Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Alimlər çirkli suyu təmizləməyin yeni üsulunu tapıblar
Alimlər çirkli suyu təmizləməyin yeni üsulunu tapıblar |
Hindistanlı alim Srikanth Singamaneni Vaşinqton Universitetinin alimləri ilə birgə qrafendən istifadə etməklə çirkli suyu içməli suya çevirməyin yolunu tapıb.
Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər ki, vistanews.ru saytının məlumatına görə, alimlər Günəş altında, həmçinin çirkli suyun üzərində dayana bilən qrafen əsaslı təbəqə hazırlayıblar. Təbəqənin özəlliyi ondadır ki, üzərində qrafen olan su Günəş altına qoyulduqda çirkli su təmizlənir. Bu zaman təbəqənin tərkibində olan bakteriyalar istiliyin və Günəş işığının təsirinə məruz qalır. Daha sonra sellülozun bakteriyaları qrafen oksidlə kimyəvi reaksiyaya girərək çirkli suyu təmizləyir. Srikanth Singamaneninin sözlərinə görə, qrafen oksidi məhz istilik və cərəyanın keçiricisi olduğundan çirkli suyu təmizləmək qabiliyyətinə malikdir. Tədqiqatçılar ümid edirlər ki, Hindistan kimi isti ölkələrdə yaşayan insanlar bu üsulla içməli suyu daha rahat əldə edə biləcəklər. Nəticədə təbii resurslara əhəmiyyətli dərəcədə qənaət etmək imkanı yaranacaq. Geri dön |