Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İRANLILIQ KİMLİYİNİN ÇÖKMƏ PROSESİ VƏ GÜNEY AZƏRBAYCAN
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > İRANLILIQ KİMLİYİNİN ÇÖKMƏ PROSESİ VƏ GÜNEY AZƏRBAYCAN

İRANLILIQ KİMLİYİNİN ÇÖKMƏ PROSESİ VƏ GÜNEY AZƏRBAYCAN


İran çox ciddi və dərin bir böhran içərisindədir. İrandakı böhranı, sadəcə, ABŞ-İran ziddiyyətlərinə, islahatçı-mühafizəkar bölünməsinə və islam respublikasında dünyəvilik böhranına bağlayaraq təhlil etmək İranda yaşanan böhranın mahiyyətini tam mənası ilə açıqlaya bilməz. İrandakı böhran bu hadisələrdən kənarda cərəyan etməkdədir. Bugünkü İranda iranlılıq məfhumu ciddi böhran içərisindədir.

İranlılıq kimliyi çox dərin bir böhran içərisindədir. Bu vəziyyət İrandakı dəyişikliklərin gələcəkdə hansı istiqamət alacağı baxımından müəyyən ip ucları irəli sürür. İran İslam Respublikasının yıxılması sadəcə rejim dəyişikliyi deyil, daha fərqli dəyişikliklərə yol aça biləcəyi ehtimalı olduqca yüksəkdir. İranda kimlik səviyyəsində fars mərkəzli iranlılıq yerinə digər etnik qrupların da təmsil olunacağı bir siyasi formanın meydana çıxması mümkün ola bilər. Belə bir vəziyyətdə İrandakı əhali arasında çoxluğa və siyasi həssaslığa malik olan azərbaycanlılar önəmli bir siyasi faktor halına gəlməkdədir.

İranlılığın Farslığıyla Eyniləşməsi


İran müxtəlif etnik qrupların yaşadığı coğrafi siyasi bölgə olmasına baxmayaraq, fars kimliyi ilə eyni mənanı daşımışdır. Fars dili tarix boyu mədəni məhsulların yaradıldığı dil olmuşdur. Bu vəziyyət "İran mədəniyyəti" anlayışını "fars mədəniyyəti" anlayışı ilə eyniləşdirmişdi. Fars dili mədəni istehsal dili olduğu üçün İranda bürokratiya, siyasət və məzhəb dili də olmuşdu. İranda şiə məzhəbi bir çox dini ayinləri fars dilində həyata keçirdiyi üçün fars məzhəbi kimi də tanınmışdır. İran ərazisində fars dilinin tarixi üstünlüyü fars kimliyini də üstün vəziyyətə gətirmişdi. Nəticədə İran kimlik baxımından fars mərkəzli bir kimliyə sahib olmuşdur.


1924-cü ildən sonra İranda ölkə-dövlət layihəsi fars mərkəzli bir iranlılıq kimliyi çərçivəsində nəzəri hala salınmışdır. Pəhləvi xanədanının (1924-1979) fars mərkəzli iranlılıq kimliyi anlayışı şiəliyi bir kənara qoyaraq qədim İranı hədəfə alan bir ölkə-dövlət layihəsi idi. İslamı kənarlaşdıran, fars millətçiliyini əsas götürən pəhləvilərin çökməsi ilə "qədim İranı hədəfə alan", " İslamdan uzaqlaşan" və "qərbyönümlü" fars millətçiliyi də iflasa uğramışdır. 1979-cu il inqilabının nəticəsi kimi i slam respublikası qurulmuşdur. İslam r espublikası "qədim İranı hədəfə alan", "İslamdan uzaqlaşan" və "qərbyönümlü" fars millətçiliyinə qarşı müxtəlif sahələrdə mübarizə aparmışdır. İslam respublikası bu anlayışa sahib olan fars mərkəzli iranlılıq kimliyini rədd etmiş və "İslam tarixini hədəfə alan" " Q ərbi uzaqlaşdıran" və "şiəliyi əsas götürən" yeni bir fars mərkəzli iranlılıq kimliyi ortaya çıxarmışdır. İslam Respublikası şiəliyə əsaslanan yeni fars mərkəzli iranlılıq kimliyini ortaya atmışdır.


İslam respublikasının dünyəvilik böhranı ilə yanaşı , şiəliklə üst-üstə düşən fars mərkəzli iranlılıq kimliyi də böhran keçirmiş , ideoloji və siyasi platformada iflasa uğramışdır. Fars mərkəzli iranlılıq kimliliyinin böhran keçirməsi ilə yanaşı , İrandakı digər etnik kimliklər də siyasiləşmişdir. Siyasi hərəkətliliyin enerjisinin mərkəzdən əyalətlərə doğru meyllənməyə başlaması nəticəsində mərkəzdənqaçma halları ciddi şəkildə güclənmişdir. Bu vəziyyət İran mərkəzli siyasi istiqamətlərin dəyişmə qabiliyyətlərinin azalması anlamına gəlməkdədir. Başqa cür ifadə etsək, İrandakı siyasi dəyişimin istiqaməti fars mərkəzli iranlılıq kimliyinin dəyişəcəyini göstərir.


İranda siyasi inkişafın mahiyyətinə baxıldığında mərkəzdənqaçma halları əsas və müəyyənedici hadisələrə çevrilməkdədir. İslam r espublikası fars mərkəzli iranlılıq kimliyinin hərbi, inzibati və siyasi dayağı kimi özünü göstərir. İslam respublikasının çökməsi iranlılıq kimliyinin ciddi ölçüdə dəyişməsinə yol açacaqdır. İran respublikasının yıxılması ilə İran parçalanmasa da, etnik kimlikləri diqqətə alan yeni bir quruluşun ortaya çıxması ehtimalı xeyli yüksəkdir.


İRANLILIQ KİMLİYİNİNİ BÖHRANA APARAN YOL


1991-ci ildə "soyuq müharibə"nin bitməsi ilə dünya sisteminin mahiyyəti dəyişməyə başlamışdır. İkiqütblü dünyanın sona çatması nəticəsində kommunizm iflasa uğramış və ABŞ-ın hegemonluğuna yol açan bu dəyiş ik liklə dünyada neoliberalizm güc qazanmışdır. Dünya sistemində neoliberalizmin güclənməsi qloballaşma prosesini çoxçeşidli siyasi-ictimai və mədəni nəticələri olan siyasi bir hadisə halına gətirmişdir. Yeni qlobal sistem qarmaqarışıq, ziddiyyətli və kompleksli bir quruluş halına düşməyə başlamışdır. Bu qarmaqarışıq və ziddiyyətli sistem bəzi kimliklərə şübhə doğurmaqla yanaşı, bir sıra yeni kimlikləri də siyasi arenaya gətirmişdir. Qloballaşma prosesi İranda kimlik baxımından fars mərkəzli iranlılıq anlayışına şübhə ilə yanaşmağa başlamışdır.

1979-c u ildən sonra İslam/şiə mərkəzli bir totalitar sistemin iflası kimlik baxımından fars mərkəzli iranlılıq anlayışına ciddi zərbə vurmuşdur. İran İslam Respublikasının öz siyasi davranışlarını şiə-islam yorumu ilə əsa s landırmağa çalışması İranda siyasi islam anlayışına da ciddi zərbə vurmuşdur. İran İslam Respublikasının bir siyasi rejim kimi dünyəvilik böhranı şiə-islam böhranını da özü ilə gətirmişdir. İranda şiə - islamın siyasi səviyyədə böhrana uğraması iranlılıq kimliyini də böhrana düçar etmişdir. Çünki şiə-islam anlayışı iranlılıq kimliyinin təməl daşı olmuşdur. İranlılıq kimliyinin təməl daşı olan şiə-islam anlayışının böhrana düşməsi ilə iranlılıq kimliyi də böhrana düşmüşdür.


İran siyasi sisteminin totalitar məzmunu İran respublikası üçün də ziddiyyətli bir nəticə doğurmuşdur. Totalitar kimliyi səbəbindən o, xalqı siyasi səfərbərlik halında saxlamaq üçün cəmiyyəti siyasiləşdirməyə çalışmışdır. Həm 1979-cu il inqilabının təsiri ilə, həm də islam respublikasının totalitar mahiyyəti səbəbindən siyasiləşən xalq siyasi sistem daxilində özünü tapa bilməmişdir. Dövlət öz siyasi hədəfləri üçün səfərbər etdiyi xalqın ehtiyaclarını qarşılamaqda bacarıqsız olmuşdur. "Yeni insan, yeni cəmiyyət"” şüarı ətrafında müxtəlif sahələrdə şiddət və təzyiqi əsas götürən bir forma sərgiləmişdir. Bu vəziyyət siyasi sistemdə ciddi böhrana yol açmışdır. Xalq hər şeydən kənarlaşdırılmış və iqtidar barmaqla sayılacaq qədər insanın əlinə keçmişdir. Belə bir vəziyyət islam respublikası ilə İran xalqı arasında ziddiyyətli məsafənin daha da böyüməsinə yol açmışdır.


İran 1979-cu ildən sonra ciddi əhali artımı ilə qarşılaşmış və 24 il içərisində İranın əhalisi 2 dəfə artmışdır. Ciddi əhali artımı ilə üzləşən İran iqtisadi sahədə də bacarıqsız olmuşdur. Nəticədə İranda kütlə yoxsullaşmağa başlamışdır. Bu da gənc yaşlı əhali arasında işsizliyin xeyli artmasına səbəb olmuşdur.


İran cəmiyyəti çox geniş bir çevrəni əhatə edən çoxşaxəli böhran yaşamaqdadır. Bütün bu böhranlar iranlılıq kimliyinin şübhə altına alınması ilə nəticələnmişdir. Çünki bu böhranlarla bərabər fars kimliyini əsas götürən İranda bütün ideologiyalar və qurumlar iflasa uğramışdır. Bu prosesin məntiqi nəticəsi olaraq islamçı qruplar öz etibarlarını itirmişlər və başqa bir prosesin davamı olaraq sol qruplar da səfərbərlik güclərini itirmişlər. Belə bir siyasi ortamda etnik milliyyətçilik güc qazanmağa başlamışdır.


GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ YÜKSƏLİŞİ


Fars mərkəzli iranlılıq kimliyinin böhranı daha çox Guney Azərbaycanda özünü göstərir. İran tarixində türklər, xüsusilə də Azərbaycan türkləri hər zaman müəyyənedici rol oynamışlar. 1924-ci ildən əvvəl İran uzun müddət türk xanədanları tərəfindən idarə olunmuşdur. 1925-ci ildən sonra İranda iqtidar türklərin əlindən çıxsa da, onlar hər zaman öz müəyyənedici durumlarını qoruyub saxlamışlar. Çünki azərbaycanlıların İran əhalisi arasında çoxluğa sahib olması və siyasi hadisələrə qarşı həssas və açıq olmaları səbəbindən onlar İrandakı siyasi hərəkatlılıq daxilində də ya aparıcı rol oynamışlar, ya da hərəkat daxilində çox mühüm işlər görmüşlər. Azərbaycanlılar həm 1906-cı ildəki Məşrutiyyət inqilabında, həm də 1979-cu il İran İslam inqilabında əsas və aparcı rol oynamışlar. İranda "Təbriz istəməzsə, heç bir dəyişiklik olmaz" ifadəsi də bu tarixi gerçəkliyi əks etdirir.


İranda türklər uzun müddət iqtidarda olsalar da, farslara və digər etnik qruplara laqeyd olan və türk kimliyinə əsaslanan bir dövlət qurmamışlar. İranda uzun müddət iqtidarda olan türk xanədanları fars dilinə hər zaman sayğı göstərmiş və onun inkişafında və yayılmasında önəmli rol oynamışlar. 1924-cü ildən sonra iqtidarı ələ keçirən fars milliyyətçiləri isə çox fərqli davranmışlar. Türk kimliyini yox etmək üçün çoxşaxəli bir assim ily asiya prosesinə başlamışlar. Türk xanədanlarının sayğılı davranışlarına rəğmən farsların iqtidarı ələ keçirdikdən sonra türklərin əleyhinə yönəlmiş siyasət həyata keçirmələri Azərbaycan-türk kimliyinin siyasi səviyyədə meydana çıxmasının əsasını və təməl tarixi bilincini təşkil edir.


Azərbaycan-türk kimliyinin siyasiləşməsi üçün aşağıdakı qlobal, sosial, siyasi, mədəni və regional şərtlər zəmin hazırlamışdır:

- 1979-cu ildən bu günə qədər totalitar sistemin müəyyənedici faktoru kimi görünən və İranın ər a zi bütövlüyünün əsası olan siyasi islamın (şiə) iflası;
- Dövlətin iqtisadi bacarıqsızlığı və xalqın kütləvi surətdə yoxsullaşması;
- İnqilabın təsir dairəsində olan toplumun siyasiləşməsi;
- İran miqyasında səfərbərlik gücünə sahib olan və cəmiyyəti mərkəzə bağlayan ideologiyaların çökməsi (kommunizm, siyasi islam);
- Beynəlxalq sistemdə kommunizmin çökməsi və Orta Asiya və Qafqazda türk respublikalarının qurulması və bu regionlarda 1988-ci ildən sonra artmaqda olan türkçülük hərəkatı;
- Şimali Azərbaycan Respublikasının qurulması, Qarabağ problemi və Əbülfəz Elçibəy faktoru;
- Kommunizmin çökməsi və neoliberalizmin beynəlxalq sistemdə güclənməsi;
Qloballaşma prosesi;
- Dövlətin totalitar quruluş səbəbindən meydana çıxan siyasi durğunluq və siyasi sistemin darlığı;
- Dövlətin müxalifəti əzməsi və onun fəaliyyətinə imkan verməməsi.


Dünya İranda islahatçı–mühafizəkar toqquşmasından başqa heç bir siyasi hadisə ilə maraqlanmasa da , İran əhalisinin aşağı təbəqəsi ciddi bir təbəddülat keçirir. İranda iranlı kimliyni ayaqda saxlayacaq bütün faktorlara ciddi ölçüdə zərbə vurulmuşdur. Bu vəziyyət İran kimliyinin şübhə doğurması ilə nəticələnmişdir. İranda adəmi-mərkəziyyətçi siyasi düşüncənin başlıca və müəyyənedici faktoru kimi meydana çıxmışdır. Güney Azərbaycan milli hərəkatının böyüməsi tamamilə bunun bir əlamətidir. Aşağı təbəqədəki siyasi proseslərin dinamizmi islahatçı mühafizəkar toqquşması olmaqdan çıxmış, tamam başqa bir istiqamət almışdır. Belə ki, bu gün Güney Azərbaycanda milli anlayış əsas və dominant anlayış halına gəlmişdir. Dəyişiklik tələblərinin də dinamizmi Güney Azərbaycandan gələn milli hərəkatdadır. Güney Azərbaycan milli hərəkatı potensial olaraq Güney Azərbaycandakı siyasi proseslərin dinamizminin ana xəttini təşkil etməkdədir. Güney Azərbaycan m illi hərəkatının heç bir alternativi yoxdur.

Yuxarıdakı faktorlar Güney Azərbaycanın siyasi öncəliklərini dəyişdirmişdir. Milli kimlik arayışı əsas və müəyyənedici siyasi öncəlik halına gəlmişdir. Güney Azərbaycan tarix boyu öz siyasi enerjisini ya sağa, ya da sola sərf etmişdir. İndi isə solçuların və sağçıların siyasi enerjisi Güney Azərbaycan məsələsinə doğru yönəlməkdədir. Başqa cür desək, Güney Azərbaycan milli h ərəkatı çox fərqli siyasi enerjiləri özündə birləşdirən bir mərkəzə çevrilməkdədir.

Arif Kəskin

Geri dön