Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni diasporu İsraildə Xocalı konfransını pozmağa çalışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Erməni diasporu İsraildə Xocalı konfransını pozmağa çalışıb

Erməni diasporu İsraildə Xocalı konfransını pozmağa çalışıb


Erməni diasporunun nümayəndələri Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar İsraildə keçirilmiş konfransın işini pozmağa səy göstəriblər.



“Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) və Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S. Daniel Abraham Mərkəzi “İsrail-Azərbaycan Strateji İttifaqı” adlı konfrans keçirib.

Tədbirin keçirildiyi binanın foyesində AzərTAc-ın dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən fotosərgi açılıb. Sərgidə Heydər Əliyev Fondunun, Azərbaycan Prezidenti Admnistrasiyasının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı kitablar, bröşürlər, audio-video materiallar da nümayiş etdirilib. Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxıb, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəliblər.

Konfransda çıxış edənlər erməni cəlladlarının Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusən də Xocalıda törətdikləri vəhşilikləri qətiyyətlə pisləyiblər. Erməni diasporunun nümayəndələri yerlərindən replika atmaqla konfransın işinə mane olmağa səy göstəriblər. Əvvəlcə onlar fotosərginin təşkilinə etiraz ediblər. Çıxış edənlərin məhz bu şəkillərin təsiri altına düşdüklərini iddia ediblər.


Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın çıxışı erməniləri daha pis vəziyyətdə qoyub. Millət vəkilinin konkret faktlarla ermənilərin iç üzünü açması, Xocalı soyqırımını törədənlərinin adlarını çəkməsi, sərgidə nümayiş olunan foto, video və çap materiallarının əhəmiyyətini qeyd etməsi ermənilərin etirazına səbəb olub.
Yerusəlimdə fəaliyyət göstərən erməni icmasının rəhbəri konransın işinə mane olmağa çalışsa da, buna nail ola bilməyib. Millət vəkili Qənirə Paşayeva ermənilərin bu təxribatına baxmayaraq öz çıxışını davam etdirib və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə ətraflı məlumat veribr. O, konfransda təxribat göstərməyə çalışan ermənilərə üz tutaraq “indi Xocalı soyqırımı ilə bağlı film nümayiş olunacaq və siz millətinizin necə dəhşətli bir soyqırım törətdiyini izləyə biləcəksiniz. Əgər sizin bir az da olsa insanlığınız və vicdanınız qalıbsa, millətiniz adına Xocalıda törədilən soyqırıma görə üzr istəməlisiniz. Xocalıda soyqırım törədənlər, bu gün Errmənistanda oturan hər kəs ədalət qarşısında cavab verəcək və Azərbaycan xalqı bunu təmin etməklə bərabər, yerlə-yeksan edilən Xocalını işğaldan azad edəcəkdir”.


Millət vəkilinin sərt cavabından və filmin nümayişindən sonra Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyət nümayəndələri, akademiyanın tələbələri ermənilərdən zalı tərk etməyi tələb ediblər. Erməni vəhşiliyini pisləyən şüarlar səslənib. Tələbələr və ictimaiyyət nümayəndələri “yaxşı olar ki, sizin əməllərinizi sübut edən fotolara baxıb utanın”, “öz vəhşiliyinizi burada da nümayiş etdirməyin”, “hamı sizin kimliyinizi, necə vəhşi olduğunuzu bilir”, “erməni cəlladları öz layiqli cəzalarını almalıdırlar” və s. şüarlar səsləndiriblər.

Ermənilər konfransın işini poza bilməyib və zalı tərk etmişdilər və tədbir davam etdirilib. Bu barədə deputat Q.Paşayevanın özü məlumat verib.

Geri dön