Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Təbriz - Qarabağ Cəmiyyəti”nin Xocalı faciəsiylə bağlı Prezident Ilham Əliyevə MÜRACİƏTİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Təbriz - Qarabağ Cəmiyyəti”nin Xocalı faciəsiylə bağlı Prezident Ilham Əliyevə MÜRACİƏTİ

“Təbriz - Qarabağ Cəmiyyəti”nin Xocalı faciəsiylə bağlı Prezident Ilham Əliyevə MÜRACİƏTİ


Uca Allahın adı və yadıyla

50 milyonluq Azərbaycan türklərinin prezidenti
Cənab İlham Əliyevə

Cənab Prezidentimiz!

Sizin apardığınız siyasəti yaxından izləyir, hər zaman atacağınız hər bir addımın yanlış olmadığına və qərarlı olduğuna inanırıq. Sizə bildirmək istəyirik ki, biz dünyada yaşayan Azərbaycan Türklərinin ən böyük hissəsi olan 35 milyonluq Güney Azərbaycan türkləri olaraq özümüzü Bütöv Azərbaycanın vətəndaşları hesab edir, Iran adlanan ölkənin Ermənilərlə apardığı dostluq, qardaşlıq siyasətini şiddətlə qınayır, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq hər bir fürsətdə buna qarşı etirazlarımzı bildiririk. İran dövlətinin apardığı siyasət bizi nə qədər assimilyasiya etməyə çalışsa da, hamı İranlıdır. Türk, fars, bəluc, kürd və s. adında bir millət olmadığını, sadəcə iranlı adında toplum siyasətini bizə nə qədər aşılamağa çalışsalar da buna nail ola bilmədilər.Və buna sübut bu gün Güney Azərbaycanın milli kimliyi uğrunda mübarizə aparan yüzlərlə qandaşlarımız həbsxanalarda işgəncələrə məruz qalsalar da öz mübarizələrindən dönmürlər.

Cənab Prezident!

Sizə bildirmək istəyirik ki, Biz 35 milyonluq Güney Azərbaycan türkləri olaraq Qarabağ yarasını öz yaramız bilir, Xocalıda əsir düşən ana, bacılarımızın qisasını alacağımız günü səbirsizliklə gözləyirik.

Cənab Ali Baş Komandan!

Qarabağda verəcəyiniz hərbi qərarda tək 9 milyonu yox, 35 milyonluq Güney Azərbaycan türklərinin də arxanızda olacağına güvənin. Biz Torpaqlarımızı erməni daşnaklarından təmizləməyi özümüzə şərəf bilir, torpağımzı döyüşərək azad edəcəyimiz günü gözləyirik. Qalibiyyət günümüz uzaqda deyil.

Gələcək bizimdir!



Güney Azarbaycan,
“Təbriz - Qarabağ Cəmiyyəti”
24 fevral 2012-ci il

Geri dön