Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ordubad rayonunda istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Ordubad rayonunda istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunub

Ordubad rayonunda istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunub


Ordubad şəhərindəki mədəniyyət evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək muxtar respublikanın hər yerində olduğu kimi, Ordubad rayonunda da qadınların yüksək dövlət qayğısı ilə əhatə olunduğunu bildirib.

Elşad Məmmədov qeyd edib ki, rayonda yaşayan qadınlardan 80 nəfəri yerli özünüidarəetmə orqanlarına üzv, 1 nəfəri bələdiyyə sədri seçilib. Bir qadın rayon icra hakimiyyəti başçısının müavini, 9 nəfər rayonda fəaliyyət göstərən təhsil müəssisəsinin rəhbəri vəzifəsinə təyin edilib. Qadınların dövlət qulluğunda, hüquq mühafizə orqanlarında təmsilçiliyi genişlənib. Bu gün rayonda qadınlardan 23 nəfəri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatlarına layiq görülüb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşan milli dəyərlərimiz yaşadılır. Yaradılan şərait nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artır. Onların əl işlərindən ibarət sərgilərin təşkili isə ənənə halını alıb. Bu gün Ordubad rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik həyat tərzimizi yaşatmaqdır.

İstedadlı qadınlardan Məleykə Rəhimli çıxış edərək deyib ki, muxtar respublikada yaradılan şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından yararlanmağa çalışır. Hazırda Ordubad Rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Toxuculuq” dərnəyinin rəhbəri işləyir və asudə vaxtlarında əl işləri hazırlayaraq, onları müxtəlif sərgilərə çıxarır. Məleykə Rəhimli bütün qadınlar adından yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra sərgi-satışa baxış olub. Sərgi-satışda rayon üzrə 45 istedadlı qadının 400-dək əl işinin satışı təşkil edilib. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

Geri dön