Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev hesab edir ki, belə sazişlər Azərbaycanı işğal olunmuş ərazilərini azad etmək fikrindən çəkindirməməlidir: audio
Fərəc Quliyev hesab edir ki, belə sazişlər Azərbaycanı işğal olunmuş ərazilərini azad etmək fikrindən çəkindirməməlidir: audio |
MDHP sədri, millət vəkili Fərəc Quliyevin "AZADLIQ RADİOSU"na müsahibəsini təqdim ediriik:
Azərbaycanlı ekspertlər Rusiya-Ermənistan arasında hərbi sazişi şərh edirlər Ermənistan parlamenti Rusiya ilə bağladığı Vahid Havadan Müdafiə Sistemi sazişini ratifikasiya eləyib. Bu o deməkdir ki, artıq Ermənistan səmasında görünən hər hansı hərbi təyyarənin daha tez aşkarlanması, koordinatlarını müəyyənləşdirilməsi, hərbi cavab verməsi imkanları artır. Bəzi ekspertlər bu radarların, əsasən, Qarabağ səması üçün işləyəcəyini hesab edirlər. Üstəlik, Rusiya ilə vahid havadan müdafiə sisteminə qoşulmaqla Ermənistanın Qarabağda hərbi və siyasi gücünün artdığını söyləyənlər də var. Fərəc Quliyev: Azərbaycan öz torpaqlarını azad etməlidir . “Tutaq ki, Azərbaycana daha güclü dövlət hücum elədi...” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bu sazişi Rusiyanın Ermənistana göstərdiyi hərbi dəstək addımlarından biri kimi qiymətləndirir. Deputat deyir ki, indiyədək Ermənistan “Rusiya bayrağı altında hərbi parad keçirir” və qonşu ölkənin ordusu elə Rusiya tərəfindən idarə olunur. Fərəc Quliyev hesab edir ki, belə sazişlər Azərbaycanı işğal olunmuş ərazilərini azad etmək fikrindən çəkindirməməlidir: “Tutaq ki, Azərbaycana daha güclü dövlət hücum elədi, Azərbaycan gerimi çəkilməlidir? Biz Konstitusiyamıza görə də, beynəlxalq konvensiyalara görə də, BMT-nin qətnamələrinə görə də torpaqlarımızı azad etməliyik. Ermənistanı kim gücləndirir gücləndirsin, biz öz müdafiəmizi aparmalıyıq”. Geri dön |