Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Ruhaninin gözlənilən İrəvan səfəri Azərbaycanda emosiyaları coşdurur
Ruhaninin gözlənilən İrəvan səfəri Azərbaycanda emosiyaları coşdurur |
Fərəc Quliyev: "Onların hərəkəti nə islama, nə də mehriban qonşuluğa yaraşır"
"Bir müsəlman ölkəsinin başına bu qədər zülmləri açan bir ölkə ilə strateji tərəfdaşlıq etmək istəyən ölkədən bizə heç vaxt dost olmaz" İran prezidenti Həsən Ruhani yaxın zamanlarda Ermənistana səfər edəcək. Bu barədə onun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirilib. Görüşdə Qarabağ münaqişəsi də müzakirə edilib. Ruhani bildirib ki, İran həmişə regionda sülh və sabitliyin olması üçün çalışıb. O qeyd edib ki, İran Qarabağ münaqişəsinin yalnız sülh yolu və beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasının tərəfdarıdır. Tərəflər, həmçinin, iki ölkə arasında birgə iqtisadi proqramların reallaşdırılmasını nəzərdə tutan sazişlər barədə danışıq aparıb. İran prezidenti bildirib ki, iki ölkə arasında böyük əməkdaşlıq potensialı var. Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, İranın bu cür davranışlarında onun üçün təəccüblü nəsə yoxdur: "İranın sözdə bəyanatlar verməyinə baxmayaraq, əməldə başqa cür davranışı ortaya çıxır. Hətta ümmətçilik nöqteyi-nəzərindən yanaşsaq da, onların etdikləri düz deyil. İslamda deyilir ki, qəsb edilmiş su ilə dəstəmaz almaq da doğru deyil. Teokratik rejim olan ölkə buna fikir verirmi? Versələr görərlər ki, onlar müsəlman olan bir ölkənin ərazisini qəsb edib, dinc sakinlərimizi öldürüblər. Hanı burada islam faktoru? Deməli, İran öz dövləti maraqlarını hər şeydən üstün tutur. Mehridən onlara nəfəslik veriblər. Bütün zəruri vasitələrlə təmin edirlər. Belə dövlətə nə deyəsən? Onların hərəkəti nə islama, nə də mehriban qonşuluğa yaraşır. Bir müsəlman ölkəsinin başına bu qədər zülmləri açan bir ölkə ilə strateji tərəfdaşlıq etmək istəyən ölkədən bizə heç vaxt dost olmaz. İranın bu hərəkətinə sərt formada etiraz edilməlidir". Məhəmmədəli QƏRİBLİ Geri dön |