Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Fevralın 26-da Kipr türkləri ayağa qalxacaq
Fevralın 26-da Kipr türkləri ayağa qalxacaq |
Ahmet Ötükən: “Azərbaycanlı qardaşlarımızın üsyan alovunu burda da yandıracağıq”
Fevralın 23-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada keçiriləcək Xocalı mitinqi ilə bağlı yaradılan təşkilat komitəsinin toplantısı keçirilib. Bu barədə redaksiyamıza komitənin rəhbəri, Kipr Türk Mücahidlər Dərnəyinin rəhbəri Ahmet Ötüken məlumat verdi. Qeyd edək ki, ŞKTC-də fəaliyyət göstərən onlarla dərnək, qeyri-hökumət təşkilatları və siyasi partiyalar Lefkoşada yerləşən Şəhidlər meydanında izdihamlı mitinq keçirməyə hazırlaşırlar. A.Ötüken bildirdi ki, dünən mitinqi hazırlayan Türk Müqavimət Hərəkatı Təşkilatı, Ülkü Ocaqlarının Kipr bölməsi, Şimali Kipr Gənclik hərəkatı, Ahıska Türkləri təşkilatı, Məmur Sendikatlar Konfederasiyası, ŞKTC Din Görəvliləri Sendikatı, Adanalılar Kültür və Bütünləşmə Dərnəyi, Şimali Kipr Türk Parlamentarlar Birliyi, Türk Müqavimət təşkilatı, Şimali Kipr Türk Müqavimət Dərnəyi, Qazilər Dərnəyi, Şimali Kipr Türk Cümhuriyyətini Qoruma dərnəyi, Ulusal Birlik Partiyası, Demokrat Partiyası, Demokratiya və Güvən Partiyası, Azərbaycan Kültür Dərnəyi, Azərbaycan Tələbələr Birliyi, Barış Hərəkatı Qaziler birliyi də daxil olmaqla, iyirmiyədək təşkilat rəhbərlərinin iştirakı ilə böyük bir toplantı keçirilib: “Şimali Kipr xalqı fevralın 26-da Azərbaycan və Xocalı şəhidləri üçün ayağa qalxacaq. Bazar günü saat 2-də azərbaycanlı qardaşlarımızın üsyan alovunu burada yandıracağıq. Türkiyə ana vətən, Kipr yavru vətəndir. Azərbaycan bizim ayrılmaz parçamızdır. Hər üç ölkənin bayrağında ay-ulduz və al rəng var. Bu şəhidlərin qanının rəngidir. Bazar günü Şəhidlər abidəsi önündə çıxışlar olacaq, şəhidlərin ruhuna dualar oxunacaq”. A.Ötükən həmçinin bildirdi ki, mitinq zamanı Fransa parlamentinin qərarına etiraz olaraq, Fransanın Əlcəzairdə 1.5 milyon insana qarşı törətdiyi soyqırımı xatırladacağıq. Bu mitinqə qəzetimizin baş redaktoru Rauf Arifoğlu və Azərbaycanın əski baş naziri Pənah Hüseyn də dəvətlidirlər. Geri dön |