Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
Abdullah Səduqinin ittihamlarına baxılıb
Təbrizin inqilab məhkəməsi azərbaycanlı fəal Abdullah Səduqinin ittihamlarına baxılıb.Məhkəmə iclası dünən (fevralın 22-i , isfəndin 3-ü) Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsində hakim Həmlbərin sədrliyi ilə keçirilib.Abdullah Səduqi ölkə təhlükəsizliyini pozmağa cəhd gostərməkdə günahlandırılıb. Onun hüquqlarını vəkil Fatimə Sattari müdafiə edib. Behbud Quluzadə, Səccad Əzizi və Tahir Əlizadə tutuqlanıblar Güney Azərbaycanda Dünya Ana Dili Günü ilə bağlı mərasimlərin keçirildiyi günlərdə Behbud Quluzadə, Səccad Əzizi və Tahir Əlizadə tutuqlanıblar.Qoşaçayda (Miyandoab) təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan soydaşlarımız naməlum istiqamətə aparılıblar.Məmurlar Behbud Quluzadə və Səccad Əzizinin evinə hücum edib, evdə axtarış apardıqdan sonra bir sıra şəxsi əşyaları özləri ilə aparıblar.Tahir Əlizadənin isə iş yerinə hücum olub. Məmurlar iş yerində axtarış aparıb və kompüter, CD və bir sıra şəxsi öşyaları zəbt ediblər. Azərbaycan Qadın Hərəkatının fəalı azərbaycanlı yazıçı və şair xanım Fəranək Fəridin məhkəmə iclası keçirilib Fəranək Fərid fevralın 21-i (isfəndin 2-i) Təbrizin inqilab məhkəməsində bir neçə yazıçı və şair azərbaycanlı xanım, qadın haqları fəalı və qadın vəkillərinin iştirakı ilə keçirilən məhkəmə iclasında mühakimə olunub.Soydaşımız yazdığı məqalələr, verdiyi müsahibələr və ölkə xaricində konfranslarda iştirak etdiyinə görə sistemin əleyhinə təbliğdə və kompüterində bulunduğu bəzi şəkillərə görə rəhbəri təhqir etməkdə günahlandırılır. Halbuki onun məqalələri və çıxışları yalnız qadın haqları ilə bağlıdır.Fəranək Fərid bir müddət öncə yığıncaqlarda iştirak etdiyi üçün ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunmuşdur. Yalnız məhkəmə qərarı hələdə açıqlanmayıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı ziyalı xanım 2011-ci il sentyabrın 3-ü (1390-cı il şəhrivərin 12-i) Təbrizdə Urmu Gölünün quruldulması ilə bağlı keçirilən kütləvi etirazlar zamanı tutuqlanıb və 41 gün müvəqqəti saxlanıldıqdan sonra sərbəst buraxılıb. Hökumət qüvvələri onu yaxalarkən zor tətbiq edib və döyərək naməlum istiqamətə aparmışdılar. O, aldığı zərbələrdən ciddi xəsarət almışdır. Milli-mədəni fəal, Azərbaycan “Qaya” rəqs qrupunun müdiri Əlirza Hüseynzadə 91 gün həbsə məhkum edilib Hüseynzadə bundan öncə yaxalanıb və Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında 3 aydan çox saxlanılıb. Buna səbəb onun toy mərasimində Urmu Gölü ilə bağlı mahnının səsləndirilməsi olub.Səsləndirilən mahnı ilə bağlı musiqi ustadı Həsən Dəmirçi də olmaqla daha bir neçə nəfər ETTELAATa sorğu-suala tutulmaq üçün çağırılıblar.Bir müddətdə sonra soydaşlarımız dosye ilə bağlı sistemin əleyihinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə günahlandırılaraq Təbrizin inqilab məhkəməsində mühakimə olunublar.Məhkəmə ittihamlara baxdıqdan sonra Əlirza Hüseynzadəni 91 gün həbsə məhkum edib. Məhkəmə qərarını aşağıdakı LİNKdən izləyə bilərsiniz: http://www.up98.org/upload/server1/02/c/5d6pgaa3scm2la7vlyn0.jpg Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində Ermənistanlı muğənni konsert verəcək İran rejimi və Şərqi Azərbaycan vilayətinin (ostan) məsullarının bu qərarı məhz Dünya Ana Dili Günü ərəfəsinə təsadüf edir. İllərdir Azərbaycan musiqisi konsertlərinə ardıcıl qadağa qoyan rejimin, Azərbaycanın mərkəzində və məhz Dünya Ana Dili Günü ərəfəsində erməni musiqisi konsertini təşkil etməsi olduqca acınacaqlıdır.Ermənistanlı muğənni Təbrizin petroşimi zalında (talar) 3 gün müddətinə (fevralın 22, 23 və 24-ü , isfəndin 3, 4 və 5-i) konsert keçirəcək. Güney Azərbaycan Milli hərəkat fəallarının daha 11 nəfəri azadlıqdan məhrum edildi Güney Azərbaycanın milli haqlarının uğrunda mübarizə aparan 11 azərbaycanlı milli fəal azadlıqdan məhrum edilib. Belə ki, 21 fevral Ümumdünya Ana Dili Günü ərəfəsində Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində 12 milli fəalın məhkəmə prosesi keçirilib. Ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda, xarici radiolara müsaibə verməkdə təqsirləndirilən Mehdi Həmidi Şəfiq, Musa Bərzin Xəlifəlu, Tağı Sələhşura 27 ay 1 gün, Mahmud Fəzli, Cəmşid Zarei, Elman Nuri (Mehdi) və Əhməd Riyazi Mübarəkə 2 il, Mustafa Əvəzpur, Həsən Ərk (Əli Hac Əbollu), Əziz Purvəli və Vəhid Şeyxbəyliyə isə 1 il qəti, 1 il isə şərti həbs cəzası verilib. Murtəza Əvəzpur isə bütün ittihamlardan bəraət qazanaraq azadlığa buraxılıb. Qeyd edək ki, Mehdi Həmidi Şəfiq və Tağı Sələhşur bu il fevralın 1-də mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Bu fəalları «Ettellat» əməkdaşları 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verilən iftar süfrəsinə müdaxilə edərək 30-a yaxın soydaşımızda birlikdə həbs etmişdilər. Azərbaycanlı fəallar həmin iftar mərasimində Urmiya gölünün qurumasının qarşısının alınması yollarını və bu su su hövzəsindəki fəlakətə İran hökumətinin laqeyd münasibətini müzakirəyə çıxarmışdılar. Bundan əlavə, İranda zinada günahlandırılaraq daşqalaq olunmaqla edam cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin vəkili Hutən Kiyan 6 il azadlıqdan məhrum edilib. Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi ona 1 il, Təbriz şəhər Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 40-cı şöbəsi də hər iki qərarı qüvvədə saxlayıb. Qeyd edək ki, Hutən Kiyan 2010-cu il oktyabrın 10-da Səkinə Məhəmmədi Aştiyaninin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə «Ettelaat» əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə «Ettelaat»ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasının 209-cu bölməsinə köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. Hazırda Hutən Kiyan Təbriz mərkəzi həbsxanasının narkomanlar bölməsində saxlanılır və ailəsi ilə əlaqə saxlamasına qadağa qoyulub. Hətta ona digər məhbuslarla da ünsiyyətdə olmaq yasaqlanıb. Hutən Kiyanın vəkil tutmasına da icazə verilməyib. Bu arada Güney Azərbaycan Milli Hərəkatının fəalları Salar Turi və Vəhid Həbib Çeşmə Təbriz şəhərində tutulub. Soydaşlarımızın tutulması 21 fevral Ümumdünya Ana Dili Gününə təsadüf edir. «Ettelaat» əməkdaşları Salar Turi və Vəhid Həbib Çeşməni fevralın 21-də səhər saatlarında evlərində tutaraq naməlum istiqamətə aparıblar. Hər iki fəalın evində axtarış aparılıb, onlara məxsus bir sıra əşyalar götürülüb. fəalların konkret nədə günahlandırıldığı bilinməsə də, onların həbsinin 21 fevral Ümumdünya Ana Dili Günündə Təbrizdə toplantılar keçirmək çağırışları ilə bağlı olduğu təxmin edilir. Mehdi Əjdəri və Məhəmməd Xakpur hələ də təkadamlıq kamerada saxlanılırlar Ərdəbil şəhərindən olan iki milli fəal, Mehdi Əjdəri və Məhəmməd Xakpur Fevral ayının 19-u Ərdəbil şəhərində tutuqlanmışlar və hələ də Ərdəbil şəhərinin İttilatının təkadamlıq kamerasında saxlanılırlar. Bu şəxslər bundan öncə də dəfələrdə tutuqlanmışlar. Mehdi Əjdəri, Ərdəbildə olan evlərində tutuqlanmışdır. Görənlərin bizə bildirdiyinə görə İttilaat məmurları Mehdi bəyin ata evinə hücum etmişlər. 10 nəfər məmur, hücum edib Mehdi bəy və qardaşı İslam Əjdərini tutuqlamışlar. Məmurlar evdə axtarış edərək, kitablar, dərgilər və bilgisayarını özləri ilə aparmışlar. Məhəmməd Xakpur da Fevral ayının 19-u Ərdəbil şəhərində mağazasında tutuqlanmış və Ərdəbil İttilaat idarəsininin təkadamlıq kamerasına verilmişdir. Bizə gələn bilgilərə görə İslam Əjdəri, Mehdi Əjdərinin qardaşı 20 Fevralda azadlığa buraxılmışdır. Bu tutuqlamaların 21 Fevral Dünya Ana dili Günü ilə bağlı olduğu güman edilir. İRAN ATOM ENERJİSİ AGENTLİYİNƏ “YOX” DEDİ Qərblə Tehran arasındakı münasibətlər daha da gərginləşir Fevralın 22-də BMT-nin nəzdində olan Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmi bəyanat yayıb. Bəyanatda deyilir ki,İranda səfərdə olan agentlik nümayəndələrinin yerli rəsmilərlə apardığı iki günlük müzakirələr nəticəsiz başa çatıb. Xatırladaq ki, son bir ayda bu, agentliklə İran arasında keçirilmiş ikinci danışıqdır. Hər iki danışıq uğursuz olub. Rəsmi Tehran agentlik nümayəndələrinin bir sıra hərbi obyektlərə girişinə icazə verməyiblər. Bu isə o deməkdir ki, Qərblə İran arasında mövcud olan gərginliyə yeni elementlər daxil olacaq. Nəticədə İrana tətbiq olunan sanksiyaların təsir dairəsi genişlənəcək. Agentliyin Venadakı baş ofisinin nümayəndəsi deyib ki, İran təkidlə bəzi obyeklərə girişə imkan vermir. Agentliyin direktoru Yukiya Amono da məsələyə münasibət bildirib: “Təəssüflər olsun ki, bu barədə hər hansı razılıq əldə edilməyib. Həmçinin müzakirələrin birinci və ikinci mərhələsində Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehrana səfər edən yüksək rütbəli ekspertləri İranın “Parçin” nüvə obyektinə girmək istəsələr də, İran tərəfi buna imkan verməyib”. Xatırladaq ki,İranın sözügedən agentlikdəki təmsilçisi Əli Əsgər Sultani bildirib ki,Tehran nüvə silahının dünyada yayılmasının qarşısını almaq istəyən agentlikə konstruktiv danışıqlar aparmaq fikrindədir. Amma agentliyin mətbuat xidməti bildirib ki, hazırda agentliklə İran arasında gələcək danışıqlarla bağlı hər hansl razılaşma mövcud deyil. Geri dön |