Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güləşçilərimizin uğuru: 6 medal
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Güləşçilərimizin uğuru: 6 medal

Güləşçilərimizin uğuru: 6 medal


Rumıniyanın paytaxtı Buxarestdə İon Kornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iki gün davam edən turnirdə ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil ediblər.

Güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Bütün rəqublərindən - əvvəlcə Rumıniya, ardınca iki İran təmsilçisindən üstün olan Sabah Şəriəti (130 kq) turnirin qızıl medalına yiyələnib.

59 kq çəkidə təmsilçimiz Rövşən Bayramov finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub.

Bürünc medalı isə 80 kq çəkidə yarışan Elvin Mürsəliyev qazanıb.

Bundan başqa, Polşanın Spala şəhərində qadın güləşi üzrə "Poland Open" XX beynəlxalq turnir keçirilib.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) iştirak ediblər.

Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.

48 kq çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib.

Bürünc medalları isə yığmamıza Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Nataliya Sinişin həlledici görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.

Geri dön