Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Fransa mətbuatında Azərbaycanla bağlı geniş məqalələr çap olunub
Fransa mətbuatında Azərbaycanla bağlı geniş məqalələr çap olunub |
Fevarlın 24-də Fransanın Elzas regionunun əsas mətbu orqanı sayılan və gündəlik nəşr olunan "Elzasın Son Xəbərləri" ("Dernières Nouvelles d'Alsace ") qəzetində jurnalist Pascal Kokinin ( Pascal Coquis) imzası ilə Azərbaycanla bağlı müxtəlif mövzulardan bəhs edən bir sıra məqalələr çap olunub. Bu barədə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
Müəllif yazısında bu yaxınlarda Fransanın Orn (Orne) departamentindən senator seçilmiş Natali Qulenin rəhbərlik etdiyi bir qrup senatordan ibarət nümayəndə heyətinin Azərbaycan səfər etməsindən, Prezident İlham Əliyev və bir çox nazirlərlə keçirdikləri görüşlərdən, qaçqın və məcburi köçkünlərə baş çəkmələrindən bəhs edib. Fransalı jurnalist Elzas bölgəsinin Aşağı-Reyn departamentindən senator seçilmiş Andre Reyşardın fikirlərinə istinad edərək, məqalədə nümayəndə heyətinin yüksək səviyyədə qarşılanmasından, xüsusilə ölkə Prezidenti İlham Əliyevlə görüşün konstruktiv şəraitdə keçməsindən və Azərbaycan Prezidentinin hadisələrə səhih yanaşması, eləcə də tolerantlıq və fikir açıqlığına söykənən çıxışından məmnunluq hissinin ifadə olunduğu, habelə bu səfərin iki ölkə arasında əlaqələrin, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın inkişafı məqsədi daşıdığı və bu gün Azərbaycanın özünün vacib geostrateji mövqeyi və iqtisadi inkişafı sayəsində regionun əsas oyunçularından birinə çevrildiyi vurğulanır. Müəllif yazılarında azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətindən də bəhs edib. "Geriyə dönməməyin həsrəti" başlıqlı məqaləsində fransalı jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu və ölkə daxilində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayır. Fransız jurnalisti qaçqın və məcburi köçkün həyatı yaşayan bəzi ailələrlə görüşüb, onların qaçqınlıq talelərindən ətraflı bəhs edib, nə vaxtsa doğma torpaqlarına qayıtmaq ümidini itirmədikləri haqda oxuculara məlumat verib. Bundan əlavə, məqalədə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən bəhs edilir, neft istehsalından əldə olunan gəlirlər hesabına onlar üçün yeni şəhərciklərin salındığı, eləcə də son 20 ildə hökumətin onların ehtiyaclarını ödəmək üçün 4,6 milyard dollar məbləğində vəsait sərf etdiyi vurğulanır. Dağlıq Qarabağ və ermənilər tərəfindən işğal olunan yeddi ətraf rayondan olan qaçqın və məcburi köçkünlər üçün Neft Fondundan ayrılan maliyyə vəsaiti hesabına 72 şəhərciyin salındığı və bunun üçün dövlətin bir milyard vəsaitin sərf etdiyi qeyd olunan yazıda cari ildə yeni şəhərciklərin salınması üçün əlavə 400 milyon dollar vəsaitin ayrılacağı vurğulanır. Bundan əlavə, məqalədə qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən müavinətlərin verilməsi, onların vergidən, su, işıq və qaz ödəmələrindən azad olunduqları qeyd edilir. Sonda məqalədə Azərbaycanın 9 milyon əhalisindən 1 milyonunun bu gün öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı qeyd edilir. Müəllifin "İrəliyə doğru böyük sıçrayış" başlıqlı məqaləsində gərginliyin hökm sürdüyü Qafqazda yeraltı sərvətlərlə zəngin olan Azərbaycanın iqtisadi və siyasi sahədə aparıcı dövlət və güc mərkəzi olmaq istəyi qeyd olunur, Azərbaycanın müsəlman dünyası ilə Qərb dünyası arasında körpü rolu oynadığı vurğulanır. Müharibənin vurduğu ağır nəticələrə və ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycanın iqtisadi inkişafını qeyd edən müəllif ölkənin valyuta ehtiyatlarının artdığını, inflyasiyanın 1,5 faiz təşkil etdiyini, habelə 2009-ci ildə iqtisadi artımın 10 faiz həddində olduğunu vurğulayır. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istifadəyə verilməsindən sonra əldə olunan neft gəlirlərinin bu iqtisadi inkişafda rolu oxucuların diqqətinə çatdırılır. Bunula yanaşı, məqalədə Bakıda həyata keçirilən geniş quruculuq işlərindən və meqa layihələrin həyata keçirilməsindən bəhs edilir. Azərbaycan Dövlət Neft Fondunun (SOCAR) fəaliyyətinə toxunan müəllif cari ilin yayından etibarən, İsveçrə ərazisində 172 Esso yanacaqdoldurma stansiyalarının SOCAR adı altında fəaliyyət göstərəcəyini qeyd edir. "Nüfuzlu qadın" başlıqlı yazısında müəllif Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın siyasi aləmdə önəmli rolu və fəaliyyətindən bəhs edir. Məqalədə habelə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi, Azərbaycan mədəniyyəti və incəsənətinin dünyada təbliği və təşviqi məqsədilə həm ölkə daxilində, həm də xaricdə təşkil edilən önəmli mədəni tədbirlərə diqqət çəkilir, eləcə də 2009-cu ildə Strasburq Kafedral Kilsəsinin tarixi şüşələrinin bərpası üçün Fondun yardımı vurğulanır. Bundan əlavə, məqalədə Heydər Əliyev Fondunun ölkədə yeni məktəb binalarının tikintisi və təmiri, yeni səhiyyə və mədəniyyət ocaqlarının inşası üçün iri həcmli layihələrin, o cümlədən sosial layihələrin həyata keçirilməsi sahəsindəki önəmli fəaliyyəti vurğulanır. Azərbaycanla bağlı yazılarnda müəllif Xocalı faciəsindən bəhs edib. Xocalı faciəsindən yazan müəllif yazısında oxucuların diqqətini fevralın 25-dən 26-na keçən gecə Sover Ordusu əsgərlərinin köməyi ilə Ermənistan silahlı birləşmələrinin törətdikləri vəhşiliklər nəticəsində Xocalı şəhərinin yer üzündən silindiyinə və orada yüzlərlə insanın qəsdən qətlə yetirildiyinə cəlb edib. Yazısında Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinə istinad edərək, həmin gecə 613 dinc Xocalı sakininin, o cümlədən 106 qadının, 83 uşağın və 70-i ahıl şəxsin amansızlıqla qətlə yetirildiyini və 1275 şəxsin əsir düşdüyünü, eləcə də Srebrenitsa soyqırımından əvvəl, dünya ictimaiyyətinin Xocalı qətliamının şahidi olduğunu qeyd edən müəllif, Xocalı qətliamını "Qafqazın Srebrenitsası" adlandırıb. Bundan əlavə, müəllif məqaləsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsində Sovet ittifaqının dağlımasından sonra post-sovet məkanında bir çox münaqişə ocaqlarının ( Dnestryanı, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri) yarandığını və bunların onsuz da zərif olan regional tarazlıqları təhlükə altına qoyduğunu qeyd edib. Müharibə nəticəsində 30 mindən artıq insanın həlak olduğunu vurğulayan müəllif qeyd edir ki, bu müharibə Avropada unudulsa da, onun ağır nəticələri regionda hiss edilməkdədir. Bundan əlavə, münaqişənin həll olunmamasının yeni faciənin baş verməsinə gətirb çıxara biləcəyi qeyd olunan məqalədə, 18 ildir hərbi əməliyyatların dayanmasına baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun ermənilər tərəfindən işğal olunmasının acı nəticələrinin Azərbaycan xalqının daima yaddaşında olduğu vurğulanır. 1994-cü ilin may ayında atəşkəs rejiminin imzalanmasına baxmayaraq, insanların həyatlarını itirdiyi sözügedən məqalədə qeyd olunur. Məqalədə habelə Prezident İlham Əliyevin Azərbaycanın öz ərazisinin işğalı ilə heç vaxt barışmayacağı haqda söylədiyi fikri fransız oxucularının diqqətinə çatdırılır. Geri dön |