Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > 15 SENTYABR AZƏRBAYCANLILARIN ŞƏRƏF TARİXİDİR
15 SENTYABR AZƏRBAYCANLILARIN ŞƏRƏF TARİXİDİR |
Bu gün Bakının azad edilməsiylə ingilis-rus-ermeni qoşun birləşmələrinə qarşı Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun apardığı müharibə bizim tarixi və şanlı qələbəmizlə başa çatdı!
Azərbaycan Ordusunun ilk hərbi paradı Hürriyyət Meydaninda (indiki Sahil bağında) keçirildi 1918-ci il may ayının 28-də müstəqillik aktı qəbul ediləndə Azərbaycanın bütün əraziləri işğal altında idi. Azərbaycan və Anadolu türklərinin birgə apardığı döyüşlər nəticəsində əksər ərazilərimiz işğaldan təmizləndi. 1918-ci il sentyabr ayının 15-də Bakı azad edildiyi gün Hürriyyət meydanında (indiki Sahil bağı) Qafqaz-İslam Ordusunun komandanı Nuru Paşanın çağırışı ilə bayram mitinqi, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarovun komandanlığı ilə isə birinci hərbi paradımız baş tutdu. 1920-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra bu meydanda park salınaraq Azərbaycan tarixinə qara səhifələr yazmış, kütləvi qırğınların birbaşa iştirakçısı və Azərbaycanın sərvətini talayıb qaçmış “26 Bakı Komissarı”nın monumenti qurulmuş və əraziyə “26-lar bağı” adı verilmişdir. Azərbaycan Respublikası işğaldan azad olunduqdan sonra sözügedən bağın adı dəyişilərək Sahil bağı adlandırıldı. Lakin son illərəcan “26 Bakı Komissarı”nın monumenti bağda qalmaqda idi. İctimai təziqlər və ölkə başçısına edilmiş müraciətlərdən sonra sözügedən monument bağdan götürüldü. Lakin hələ də bağa tarixi adı geri qaytarılmayıb. Azərbaycanın yeni tarixinin ən şanlı səhifəsinin rəmzi sayılan bu ərazinin Hürriyyət Bağı adlandırılması milli mənafe baxımından olduqca həssas bir məqamdır. Bağda 15 sentyabr qələbəsini əks etdirəcək bir Şərəf Abidəsinin ucaldılması isə daha məqsədəuyğun olardı. Xatırladaq kı, 1918-ci ildə Azərbaycan əraziləri işğal altındaykən ölkədə kütləvi soyqırımlar törədilmiş, soyqırım qurbanları kütləvi məzarlıqlara doldurulmuşdur. Vətənimizin azadlığı uğrunda isə on minlərlə Şəhidimiz olmuş, ölkənin hər yerində Şəhid xiyabanları yaranmışdır. davam.az Geri dön |