Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürdə suyun səviyyəsi azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb


Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Kür çayının Surra məntəqəsində 19, Salyanda 18, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma qeydə alınıb.

Dünən Surra məntəqəsində suyun səviyyəsi 386 sm (2015-ci il iyunun 17-də 312 sm), Salyanda 172 sm (2015-ci il iyunun 17-də 70 sm), Bankədə 193 sm (2015-ci il iyunun 17-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2015-ci il iyunun 17-də 29 sm) təşkil edib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 24 sm artıb. İyunun 17-də məntəqədə su sərfi 497 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 45-50, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-70 faizini təşkil edib.

Geri dön