Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tovuzçayın daşması erməni təxribatıdır?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Tovuzçayın daşması erməni təxribatıdır?

Tovuzçayın daşması erməni təxribatıdır?


Tovuzda qısamüddətli yağışın ardından Tovuzçayda təhlükə yaranıb.

Region TV məlumat verir ki, qarşısına keçəni apara biləcək gücdə olan çay Əlibəylidə təxminən 20 il öncə belə axıb.

Dünən axşam saatlarında bir neçə sakinin həyətyanı sahəsini sel yuyub. Çayın yaxınlığında fəaliyyət göstərən kafenin bir hissəsi, piyadalar üçün tikilən 2 körpü dağılıb. Su nasosları, 2 artezian quyusu yararsız hala düşüb. Kəndə elektrik enerjisinin verilişi dayandırılıb.


Çaylarımızda təhlükəli daşqınların baş verməsinə səbəb nədir?
Sakinlər bildirirlər ki, çayda suyun bu qədər artması ermənilərin növbəti təxribatıdır. Mənfur qonşularımız yüksəklikdə olan su anbarından Tovuzçaya həddindən artıq su buraxaraq belə xoşagəlməz vəziyyət yaradırlar.
Çayın suyunun qoxulu və bulanıq olması ekologiyaya da zərərli hesab edilir. Kənddəki vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Sakinlər, daha öncə də müşahidə edildiyi kimi, düşmən tərəfindən partlamamış hərbi sursatların çayla kənd ərazisinə axıdılmasından ehtiyat edirlər.

Geri dön