Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Diaspor nümayəndəsi: 10 il əvvəl ermənilər azərbaycanlıların Kanadaya gəlməsinə etiraz edirdilər, ancaq indi vəziyyət dəyişib (MÜSAHİBƏ)
Diaspor nümayəndəsi: 10 il əvvəl ermənilər azərbaycanlıların Kanadaya gəlməsinə etiraz edirdilər, ancaq indi vəziyyət dəyişib (MÜSAHİBƏ) |
Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi, Kanada Türk Dərnəkləri və Cəmiyyətləri Federasiyasının İdarə Heyətinin üzvü Haqan Turanın müsahibəsi
- Hazırda Kanadada nə qədər azərbaycanlı yaşayır və onlar, əsasən, hansı sahələrdə fəaliyyət göstərirlər? - Hazırda Kanadada xeyli sayda azərbaycanlı yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Misal üçün, elm, inşaat, hüquq, tibb, informasiya texnologiyaları və biznes sahəsində fəaliyyət göstərən həmvətənlərimiz var. - Kanadadakı Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz? - Əvvəlki illərlə müqayisədə Kanadadakı Azərbaycan diaspor təşkilatları daha yaxşı fəaliyyət göstərir, türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində işləyirlər. İdarə heyətinin üzvü olduğum Federasiyada bütün dünya türkləri birləşib və həmin təşkilatda Azərbaycan da təmsil olunur. Kanadada olan bütün türk cəmiyyətləri Azərbaycanın, Türkiyənin və Federasiyada təmsil olunan digər dövlətlərin taleyüklü məsələlərində bir mövqedən çıxış edə, güclü mövqe ortaya qoya bilirlər. - Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin Kanada cəmiyyətinə çatdırılması istiqamətində hansı işlər görülür? - Əlbəttə, Azərbaycan həqiqətlərinin Kanada cəmiyyətinə çatdırılması istiqamətində əlimizdən gələni edirik, müxtəlif tədbirlər keçiririk. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kanadada da ciddi tədbirlər həyata keçirilir. Misal üçün, aprel döyüşləri zamanı Azərbaycan Ordusuna dəstək adı altında Torontonun mərkəzində möhtəşəm bir mitinq keçirdik. Təbii ki, Xocalı soyqırımının ildönümündə müxtəlif tədbirlər keçiririk. Bütün bu məsələlərdə Kanadada olan bütün türk diaspor təşkilatları Azərbaycanla bir yerdə olur. Kanadada Xocalı soyqırımının tanınması ilə bağlı parlamentə də müraciətlər olunub. - Bəs fəaliyyətinizdə hansı amillər sizə mane olur? - Koordinasiya məsələsində müəyyən problemlər var. Kanadada olan azərbaycanlılar kompakt şəkildə yaşamır. Tutaq ki, Torontoda və onun ətrafında 50 azərbaycanlı var, lakin onlar kompakt şəkildə bir ərazidə yaşamır, Torontonun müxtəlif bölgələrində yaşayırlar. Ona görə də bu amil siyasi mübarizəmizə mane olur. Çalışırıq ki, koordinasiya işini daha yaxşı təşkil edək ki, bu cür problemlər aradan qalxsın. - Kanadadakı diasporun fəaliyyətinin gələcəyini necə görürsünüz? - Daha yaxşı fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Əlbəttə ki, gələcək fəaliyyətimiz bugünkündən daha yaxşı olmalıdır. Düzü, hazırda diasporumuzun fəaliyyəti biz istəyən səviyyədə deyil, ancaq 10 il bundan öncə ilə müqayisədə çox ciddi addımlar atılıb, çox müsbət işlər görülüb. Bundan sonra da bir sıra addımlar atılmalıdır. 10 il bundan əvvəl ermənilər azərbaycanlıların və türklərin Kanadada yaşamaq hüququ almasına qarşı Kanadanın miqrasiya idarələrinin qarşısında piketlər, aksiyalar keçirirdilər. Ancaq vəziyyət getdikcə dəyişir. Artıq azərbaycanlılar və türklər Kanadada güclənir, öz sözlərini deyirlər. Diasporun güclənməsi zaman tələb edir. İnsanlar tələsir, ömür qısadır, amma tarix üçün 10 il, 20 il, 50 il o qədər də böyük zaman deyil. Ola bilər ki, 5-10 ilə nəticə olmasın, lakin ümumilikdə əminəm ki, istədiyimiz nəticəni əldə edəcəyik. - Ermənilərdən söz düşmüşkən, onların fəaliyyəti necədir? - Mən deyərdim ki, ermənilərlə bizi müqayisə etmək olmaz. Çünki ermənilər dünyanın hər yerində azlıqdırlar. Öz ölkələri yoxdur, Azərbaycan torpaqları hesabına özlərinə qondarma dövlət qurublar. Onların da çoxu Ermənistandakı iqtisadi və digər problemlər səbəbindən dünyanın müxtəlif ölkələrinə köçüblər. Yəni öz torpağında, öz ölkəsində yaşayan millətin diasporu ilə qaçqın, qaraçı tipində yaşayan millətin diasporunu müqayisə etməzdim. Ancaq din amilini də nəzərə almaq lazımdır. Mən deyərdim ki, Kanadada dindarların sayı istənilən ölkədəki dindarların sayından çoxdur və özü də onlar qatı dindarlardır. Kanadada insanlar, əsasən, xristian olduğu üçün ermənilərə dəstək verirlər. Geri dön |