Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Naxçıvan Bölməsinin Nəbatat bağında geniş elmi-tədqiqat işləri aparılır
Naxçıvan Bölməsinin Nəbatat bağında geniş elmi-tədqiqat işləri aparılır |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genefondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır.
AMEA-dan bildiriblər ki, Nəbatat bağının sahəsi 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan artıqdır. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından böyük əhəmiyyət daşıyır. Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb. İstilikxana tam avtomatlaşdırılmış iqlim nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Burada sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilərdən ibarət on bölmə yaradılıb və yüzədək bitki əkilib. Artıq bu bitki növlərinin bəziləri muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb. Həmçinin təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin biologiya və coğrafiya ixtisaslarının tələbələrinin iştirakı ilə açıq dərslər keçirilir. Geri dön |