Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Hakerlər ATƏT Parlament Assambleyasının rəsmi saytını dağıdıblar
Hakerlər ATƏT Parlament Assambleyasının rəsmi saytını dağıdıblar |
ATƏT Parlament Assambleyasının rəsmi saytı haker hücumuna məruz qalıb.
Hazırda sayta giriş mümkün deyil. http://www.oscepa.org ünvanına daxil olan zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzərində “Qarabağ-bizimdir” sözləri yazılmış Azərbaycanın xəritəsi çıxır. Xatırladaq ki, bu gün Xorvatiyanın Dubrovnik şəhərində ATƏT PA-nın növbəti payız sessiyasının açılış mərasimi keçiriləcək. Sessiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq. “Münaqişələrin nizamlanmasında ATƏT-in rolu: Dağlıq Qarabağ” mövzusunda müzakirələrə ATƏT-in Cənubi Qafqazda münaqişələr üzrə yeni xüsusi nümayəndəsi Joao Soareş sədrlik edəcək. Müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie və İqor Popov da iştirak edəcəklər. Geri dön |