Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İLƏ BAĞLI SORĞU KEÇİRİLİB (Nəticələr)
İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İLƏ BAĞLI SORĞU KEÇİRİLİB (Nəticələr) |
“Atlas” Araşdırmalar Mərkəzi İran-Azərbaycan münasibətləri mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu 500 respondenti əhatə edib.
Mərkəzin rəhbəri Elxan Şahinoğlu deyib ki, “İran hakimiyyəti Azərbaycana qarşı siyasətini niyə sərtləşdirib” sualına respondentlərin 55 faizi “Tehran hücuma məruz qalacağı halda Azərbaycanın Qərbin yanında yer alacağını düşünür”, 33 faizi “Tehran Azərbaycan-İsrail münasibətlərindən qıcıqlanır”, 12 faizi “Tehran Azərbaycanın inkişafından və bununla İranda yaşayan azərbaycanlıların muxtariyyət tələblərinin gündəmə gələcəyindən çəkinir” şəklində cavab verib. “ABŞ və ya İsrail İranın nüvə obyektlərinə zərbələr endirsə, Tehran Azərbaycana qarşı hansı addımlar ata bilər” sualına bu cavablar verilib: “Xəzərdəki neft yataqlarımızı hədəf alacaq” (28 faiz), “Azərbaycanla sərhədi qapadacaq” (22 faiz), “Azərbaycan ərazisində müxtəlif təxribatlar törətməyə çalışacaq” (37 faiz), “Azərbaycanı hədələsə də, sözdən işə keçməyəcək” (13 faiz). “İran-Azərbaycan münasibətlərinin normallaşması üçün hansı dövlət vasitəçi ola bilər” sualına respondentlərin mütləq əksəriyyəti “Türkiyə” (87 faiz) deyib. Rusiyanın vasitəçi ola biləcəyini 10 faiz dilə gətirib, Gürcüstanın adını isə 3 faiz respondent çəkib. “İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan hansı dövlətin və ya qurumun dəstəyinə arxalanmalıdır” sualına respondentlərdən alınan cavablar belədir: İsrail (9 faiz), ABŞ (38 faiz), Türkiyə (19 faiz), NATO (34 faiz). “Azərbaycan əleyhinə formalaşan İran-Ermənistan ittifaqına necə son qoyula bilər” sualına respondentlərin əksəriyyəti “ İrandakı azərbaycanlıların haqları artırılmalıdır” deyib (67 faiz). İran-Ermənistan ittifaqına son qoyulması üçün “İranda rejim dəyişməlidir” (23 faiz) və “Bu ittifaq əbədidir və heç bir amil bu münasibətlərə təsir edə bilməz” (10 faiz) kimi cavablar da verilib. Sorğunun nəticələrini şərh edən Elxan Şahinoğlu Azərbaycanda İranın siyasətindən narahatlığın artdığını vurğulayıb: “İran nüvə çalışmalarını illərdir davam etdirir. Bu çalışmalar daha çox Qərbi naharat edirdi, nəinki Azərbaycan ictimaiyyətini. Ancaq Tehranın Azərbaycan qarşı siyasətinin sərtləşdirdiyi bu günlərdə artıq Azərbaycan ictimaiyyəti də sanksiyalarla üzləşən qonşu dövlətin gələcək addımları haqqında ciddi düşünməyə başlayıb. Bunu sorğunun nəticəsi də göstərir”. “İran-Azərbaycan münasibətlərinin normallaşması üçün hansı dövlət vasitəçi ola bilər” sualına respondentlərin mütləq əksəriyyəti “Türkiyə” (87 faiz) desə də, ondan sonrakı “İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan hansı dövlətin və ya qurumun dəstəyinə arxalanmalıdır” sualına respondentlər Türkiyədən çox ABŞ və NATO-ya üstünlük verdiklərini bildiriblər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri bu nüansı belə izah edib: “Azərbaycan ictimaiyyəti əvvəlkitək Türkiyəni strateji müttəfiq kimi görür və İranla Azərbaycan arasındakı gərginlikdə vasitəçi ola biləcəyini düşünür. Ancaq göründüyü kimi, İranın Azərbaycanı hədəf alacağı halda Türkiyəni deyil, ABŞ və NATO-nu göstərirlər. Görünür, bu, Qərbin, eləcə də rəsmi Bakının yürütdüyü siyasətlə bağlıdır. Beynəlxalq miqyasda İranla qarşıdurmaya görə Vaşinqton məsuliyyət daşıdığından Azərbaycan ictimaiyyəti də düşünür ki, bu səbəbdən elə həmin ABŞ Azərbaycanı müdafiə etmək məcburiyyətindədir. Digər tərəfdən Azərbaycanın İsraillə artan hərbi əməkdaşlığı Tehranı qıcıqlandırdığı kimi Ankarada da müəyyən suallar doğurub. Məncə, Azərbaycanın İrandan qorunmasında Türkiyənin ABŞ və NATO-dan geri qalmasında bu amilin də rolu olub. Maraqlıdır ki, vəziyyətin gərginləşəcəyi halda respondentlərin çox az hissəsi İsrailin Azərbaycana real dəstək verəcəyinə inanır. Bu da ondan irəli gəlir ki, İsrail ancaq öz təhlükəsizliyini düşünür”. Geri dön |