Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Amerikada ilk dəfə Sərkisyanın adı qətliamla bağlı sənədə salınıb
Amerikada ilk dəfə Sərkisyanın adı qətliamla bağlı sənədə salınıb |
Azərbaycan Amerika Şurası (AAC), Azərbaycan-America Cəmiyyəti (ASA) və Amerika Türk Dərnəkləri Asambleyasının (ATAA) birgə qurduğu PAX TURCİCA İnstitutunun səyləri nəticəsində, fervalın 24-də ABŞ-ın Corciya (Georgia) Ştatının qanunverici orqanı (parlamenti), Xocalı soyqırımının 20-ci ildönümü münasibəti ilə 1594 saylı qətnamə qəbul edib.
Bu barədə Davam.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. ABŞ qanunvericilik tarixində ilk dəfə olaraq bu qətnamədə Ermənistan prezidenti Serj Sərkisyanın adı qətliamla bağlı çəkilir. Sənəddə qeyd olunur ki, prezident Serj Sərkisyan bu qətliamı “stereotipləri qırmaq” üçün qisas aktı adlandırdığı halda, Ermənistan bu faciəyə görə məsuliyyəti rəsmən inkar edir. “1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı Azərbaycanın Xocalı şəhərinə hücum edərək sakinləri vəhşicəsinə qətlə yetirib, 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı adam qətlə yetirilib, yüzlərlə adam itkin düşüb, 1000 nəfər əlilə çevrilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib, 150-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib”, - deyə qətnamədə bildirilir. “1992-ci ildə törədilmiş Xocalı qətliamı beynəlxalq səviyyədə tanınmayıb, bu faciənin qurbanlarının tanınması və xatırlanması lazımdır. Ona görə də Nümayəndələr Palatası qərara alır ki, Xocalı qətliamının 20-ci ildönümündə bu qurumun üzvləri qətliamın qurbanlarını xatırlayanlara qoşulsun və bununla bağlı dərin təəssüf hissi keçirdiklərini bildirsin. Qərara əsasən, Nümayəndələr Palatasının Katibi bu qətnamənin nüsxəsini ictimaiyyətə və mətbuata göndərməlidir”. Geri dön |