Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İranın siyasi sistemi və mədəni cəmiyyət - A. Yazdani
İranın siyasi sistemi və mədəni cəmiyyət - A. Yazdani |
Mədəni cəmiyyət nedir
1-Mədəni cəmiyyət Feudalizmin dağılması və Kapitalizm sistemin iqtisadi gücünün, teknikinin və ideallarının inkişafi nəticəsində yaranır. Nəzəri baxımdan, bu cəmiyyətin diqqət mərkəzində insan yer alır. Insan cəmin içində “fərdə” çevrilir və azad bir şəxs olur. O, kimsənin qəyyumluğu altında yaşamır. Nə ərbabın rəiyyəti sayılır və nə də din alimlərinin təqlidçisi olur. O, müstəqil bir insan kimi, ağıl, elm və təcrübə yolu ilə öz müqəddəratının sahibi olur. Insan hüquqlarına söykələnərək, cəmiyyətdə, bütöv insanların ictimai səadətini tələb edir. Mədəni cəmiyyətdə, insan özünü dövlət hakimiyyətinin əsl sahibi bilir. Cəmiyyəti idarə edən dövlətin hər bir işini metafiziki doqmlardan azad etmək üçün din və onun qayda- qanunlarından ayırır. Mədəni cəmiyyətdə bütöv insanlar qanun qarşısında bərabər olur. Heç bir vətəndaş müəyyən bir ictimai təbəqəyə aid olduğu üçün və yaxud başqa bir din, məzhəb, irq, cins və dilinə görə qanun tərəfindən ayrı-seçkiliyə məruz qalmır. Mədəni cəmiyyətdə qanun hökm sürür və ictimai hakimiyyət xüsüsi mülkiyyətə keçmir. Söz, fikir, mətbuat, dil və pluralizm azadlığı təmin olur. Insan özünü fatalizmin qaranlıq dünyasından qurtarır və daha alın yazısına inanmır. O, cəbr ilə ixtiyar arasında ixtiyarı seçir və beləliklə öz taleyının Tanrısı olur... 2- Biz hardayıq? İran tarixində indiki dövrə qədər üç dövlət forması mövcud olmuşdur : A- 20-ci əsrin əvvəllərinə qədər davam edən Mütləq padşahçılıq dövrü, B- 1906-ci ildən 1979-cü ilə qədər davam edən məşrutiyyət padşahçılığı, C- Indiyə dək iqtidarda olan İslam cümhurusu- vilayəti Fəqih dövlət forması. Mütləq padşahçılıq dövründə Şah “Əlsultano Zillullah” (Sultan Allahin kölgəsidir) olaraq, dövlət hakimiyyətinin yeganə başçısı olur. O, mütləq hakim kimi, Qanunverici, İcraedici və Ədliyyə hüququnu özündə birləşdirir. Bu dövrdə Şahin mütləq hakimiyyətilə əhalının ən böyük aciz və hüquqsuz hissəsi qarşı-qarşıya durur. Sərayın, tayfa Arıstokratlarının, iri mülkədarların və yüksək din xadimlərinin zülmünün nə dərəcədə dəhşətli olduğunu bu dövrün sosyal tarixi aydın göstərir. Şərq despotizmin hökm sürdüyü bu dövrü həqiqətən haqsızlıq və yoxsulluq tarixi adlandırmaq olur. Bu quruluş iranda 19-cu əsrin ortalarından başlayaraq, Avropanın, xüsusilə İngiltərə və Rusiyyənin iqtisadi - ictimai sahələrdə təsiri nəticəsində dəyişilməyə başlayır və nəhayət Məşrutə hərəkatını əmələ gətirir. Dövlət hüququ baximdan, İran ölkəsi 1906-ci ildən 1979-cü ilə qədər parlamentar əsaslı məşrutə padşahçılığı elan olur. Onun əsasını 1906-ci il İran Anayasası və 1907-ci il “esas qanuna əlavə” si təşkil edir. Digər hüquqlarla yanaşı iran əsas qanunu əhaliyə Aşağıda qeyd olan əsas hüquqları verir: - qanun qarşısında bərabərlik - söz və yığıncaq azadlığı - mətbuat azadlığı Bütün bunlar (Magna Charta, Bill of Rights) ənənələrindən, 1799 – il insan hüquqları bəyannaməsindən və 1831 – il Belcika əsas qanunun əsas hüquqlar kataloqundan götürülür. Qərbin demokratik əsas qanunları əsasında hazırlanmış İran əsas qanunu, hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil edilir. Bu o deməkdir ki, Şahin 1906-ci ildən əvvəlki mütləq hakimiyyəti, parlamentin mövcud olması nəticəsində məhdudlaşır. Hökumət bundan sonra, parlament qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə idarə olunmaları olur. Şah səltənət edib amma hökumət etməməli olur. Ancaq inkar edilməz bir həqiqətdir ki, Pahlavi sulasəsinin sonuna qədər əsas qanunun nəzəriyyəsi və əsas qanunun tətbiqi bir-birilə uyğun olmayıb və əksinə, lazim təmizliklərdən sonra əsas qanun daha çox kiçik bir hakim təbəqənin imtiyaz və mənafeyinin qanunlaşdırılması üçün bir vəsiləyə çevrilir. Nəhayət Bəhmən inqilabi baş verir. İranda yaşayan millətlərin bütün təbəqələrinə mənsub olan milyonlar insan, şərq despotizmin bir forması yəni “Totaliter padşahçılıq” sistemə qələbə çalıb, azadlıq və ictimai ədalətin bərpa olmasını tələb edir. Lakin : Iran İslam Cümhurusu –Vilayəti fəqih rejimi təsis edilikdən sonra, tezliklə məlum olur ki, yeni siyasi sistemin rəhbərləri ancaq özlərinin siyasi-iqtisadi maraqlarının qorunmasını istəyir. Bu məqsədə çatmaq üçün yalan şüarlar “Biz istəyirik məmləkətimiz özümüzün olsun, müstəqil və azad olaq. Mətbuatimiz və qələmlərimiz azad olsun. Biz istəyirik məmləkətimizin yeraltı sərvətləri məmləkətimizə xərc olsun, ac qalanları doyuraq, paltarsız qalanları, geyindirək, evsiz olanlara ev verək,” (Xumeyninin 1357-ci ilin Azər ayının 6-da Yaponiya jurnalisti ilə müsahibəsindən) , demaqoji, xürafat, kötlənin dini inancından sui-istifadə etmə və nəhayət dəhşətli cinayətlər baş verir. 3- Vilayəti-Fəqih sistemi və mədəni (civil) cəmiyyət Illərboyudur İran adlanan ölkədə mədəni cəmiyyətin quruluşu üçün lazim olan eyni və zehni şərayit yaranib. Bugün İranin müxtəlif şəhərlərində çoxlu elm mərkəzləri təsis olub. Daxil və yaxud xaric ölkələrin universitetlərində təhsil almış bir neçə milyon insan, müxtəlif ictimai sahələrdə fəaliyyət edir. Bir neçə milyon işçi müxtəlif sənaye fabrikalarında işləyir. Məmləkətin 70 milyon nüfusunun 60% - dan çoxu şəhərlərdə yaşayır. Şəhərlər ilə kəndlər arasında gəl-get çoxalıb. Internet, satelit, radio – televiziya, mətbuat, avtobanlar, uçaqlar, gəmilər, qatarlar və körpülər insanlar arasında əlaqələri çoxaldıb. Cəmiyyətdə yeni sosyal qrupalar yaranıb və köhnə sosyal qrupalarda yeni siyasi-mədəni şüur oyanıb. Başqa sözlə desək, məmləkət nisbi olursada, modernləşib. Aydındır ki, hər bir siyasi sistemin məşruiyyəti həmin sistemdə çoxsaylı qrupaların iştirakından asılı olur. Mədəni cəmiyyətdə bu faktor, azad seçkilər, parlamentlər və siyasi partiyalarla təmin olur. Iranda isə, Vilayeti-Fəqih sistemi bu təşkilatları qadağanlayır ve yaxud formal şəkildə fəaliyyətlərinə icazə verir. Vilayəti-Fəqih sistemi məzhəbi-siyasi bir ideoloqiyadır. Bu sistem zatına görə totaliter bir sistem və kökündən qərb demokratiyasına ziddir. Bu sistemdə insanın vicdan azadlığından əlavə (şəxsi azadlıqlar, məzhəb, fikir və söz azadlıqları) , onun xüsusi həyatının ən kiçik sahəsi misal üçün nə yeyib, nə içib və necə geyinməsi də sistem tərəfindən kontrol olur. Vilayəti-Fəqih sistemi öz məşruiyyətini Quranın təlimatından, Peyğəmbərlik fəlsəfəsindən və Şiyə məzhəbinin İmamşünaslıq nəzəriyyəsindən alır. Bu ideoloqiya görə, qanunverici hakimiyyət ancaq Allaha aid olur (Jus Divinum). Burada insanın və hətta Peyğəmbərin qanun qoyma haqqı olmur (Jus Naturale). Insan ancaq Allah tərəfindən gələn qanunların icraedicisi olur. Bu sistemin baxışına görə islam dininin qanunları əbədi olaraq mötəbər və bütöv zaman və məkanlara aid olur. Qanunların icra etdirilməsi Peyğəmbərin və onun ardınca İmamların və onların qıyabında Fəqihlərin (din alimlərinin) vəzifəsi sayılır. Din alimləri tərəfindən siyasi hakimiyyətin ələ kəçirilməsi, qərb ölkələrində “Teokrati” və Şiyeye islami ölkələrdə “Vilayəti-Fəqih” adlanır. Vilayəti-Fəqih sistemi və vətəndaşlar İranda iqtidarda olan Vilayəti-Fəqih sistemi vətəndaşları, din, dil, məzhəb, irq və cinslərinə görə müxtəlif yaxşı-pis qrupalara bölür. Ən yaxşı vətəndaş, 12- İmama inanan və vilayəti – Fəqih sisteminin tərəfdari olan “Şiyələr” hesab olur. Şiyələr iki qrupaya bölünür: 1- Mütləq hüquqa sahib olan Fəqihlər (Müctehidlər) təbəqəsi 2- Şiyə ümməti Mütləq hüquqa sahib olan din alimləri (Fəqihlər) şəriyətşünas və islam dininin hökmlərini yaxşı taniyan insanlar hesab olur. Vilayəti-Fəqih sistemde mühüm dövlət orqanları ( Xubrəqan məclisi, Rəhbərlik məqami, Ədliyə hakimiyyətinin rəisliyi, Şuraye nigəhban və ...) ancaq yüksək Şiyə məzhəbli din alimləri təbəqəsinin inhisarinda qalır. Bu mümtaz təbəqənin içindən seçilmiş (Vəliye-Fəqih) ölkənin dini-siyasi rəhbəri kimi ömrünün sonuna qədər həm Millətdən və həm Qanundan üstün sayılır. Şiyə ümmətinə gəldikdə, onlar Fəqih və Müctehid olmadıqları üçün, bütöv siyasi-dini məsələlərdə Müctehidlərdən asılı qalır və onların Təsmim, Meyl və Fitvalarının təqlidçisi olur. Vilayəti-Fəqih sistemdə Şiyə ümməti özü iki qrupaya bölünür : 1- Kişilər 2- Qadinlar Kişi cinsiyyətinə görə qadindan üstün sayılır. Qadınlar həm Fəqih və Müctehidlik dərəcəsinə çatmaq hüququndan məhrum qalır və həmdə vərəsəlik, ailə və cinayət hüququ baxımdan kişi ilə bərabər olmayan və onun yarısı olan hesab edilir. Iran Islam cümhurusu rejimində, qadın və onun insan məqami cinsi alət məqamina endirilir. Qadın, bayırda saçlarının göründüyü üçün cəzalanır. Onun ”naməhrəm” kişilə əl verməsi günah sayılır. Məclise şurayi islamiyə (Parlamentə) seçilmiş qadın nümayəndəsi, kişisinin (ərinin) icazəsi olmadan evdən eşiyə çıxmağa haqqı olmur.... Vilayete-Fəqih sistemində sünni məzhəbli Müsülmanlar (Bəluçlar, Kurdlər və Türkmənlər) qeyri-şiyə olduqarına görə ikinci dərəcəli Müsülmanlar sayılır. Bu Müsülmanların yüksək din alimləri İran islam cümhurusu rejimin mühüm dövlət orqanlarında iştirak etmə hüququ olmur. Bu gün 12-milyon nüfusu olan Tehran şəhərində sünni-məzhəbli vətəndaşlara nümunə üçün bir məscid yoxdur. Vilayəte-Fəqih sistemdə kitab əhli sayılan qeyri-müsulman vətəndaşlar (Yehudilər, Məsihilər və Zərduştilər) faktik olaraq, üçüncü dərəcəli insanlar hesab olur və qanun və qarşısında müxtəlif ayrı-seçkiliklərə məruz qalır *. Orduda vəzifə tutmaq, qazilik etmək və məmləkətin mühum orqanlarında iş sahibi olmaq hüququ bu vətəndaşlardan alınır. Bundan əlavə müsulman qadının qeyri-müsulman kişi ilə evlənməsi, Şəhadət, Qisas və Zina məsələsində bu vətəndaşlar göbud bərabərsizliyə məruz qalır.** Vilayəte-Fəqih rjimində dini düşüncə və dünya görüşünə görə, Kafir və Müşrük sayılanlar, Bahai məzhəbinə inananlar və həmçinin islam dinindən çıxan insanlar, mədəni hüquqlardan məhrum qalır və qətlə yetirilmələri şəri vəzifə sayılır. Dil və etnik mənsubiyyətə gəldikdə, bu sistemdə ən yaxşı vətəndaş fars vətəndaşı və ən yaxşı dil fars dili hesab olur . Bu üçün İranda yaşayan müxtəlif etniklərin dil, kultur və milli kimliklərini yox etmək və onları farslaşdırmaq bu rejimin mühüm hədəflərindən birisi sayılır. Son Vilayəte-Fəqih rejimi demokrasi və civil cəmiyyətə zidd olan bir sistemdir. Bu rejimin siyatəsi nəticəsində, Iran cəmiyyətində, diktatorluq, vətəndaşlar arasında ayrı-seçkilik, milli zülm, işsizlik, geniş yoxsulluq, narkomanlıq və xurafat hakimiyyet edir. Milltətin Beytulmalı tarac olunur. Hükumət hər il neft gəlirindən milyardlar dollar rejim tərəfdarı olan Ağazadələrin, Ayətullahların, Həməs təşkilati, Hizbullah və İraqda Muqtedul Sədrin şəxsi ordusunun ixtiyarında qoyur. Qonşu ölkələrdə o cümlədən müstəqil Şumal Azərbazcanda demokratik və modern ictimai həyatın inkişaf qarşısını almaq üçün, milyonlar Dollar pul xərc edir və bəcərtdiyi Terroristlər əlilə bu ölkələrin sakitlik və sabitliyini yox etməyə çalışır. Özünü müsəlman dünyasının təəssübkeşi kimi təqdim edən Iran rejimi, Azərbaycan ölkəsinin 20%-dan çoxunu işğal altında saxlayan və bir milyon insani qaçqın salan teçavüzkar Ermənistan dövlətini hər cürə maddi-mənəvi və hərbi köməkliklərlə himayət edir. Hqiqətdə, İslam dinini, siyasi alətə çevirən, özünün həqiqi mahiyyətini din pərdəsi altında gizlədən Fars Şovinizmindən, İranda yaşayan insanlara azadlıq və rifah gözləmək, qeyri- məntiqi və boş bir ümiddir . Demokrasi yolu ancaq Sekularizmdən keçir. Bu üçün, İran əhalisi, yaxasını bu hükumətin əlindən qurtarmaqla, Civil cəmiyyətə pəncərə aça bilir. *Bax: İran islam cümhurusunun əsas qanununda: 144, 167, 152 və mədəni qanunun 1059, 494, 207, 121 və 88- ci maddələrinə. ** Türk düşməni olan İran rejimi, İranda yaşayan Ermənilər haqqında istisnalar siyasəti irəli sürür. İranda 30 milyon Azərbaycan Türkünün ana dilində məktəb sistemi qadağan olduğu halda, 70-80 min Erməni hər cürə siyasi-kulturel imkanlara malik olub. İranin İrəvanda olan sefiri Seyyed Ali şəqaiyan-in dediyinə görə: “ Ermənilərin təkcə Tehran şəhrində 24 məktəbləri var”. A. Yazdani Geri dön |