Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Prezident İlham Əliyev: Azərbaycanın artıq çox geniş ixrac imkanları var
Prezident İlham Əliyev: Azərbaycanın artıq çox geniş ixrac imkanları var |
Azərbaycanın artıq çox geniş ixrac imkanları var. Bunu Prezident İlham Əliyev iyulun 14-də Bakıda Ukrayna Prezidenti Petro Poroşenko ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı qeyd edib: “Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, Sizin Azərbaycana birinci səfərinizdir və mən şadam ki, səfər çox uğurlu keçir. Bu gün apardığımız danışıqlar, imzalanan sənədlər bunu bir daha təsdiqləyir. Biz Sizinlə bu ilin əvvəlində Davosda görüşmüşdük. O görüşün çox böyük əhəmiyyəti vardır. Çünki o görüşdən sonra Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində çox önəmli addımlar atılmışdır. Ondan sonra Ukraynadan Azərbaycana yüksək vəzifəli nümayəndə heyətləri gəlməyə başlamışdır. Bu ayın əvvəlində hökumətlərarası komissiyanın iclası keçirilmişdir və bu gün biz Sizi Azərbaycanda rəsmi səfərdə qarşılayırıq. Fürsətdən istifadə edərək, bizim dəvətimizi qəbul edib Azərbaycana gəldiyiniz üçün Sizə minnətdaram”. İlham Əliyev bildirib ki, bu gün həm təkbətək görüşdə, həm də Prezidentlər Şurasının iclasında Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilib: “Şuranın gündəliyi çox geniş idi. Bir çox önəmli məsələlər müzakirə edildi - energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz”. Azərbaycan Prezidenti vurğulayıb ki, siyasi əlaqələrin inkişafı geniş müzakirə edildi: “Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik. İqtisadi məsələlərə gəldikdə, bu sahədə çox böyük potensial var. Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, - biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda, Azərbaycanın artıq çox geniş ixrac imkanları vardır və Ukrayna bazarı – böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilmişdir”. Geri dön |