Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İyunda dünya bazarında xam neftin qiymətləri
İyunda dünya bazarında xam neftin qiymətləri |
İyun ayında dünya bazarında xam neftin qiymətləri açıqlanıb. SOCAr-ın saytı məlumat verir ki, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,34 dollara, Urals nefti 47,15 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,41 dollara satılıb.
Həmin dönəmdə SOCAR xam neft ixracını azaldıb. Belə ki, SOCAR 2016-cı ilin iyun ayında Novorossiysk limanından 159 574 ton, Supsa limanından 176 120 ton, Ceyhan limanından 1 340 337 ton xam neft ixrac edib. Ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 479 073 ton (ötən ilin analoji dövründə 678,05 min ton), Supsa limanından 1 217 067 ton (1,52 milyon ton), Ceyhan limanından 8 536 793 ton (9,2 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib. Geri dön |