Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri
Güney Azərbaycan Xəbərləri |
İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İLƏ BAĞLI SORĞU KEÇİRİLİB (Nəticələr)
“Atlas” Araşdırmalar Mərkəzi İran-Azərbaycan münasibətləri mövzusunda keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu 500 respondenti əhatə edib. Mərkəzin rəhbəri Elxan Şahinoğlu deyib ki, “İran hakimiyyəti Azərbaycana qarşı siyasətini niyə sərtləşdirib” sualına respondentlərin 55 faizi “Tehran hücuma məruz qalacağı halda Azərbaycanın Qərbin yanında yer alacağını düşünür”, 33 faizi “Tehran Azərbaycan-İsrail münasibətlərindən qıcıqlanır”, 12 faizi “Tehran Azərbaycanın inkişafından və bununla İranda yaşayan azərbaycanlıların muxtariyyət tələblərinin gündəmə gələcəyindən çəkinir” şəklində cavab verib. “ABŞ və ya İsrail İranın nüvə obyektlərinə zərbələr endirsə, Tehran Azərbaycana qarşı hansı addımlar ata bilər” sualına bu cavablar verilib: “Xəzərdəki neft yataqlarımızı hədəf alacaq” (28 faiz), “Azərbaycanla sərhədi qapadacaq” (22 faiz), “Azərbaycan ərazisində müxtəlif təxribatlar törətməyə çalışacaq” (37 faiz), “Azərbaycanı hədələsə də, sözdən işə keçməyəcək” (13 faiz). “İran-Azərbaycan münasibətlərinin normallaşması üçün hansı dövlət vasitəçi ola bilər” sualına respondentlərin mütləq əksəriyyəti “Türkiyə” (87 faiz) deyib. Rusiyanın vasitəçi ola biləcəyini 10 faiz dilə gətirib, Gürcüstanın adını isə 3 faiz respondent çəkib. “İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan hansı dövlətin və ya qurumun dəstəyinə arxalanmalıdır” sualına respondentlərdən alınan cavablar belədir: İsrail (9 faiz), ABŞ (38 faiz), Türkiyə (19 faiz), NATO (34 faiz). “Azərbaycan əleyhinə formalaşan İran-Ermənistan ittifaqına necə son qoyula bilər” sualına respondentlərin əksəriyyəti “ İrandakı azərbaycanlıların haqları artırılmalıdır” deyib (67 faiz). İran-Ermənistan ittifaqına son qoyulması üçün “İranda rejim dəyişməlidir” (23 faiz) və “Bu ittifaq əbədidir və heç bir amil bu münasibətlərə təsir edə bilməz” (10 faiz) kimi cavablar da verilib. Sorğunun nəticələrini şərh edən Elxan Şahinoğlu Azərbaycanda İranın siyasətindən narahatlığın artdığını vurğulayıb: “İran nüvə çalışmalarını illərdir davam etdirir. Bu çalışmalar daha çox Qərbi naharat edirdi, nəinki Azərbaycan ictimaiyyətini. Ancaq Tehranın Azərbaycan qarşı siyasətinin sərtləşdirdiyi bu günlərdə artıq Azərbaycan ictimaiyyəti də sanksiyalarla üzləşən qonşu dövlətin gələcək addımları haqqında ciddi düşünməyə başlayıb. Bunu sorğunun nəticəsi də göstərir”. “İran-Azərbaycan münasibətlərinin normallaşması üçün hansı dövlət vasitəçi ola bilər” sualına respondentlərin mütləq əksəriyyəti “Türkiyə” (87 faiz) desə də, ondan sonrakı “İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan hansı dövlətin və ya qurumun dəstəyinə arxalanmalıdır” sualına respondentlər Türkiyədən çox ABŞ və NATO-ya üstünlük verdiklərini bildiriblər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri bu nüansı belə izah edib: “Azərbaycan ictimaiyyəti əvvəlkitək Türkiyəni strateji müttəfiq kimi görür və İranla Azərbaycan arasındakı gərginlikdə vasitəçi ola biləcəyini düşünür. Ancaq göründüyü kimi, İranın Azərbaycanı hədəf alacağı halda Türkiyəni deyil, ABŞ və NATO-nu göstərirlər. Görünür, bu, Qərbin, eləcə də rəsmi Bakının yürütdüyü siyasətlə bağlıdır. Beynəlxalq miqyasda İranla qarşıdurmaya görə Vaşinqton məsuliyyət daşıdığından Azərbaycan ictimaiyyəti də düşünür ki, bu səbəbdən elə həmin ABŞ Azərbaycanı müdafiə etmək məcburiyyətindədir. Digər tərəfdən Azərbaycanın İsraillə artan hərbi əməkdaşlığı Tehranı qıcıqlandırdığı kimi Ankarada da müəyyən suallar doğurub. Məncə, Azərbaycanın İrandan qorunmasında Türkiyənin ABŞ və NATO-dan geri qalmasında bu amilin də rolu olub. Maraqlıdır ki, vəziyyətin gərginləşəcəyi halda respondentlərin çox az hissəsi İsrailin Azərbaycana real dəstək verəcəyinə inanır. Bu da ondan irəli gəlir ki, İsrail ancaq öz təhlükəsizliyini düşünür”. Wikileaks, İranın nüvə obyektləri ilə əlaqədar şok iddialar yayıb Beynəlxalq Atom Enerjisi Təşkilatının hesabatında İranın uran zənginləşdirmə fəaliyyəti son zamanlarda inkişaf eləsə də hələ yeni texnologiyaya keçə bilmədiyini qeyd edib. Hesabatda gecikmənin xam maddə əskikliyindən və ya texnologiya çatışmazlıqdan qaynaqlandığı mövzusunda məlumat verilməyib.İran prezidenti Mahmud Ahmedinejad isə ötən həftələrdə çıxışlarında başqalarıylə müqayisədə 3 qat daha sürətli olan dördüncü qurşaq santrifüj etməyi bacardıqlarını açıqlamışdı. Wikileaksə aldığı məlumata görə, Amerika Düşüncə Quruluşu Stratfora aid elektron məktubların birində İsrail İrandakı müxalifətçi kürdlərin köməyi ilə İranın nüvə infrastrukturuna zərər verdiyi xəbər verilir. Elektron məktubda yazılan iddiaya görə İsrail bu məqsədlə İrana kürd və yəhudi əsilli iranlıların köməyi ilə bir komando qrupu göndərib. 12 noyabrda İsfahanda bir nüvə obyektində 17 adamın öldüyü ilə nəticələnən partlamanın məsulu İsraildir. İsrailin müdafiə naziri Ehud Barak bu gün ABŞ-a (Amerika Birləşmiş Ştatları) səfərə yollanır. İsrail KİV-nə (kütləvi informasiya vasitələri) istinadən xəbər verir ki, səfər zamanı İranın nüvə proqramı və onun nüvə obyektlərinə zərbələrin endirilməsinə dair təkliflər müzakirə ediləcək.Nazirin ABŞ-ın vitse-prezidenti Cozef Bayden, Pentaqon rəhbəri Leon Panetta ilə görüşləri nəzərdə tutulub. Barak onları ölkəsinin İrana hərbi müdaxilə təklifinin əsaslı olduğuna inandırmağa çalışacaq. BANQKOK PARTLAYIŞINA GÖRƏ DAHA 3 İRANLI SAXLANILIB Bir neçə gün əvvəl Tailandın paytaxtı Banqkokda baş vermiş partlayışa görə daha üç nəfər iranlı saxlanılıb. Fevralın 14-də Banqkokda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda 4 nəfər yaralanıb. Səid Muradi özü iki ayağını itirib. Hadisədə təqsirli bilinən digər İran vətəndaşları - Məhəmməd Xəzai Banqkokda, Məsud Sədaqətzadə isə Malayziya paytaxtı Kuala-Lumpur aeroportunda tutulub. Həmçinin tutulanlara hərbi təlim keçməkdə şübhəli bilinən dördüncü iranlı, 52 yaşlı Cavad Nikxah Fərdin axtarışına başlanıb. İranlılara Banqkokda ev kirayə edən beşinci iranlı Leyla Ruhani isə hadisədən əvvəl İrana gedib. Fevralın 15-də jurnalistlərə danışan Tailandın təhlükəsizlik rəsmisi tutulanların niyyətinə toxunub: “Bu üç iranlı adam öldürməklə məşğul olan killer dəstəsinin üzvləridir. İranlılar ölkədə israilli diplomatları terror etməyə hazırlaşırdılar. Onlar İsrail diplomatlarının avtomobillərinə bomba qoymağı planlaşdırmışdılar”. Tailand polisinin rəsmisi Paya Otayo jurnalistlərə açıqlamasında hadisə ilə bağlı iranlılara məxsus bir mənzildə axtarış apardıqlarını, daha üç nəfəri saxladıqlarını bildirib: “Bizdə olan məlumatlara görə, tutduğumuz bu üç nəfərin də partlayışda əli olub. Tutulanlardan birinin adı Seyid Mehrdad Mədənidir. Onun telefon danışıqları göstərir ki, bundan əvvəl partlayışı törədənlərlə ardıcıl əlaqədə olub. O və saxlanan digər iranlılar hadisədə əli olmadıqlarını bildirsə də, mövcud məlumatlar və dəlil-sübutlar bunun tam əksini göstərir”. ABŞ DÖVLƏT DEPARTAMENTİ İRANLI KİNOREJİSSORU TƏBRİK ETDİ ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Noland “Oskar” mükafatı alan iranlı kinorejissor Əsğər Fərhadini təbrik edib. Əsğər Fərhadinin “Nadirin Simindən ayrılması” filmi “Oskar” mükafatına fevralın 26-da layiq görülüb. fevralın 27-də jurnalistlərə açıqlama verən Viktoriya Noland deyib: “Bu, İran filminin qazandığı ilk “Oskar” mükafatıdır və biz Əsğər Fərhadini təbrik edirik. Bu film İrandakı real həyatı təsvir edir. Biz bu nailiyyəti İranın müstəqil kino sənətinin tarixi əzəməti sayırıq”. Geri dön |