Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bahar Muradova: Fransanın ATƏT MQ-də həmsədrliyi məsələsi qurumun Parlament Assambleyası qarşısında qaldırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Bahar Muradova: Fransanın ATƏT MQ-də həmsədrliyi məsələsi qurumun Parlament Assambleyası qarşısında qaldırılıb

Bahar Muradova: Fransanın ATƏT MQ-də həmsədrliyi məsələsi qurumun Parlament Assambleyası qarşısında qaldırılıb


Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi qalıb-qalmaması məsələsi qurumun Parlament Assambleyasının 11-ci qış sessiyasında qaldırılıb. Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O deyib ki, ATƏT PA-nın Vyanada keçirilən sessiyasının ilk plenar iclasında Azərbaycan nümayəndə heyəti tərəfindən kifayət qədər ittihamlı suallar verilib.
"Sual olundu ki, Dağlıq Qarabağ münaqişəsini həll etməli olan ATƏT-in Minsk qrupunun həmsədri Fransada qondarma "erməni soyqırımı"nı inkara görə cəza tətbiq edilməsi barədə qanunun qəbulundan sonra bu həmsədr ölkənin Dağlıq Qarabağ məsələsində qərəzsiz və bitərəf həmsədr olacağına inam nə dərəcədə mümkündür? Bu qanunun qəbulu söz və ifadə azadlığı baxımından necə qiymətləndirilir? Həmçinin ATƏT üzvü olan Fransanın belə bir addımına bütövlükdə ATƏT-in və Parlament Assambleyasının münasibəti necə ifadə olunmalıdır?", - Muradova deyib.
Vitse-spikerin sözlərinə görə, bu məsələyə ümumiləşdirilmiş cavab verilib. "Bizim suallara cavab olaraq ümumi şəkildə bildirildi ki, mövcud format kimi hazırkı formatın imkanlarından istifadə olunmalıdır, geriyə yox, irəliyə baxmaq lazımdır, məsələlərin həlli üçün uyğun gələn hədəfləri vurğulamaq lazımdır", - Muradova deyib.
Onun sözlərinə görə, müzakirələr zamanı Fransa nümayəndə heyətinin üzvü qanunun tək Türkiyəyə qarşı olmadığını və tək "erməni soyqırımı" deyil, bütün soyqırımlara yönəldiyini vurğuladı.
"Fransa nümayəndəsi bunu söyləməyi özünə borc bildi ki, bu qanun hələ Konstitusiya Şurasında baxılır və o qanuni qüvvəsini almayıb", - o deyib.
Muradova təəssüflə qeyd edib ki, Fransada qəbul olunan qanuna Azərbaycan nümayəndə heyətindən başqa heç kim münasibət bildirmədi.

Geri dön