Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Səhiyyə naziri: Savadlı mütəxəssislərə ehtiyac var
Səhiyyə naziri: Savadlı mütəxəssislərə ehtiyac var |
Bu gün Azərbaycanda uşaq kardiocərrahiyyəsi ilə bağlı, demək olar, növbə yoxdur.
Bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, belə mürəkkəb əməliyyatları həyata keçirmək üçün güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var. O.Şirəliyev bunu nəzərə alaraq, təhsil sistemində köklü dəyişikliklərin aparıldığını söyləyib: "Artıq bir neçə ildir ki, baza tibb təhsili ilə yanaşı, dar ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün rezidentura təhsil pilləsi var. Rezidenturada təhsil alan tələbələr bir neçə il qabaqcıl klinikalarda təcrübəli mütəxəssislərlə birgə işləmək, onlardan öyrənmək va sonra sərbəst həkim kimi çalışmaq imkanı qazanırlar". Geri dön |