Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > AŞPA Ermənistanın 13 yaşlı azərbaycanlının qətlə yetirməsini kəskin pisləyən bəyanat qəbul edib
AŞPA Ermənistanın 13 yaşlı azərbaycanlının qətlə yetirməsini kəskin pisləyən bəyanat qəbul edib |
Avropa Şurası Parlament Assableyasının iclasında qurumun sədri tərəfindən elan olunan Ermənistanın 13 yaşlı azərbaycanlını qətlə yetirməsini kəskin pisləyən yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi assambleyada yayılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan, Ermənistanın 13 yaşlı azərbaycanlını qətlə yetirməsini kəskin pisləyən yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar.
Bəyanatda deyilir: “Ermənistan Silahlı Qüvvələri 2011-ci ilin martın 8-də işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə hədəfə alaraq 9 yaşlı Azərbaycanlı oğlan Fariz Bədəlovu faciəvi şəkildə qətlə yetirdikdən sonra bu ilin iyul ayında yenidən bir uşağı faciəvi şəkildə qətlə yetiriblər. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsırhəd olan Əlibəyli kəndində 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyeva Ermənistanın qeyri-humanist və mənəviyyatazidd siyasətinin yeni bir qurbanı olmuşdur. Ermənistan tərəfi partladıcı qurğu quraşdırdığı oyuncağı bilərək kəndə gələn çaya buraxmışdır. Bu oyuncağı tapan Aygün onu evə gətirmiş və onun partlaması nəticəsində günahsız bir qız uşağı faciəvi şəkildə həlak olmuşdur. Uşaqların bu cür faciəvi qətlə yetirilməsi bir insanlıq faciəsidir. Hər bir uşaq sülh şəraitində böyüməli və təhsil almalıdır. Amma 13 yaşlı Aygün Şahmalıyeva Ermənistanın təcavüzü nəticəsində bu hüqüqlarından məhrum olub. Bu faciə bəzi beynəlxalq təşkilatlar, o cümlədən YUNISEF tərəfindən pislənib. Hər bir uşağın qətlə yetirilməsinin böyük faciə olduğunu nəzərə alaraq, Assambleya Ermənistan tərəfindən 13 yaşlı azərbaycanlı qızın, Aygün Şahmalıyevanın faciəvi şəkildə qətlə yetirilməsini kəskin pisləyir və bu hadisədən dərin kədər, üzüntü hissi keçirdiyini bəyan edir”, - yazılı bəyanatda qeyd edilir. Geri dön |