Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəvanda Fərəc Quliyevdən prezident S.Sarkisyana sərt cavab.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > İrəvanda Fərəc Quliyevdən prezident S.Sarkisyana sərt cavab.

İrəvanda Fərəc Quliyevdən prezident S.Sarkisyana sərt cavab.


Davam.az xəbər portalının verdiyi məlumata görə 22 fevral 2012-ci il tarixində Yeravanda Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin iclasından öncə Ermənistan Prezidenti S.Sarkisyanla komitə üzvlərinin görüşü keçirilib. Görüşdə 12 avropa dövlətindən nümayəndələri iştirak edib. Görüş zamanı Fərəc Quliyev prezident S.Sarkisyanın Qarabağ məsələsinə özünəməxsus münasibətinə, Azərbaycan dövləti və hakimiyyətini beynəlxalq normalara əməl etməmək iddialarına sərt cavab vermişdir.
Çıxışın mətnini olduğu kimi təqdim edirik:

Cənab Prezident, əvvəla onu bildirim ki, sizin dediklərinizin əksinə olaraq, Azərbaycan Respublikası BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edildiyi və Ermənistan Silahlı Qüvvələrinin DQ da daxil olmaqla Azərbaycan ərazisindən tam çıxarıldığı halda, DQ-da yaşayan, etnik kökəncə erməni olan öz vətəndaşları ilə birbaşa danışıqlara və onların bütün hüquqlarını müdafiə etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Həm də ATƏT-in Minsk qrupunun ilkin mandatına görə keçmiş DQMV-nin inzibati ərazisindən kənar ərazilər işğaldan azad edilməmiş DQ-nin status məsələsi müzakirə edilə bilməz. Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır. Münaqişənin həlli Azərbaycan ərazilərinin qanunsuz işğalına son verilməsinə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasına, məcburi köçkünlərin öz evlərinə qayıtmasına və azərbaycanlılarla ermənilərin Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda dinc şəraitdə yaşamasına əsaslanmalıdır. Azərbaycan ATƏT-in hərtərəfli, kooperativ və bölünməz təhlükəsizlik konsepsiyasını dəstəkləyir və hesab edir ki, bütün münaqişə tərəfləri beynəlxalq hüquqa hörmət etməli, siyasi məsələlərdə razılığın olmaması beynəlxalq hüquqa hörmətsizlik üçün bəhanə kimi istifadə edilməməlidir.
İkinci, təklif edirəm ki, AB Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü ələ alsın, eyni zamanda Cənubi Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün aydın “yol xəritəsi” versin, bunun üçün AB-nin himayəsi altında yeni beynəlxalq konfransın çağırılması təmin olunsun. Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən cənubi qafqazda əməkdaşlıgın real zəmini üçün münaqişələrin həlli məqsədi ilə yol xəritəsi və formatlar təklif olunsun. Münaqişə bölgəsində vəziyyətə və münaqişələrə beynəlxalq birliyin obyektiv qiymət verməsinə çalışılsın.Bu məsələyə də münasibətinizi bilmək istərdik.

.

Günün ikinci yarısında komitənin iclası işinə başladı.
Millət vəkili Fərəc Quliyev müzakirə olunan məruzə layihəsi ilə bağlı aşağıdakı təklifi təqdim etdi:

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyev tərəfindən təkliflər:

Hörmətli parlamentarilər, mən müzakirə olunan sənədə yeni bir bəndin də əlavə olunmasını təklif edirəm.
Sənəddə göstərilsin ki,” bölgədəki münaqişələr Cənubi Qafqazda real əməkdaşlıq imkanlarını əngəlləyir. Münaqişələrin həlli prosesində AB aktiv siyasət aparmalı, ilk növbədə ittifaqın Şərq Tərfdaşlığında iştirak edən ölkələrin əməkdaşlığına süni əngəlləri aradan qaldırmaq üçün təşəbbüsü üzərinə götürməlidir.”

AB Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü üzərinə götürmədən,movcud formatlarla vəziyyəti yaxşıya dəyişmək çətin olcaq. Çünki,həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. İkincisi, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis olunub.
AB Cənubi Qafqazda konfliktlərin həlli istiqamətində beynəlxalq təşəbbüsü ələ almalı, eyni zamanda Cənubi Qafqaz ölkələrinin hər üçünə ittifaqa üzvlük perspektivi və bunun üçün aydın “yol xəritəsi” verməlidi. Cənubi Qafqaz əhalisi də görünən gələcəkdə azad, demokratik və zəngin bölgədə sosial rifah içində yaşayacaqlarını görməlidi.Təklif edirəm ki,bunun üçün AB-nin himayəsi altında yeni beynəlxalq konfransın çağırılması təmin olunsun. Şərq tərəfdaşlığı ölkələrində,o cümlədən cənubi qafqazda əməkdaşlıgın real zəmini üçün münaqişələrin həlli məqsədi ilə yol xəritəsi və formatlar təklif olunsun .Münaqişə bölgəsində vəziyyətə və münaqişələrə beynəlxalq birliyin obyektiv qiymət verməsinə çalışılsın.
AB müşahidəçi və əldə olunacaq razılaşmaların beynəlxalq təminatçıları kimi iştirak edə biləcəyinə prinsipcə razılığını bildirsin. AB və BMT arasında sıx əməkdaşlıq transmilli təhlükələrin qarşısını almaq üçün möhkəm birlik yaradar.
Eyni zamanda , AB yeni format daxilində münaqişə tərəfləri ilə münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinin başladılmasına nail olmalıdır.

Geri dön