşü bir sıra problemlərin həlli məqsədi ilə təşkil edilib. Nazirlərin görüşünün təxirə salınması belə bir fikir yaradır ki, dövlət başçılarının görüşü də baş tutmayacaq. Düşünürük ki, bu Ermənistan tərəfinin və onlara havadarlıq edən məlum dairələrin görüşlərinin baş tutmaması üçün düşünülmüş bir diplomatik fəndidir. Hər halda danışıqların baş tutmaması cəbhədə Ermənistan tərəfindən təxribat xarakterli hərbi əməliyyatların başlana biləcəyi ilə bağlı fikirlərin səsləndirilməsinə əsas verir. İstisna deyil ki, iyun ayında Ermənistan tərəfi növbəti dəfə Azərbaycanı provakasiyaya cəlb etsin. Ermənistan tərəf aprel məğlubiyyətindən sonra revanş götürmək, ictimai rəydəki “məğlub ordu” əhval-ruhiyyəsini aradan qaldırmaq, iqtidara olan etimadı müəyyən qədər gücləndirmək siyasəti yürüdür. Onun sözlərinə görə, bu daha çox Rusiyanın maraqlarına xidmət etdi. Çünki, Rusiya gözəl anlayır ki, NATO-nun şərqə doğru genişlənməsi anlamında baş verən proseslər, Gürcüstanda NATO təlimləri, Baltikyanı ölkələrində eyni tədbirlərin keçirilməsi Cənubi Qafqazı da Rusiya və Şimali Atlantika arasında başlana biləcək münaqişəyə cəlb edə bilər. Lakin kifayət qədər maliyyə resurslarına malik olmayan Rusiyanın Suriya və Ukrayna qarşıdurmasından sonra NATO ilə Cənubi Qafqazda toqquşması ciddi problemlərlə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, onun maliyyə bank sisteminə kifayət qədər təsir göstərib. İqtisadi imkanları tədricən tükənən Rusiyanın danışıqların baş tutmaması üçün Ermənistan tərəfinə təzyiq göstərməsi başadüşülən bir haldır. Odər Qəni Geri dön |