Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniya Bundestaqında Xocalı qırğınına dair yeni sənəd qəbul edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Almaniya Bundestaqında Xocalı qırğınına dair yeni sənəd qəbul edilib

Almaniya Bundestaqında Xocalı qırğınına dair yeni sənəd qəbul edilib


Almaniya Bundestaqınınn Petisiya daimi komitəsi Xocalı qətliamı ilə bağlı sənəd qəbul edib.

Sənəd Xocalı qətliamının 20 illiyi ərəfəsində Almaniya-Azərbaycan münasibətlərinin təşviqi cəmiyyəti tərəfindən Almaniya Bundestaqına təqdim edilmiş petisiya əsasında qəbul edilib. Bu barədə Davam.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Sənəddə bildirilir ki, “Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi bu qanlı hadisə, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın (massacre) fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verməsini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər.”

Petisiyada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll olunması məsələsi də öz əksini tapıb. Sənəddə “ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər Azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratmasının vacibliyi” qeyd olunur.

Bundestaq bəyan edir ki, “Münaqişənin həlli üçün birinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı şəkildə tələb edilməli və qaçqınlar problemi deportasiya olunmuşların evlərinə qayıtması hüququna müvafiq olaraq həll edilməlidir.”

Sənəddə həmçinin bildirilir ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ ətrafında problemin həlli üçün yeni səylərin göstərilməsinə öz töhfəsini verməlidir.

Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla, parlament araşdırmasının nəticəsi sənəddə aşağıdakı kimi öz əksini tapıb:

“Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusilə ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən 5 Azərbaycan rayonunun işğalına son qoyulması və qaçqınların evlərinə qayıtması” Almaniya tərəfinin mövqeyi kimi qeyd olunur.

Sənəddə Almaniya Bundestaqının hələ “14 may 2009-cu il tarixli sessiyasında qəbul edilmiş “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi” adlı qətnamənin hələ də hüquqi qüvvədə qalması” vurğulanır. “Münaqişənin bütün tərəflərinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirməsi” üçün xüsusilə fəaliyyət göstərilmələri tələb olunur.

Sözügedən qətnamədə Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması ilə bağlı narahatlıq yeni qəbul olunmuş sənəddə də vurğulanır. Sənədə görə, “həll olunmamış regional münaqişələr istənilən vaxt gərginliyin artırılması üçün istifadə oluna və ekstremal vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər.”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk qrupu çərçivəsində, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri hələ ki, ümid edilən irəliləyişə gətirib çıxarmamışdır. Bununla da regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur”.

Bu istiqamətdə görülən bütün səylərə və demarşlara dəstək vermək üçün Petisiya komitəsi Petisiyanı Almaniya hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərməyi tövsiyə edir.

Geri dön