Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhəmməd Rəhmanifər: ‘Telegram’-ın gənc istifadəçiləri türkcə yazır – Müsahibə / AUDİO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Məhəmməd Rəhmanifər: ‘Telegram’-ın gənc istifadəçiləri türkcə yazır – Müsahibə / AUDİO

Məhəmməd Rəhmanifər: ‘Telegram’-ın gənc istifadəçiləri türkcə yazır – Müsahibə / AUDİO


Telegram İranda ən çox istifadə edilən ani mesajlaşma sistemidir. Ani mesajlaşma sistemi Telegram-ın İran əhalisinin dörddə biri tərəfindən istifadə edildiyi təxmin edilir. Təbrizdən “Amerikanın Səsi”nə danışan yazar və tərcüməçi Məhəmməd Rəhmanifər Güney Azərbaycanda müxtəlif qruplar o cümlədən, yazarlar, sənətçilər və türk fəalların həmin mesajlaşma sistemindəki fəaliyyətlərini şərh edib. O, türk dilindən Telegram söhbətlərində geniş istifadə edildiyini bildirir.
Məhəmməd Rəhmanifər Güney Azərbaycanda da toplumun müxtəlif qruplarının Telegram vasitəsilə bir-birləri ilə əlaqə qurduğunu söyləyir:
“Telegram virtual mühitdə olan azsaylı kanallardandır ki senzuraya məruz qalmır, filter olunmur. Məsələn, Facebooka filter qoyulur. Hər kəs Facebook-da irtibat qurmaq, yazışmaq imkanı tapa bilmir. Amma, Telegrama filter qoyulmur. Buna görə, mobil telefonu olan hər kəs bu vasitə ilə irtibat qura bilir. Güney Azərbaycanda müxtəlif çevrələr bundan istifadə edir. Akademik çevrələrdən olan bütün gənclər və hətta yeniyetmələr də Telegeramdadırlar.”
“Telegramda tanınmış yazarların çoxunun ya özlərinə məxsus kanalları vardır ya da bunlar başqa kanallar, başqa qruplarda yazılarını paylaşa bilirlər. Kitab tanıtdırmaq üçün kannallarımız var ki, bunların fəaliyyəti özəl olur. Xüsusilə türk dilində nəşr edən yayın evləri və kitab evlərinin də bəzisinin kanalı var. Bu baxımdan yaxşıır, yaxşı istifadə olunur.
Türkcə yazışmaq mövzusunda da durum yaxşıdır. Təsəvvür edin ki, yeniyetmələr və gənclər gəlirlər telegrama və orada bir mühitdə görürlər ki, hamı bir-biri ilə türkcə yazışır. Bunlar məktəblərdə türkcə yaza bilmir amma burada yoldaşlarının türkcə yazışmasını görüb və türkcə yazmağa başlayırlar.
Amma, mənim tənqidim bundan sonranındır. Türkcə yazılarda səhvlər həddən artıq çoxdur. Bu, da normaldır. Çünki, Telegram məktəbin yerini vermir, kitabın yerini vermir.”
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
TIKLAYIN

Geri dön