Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Fərəc Quliyev > Fərəc Quliyev: Erməni hərbçilərinə bildirdik ki, Azərbaycandan gəlmişik, deputatlarıq
Fərəc Quliyev: Erməni hərbçilərinə bildirdik ki, Azərbaycandan gəlmişik, deputatlarıq |
"Bunu çox təəccüblə qarşıladılar"
Milli Məclisin bir neçə deputatının Ermənistanda keçirilən beynəlxalq tədbirdə iştirakı bəzi şəxslər tərəfindən birmənalı qarşılanmadı. Hətta buna ağız büzüb, narazılıq edənlər də oldu. Amma millət vəkili Fərəc Quliyev fərqli mövqeni bölüşür. Deputatla söhbətimizdə bununla bağlı bütün məsələlərə aydınlıq gətirdik: - Ermənistanda keçirilən tədbirlə bağlı iki məsələ vardı - biz ya bu tədbirə getməli, ya da getməməli idik. Əgər getməsəydik ki, - bu səfərdən sonra rahat şəkildə proqnoz vermək mümkündür - ermənilər ən azından Avronestin bir komitəsinin iclasında Qarabağ nümayəndəliyinin masasında bir nəfəri əyləşdirib, onu danışdırasıydılar. Bunun üçün masa da ayırmışdılar. Digər tərəfdən, Sarkisyanla görüşdə məlum oldu ki, Ermənistan prezidenti Avropa parlamentarilərinin suallarına cavab verərkən ağzına gələni danışacaqdı və bu məsələlər də cavabsız qalacaqdı. Ən azı iki amilə görə bizim orada iştirakımız və bu məsələlərə aydınlıq gətirməyimiz məqbul idi. Biz getmək məsələsində düşünürdük ki, bu, Ermənistanın deyil, Avronestin tədbiri olduğu üçün orada iştirak edirik. Bir daha bəyan edirəm - əgər bu, Ermənistanla Azərbaycan arasında razılaşma ilə bağlı tədbir olsaydı, mən birmənalı olaraq orada iştirak etməzdim. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmayınca onlarla hər hansı əməkdaşlıq mümkün deyil. Bu, mənim qəti mövqeyimdir. Amma Avropa təsisatları məkan olaraq komitə iclası üçün Ermənistanı seçiblərsə, orada iştirak etməməyimiz bir qədər yanlış olardı. Hesab edirəm qəbul etdiyimiz qərar doğrudur və sonra baş verənlər də bunu göstərdi. Söhbətə girişi niyə burdan verdim? Məsələ burasındadır ki, ermənilər bu beynəlxalq tədbirdə iştirakımızı qətiyyən istəmirdilər. Proqramı elə tərtib eləmişdilər ki, biz ona etiraz edək. Yadınızdadırsa, mən bununla bağlı Milli Məclisdə məsələ qaldırdım. Bildirdim ki, bu proqram köntöydür və orada iştirak edə bilmərik. Proqramda qondarma soy qırımı abidəsini və muzeyini ziyarət etmək vardı. Sonra Azərbaycan nümayəndə heyəti Avronest rəhbərliyi, Avropa Parlamenti ilə əlaqə saxladı. Razılığa gəldik ki, biz yalnız iclasların rəsmi hissələrində iştirak edəcəyik. Amma ora gedəndə də bizə süni maneələr törətməyə başladılar. İdeoloji cəhətdən maneə törətmək axtarışları bir nəticə vermədi. Təbii ki, səfərdən əvvəl Azərbaycan rəhbərliyi Avropa Parlamenti ilə əlaqə saxlayırdı. Onlar isə Ermənistanla...Bizim təhlükəsizlik məsələmiz təmin olunmalı idi. Ermənistan isə Avropa Parlamentinə və bizə təminat verir ki, bizi Moskvada qarşılayıb, sona qədər müşayiət edəcək. Amma ora gedəndə bizi Moskvada qarşılamadılar və katibliyimiz Ermənistanla əlaqə saxlayıb, buna aydınlıq gətirilməsini istədi. Onlar düşünürdülər ki, Moskvadan geri qayıdacağıq, çünki təhlükəsizliyimiz təmin olunmurdu. Lakin dedik, gəlirik, bizi qarşılayın. Söz verdilər ki, hətta təyyarəyə daxil olub, bizi yerimizdən götürüb, sona qədər müşayiət edəcəklər. Ora gedəndə bizi heç kim qarşılamadı, təyyarə artıq enmə xəttində dayanmışdı. İstəyirdi ki, bir tərəfə gedək, amma dedilər ki, yox, hamı ilə bərabər düz gedəcəksiniz. Bizi tanımırdılar, bilmirdilər ki, kimik. Heç kim qarşılamadığına görə gözlədik, erməni sərnişinlər çıxıb getmişdilər. Hərbçilərə yaxınlaşıb bildirdik ki, Azərbaycandan Avronestin tədbirində iştirak etmək üçün gəlmişik, deputatlarıq. Bunu çox təəccüblə qarşıladılar. Bizi orada bir neçə dəqiqə saxlayıb, ən müxtəlif yerlərlə əlaqə saxladılar. Sonra isə aeroportdakı təcrid otağına apardılar. Görüntü olaraq belə nümayiş etdirirdilər ki, həmin otağa sərhəd pozucuları, habelə sənədləri qaydasında olmayanları gətirirlər, bu, saxlama otağı idi. Yarım saata qədər də orada qaldıq. Guya haraylasa əlaqə yaratdılar və bundan sonra arxamızca onların təhlükəsizlik məsələlərini həyata keçirən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəldilər və bizi apardılar. Bizi bilməyərəkdən belə qarşılamaq mümkün deyildi, bu, ola bilməzdi. Sadəcə, bununla gözümüzü qorxutmaq, sonrakı davranışlarımızı bəri başdan təsir göstərmək niyyətində idilər. Bu, sonra da göründü. Amma biz mövqeyimizdə qətiyyətli olduq və ən azından Azərbaycanı layiqincə təmsil etdik. Ən azından Sarkisyanla görüşdə mənim ona qanunlara əsaslanan fikirləri sərt şəkildə deməyim, parlamentin iclasında bizim deputatların münasibət bildirmələri, Qarabağ adına ayırdıqları masaya etiraz etməyimiz buna sübut idi. Qeyd edim ki, orada Qarabağın nümayəndəsini əyləşdirmək istəyirdilər. Avronestin həmsədrlərindən ukraynalı Tarasyuk da bu məsələyə müdaxilə etdi. Yarım saatlıq mübahisədən sonra bunun qarşısını aldıq. Bütün maneçiliklərə baxmayaraq, ümumilikdə, bizim ora getməyimiz çox əhəmiyyətli idi. - Qüdrət Həsənquliyev soruşur ki, "bizim deputatlarımızın istintaq təcridxanasında saxlanılması bizə çoxmu lazım idi?" - Lazım idi, mən əvvəl də dedim. Bu, Ermənistanın tədbiri deyildi. Adi, primitiv savadı olan adamlar bunu bilməlidir ki, həmin tədbir Avropa Parlamentinə məxsus idi. Avropa Parlamenti Assambleyasının - Avronestin növbəti tədbiri burada - apreldə Bakıda olacaq. Ondan sonra isə Ukrayna və Gürcüstanda da tədbirlərin keçirilməsi gözlənilir. Ümumiyyətlə, yanaşma bundan ibarətdir ki, Avropa Parlamentinin binasından kənarda tədbirlər keçirilsin. Bunu Şərq Tərəfdaşlığı ölkələrində reallaşdırmaqla, iqtisadi inteqrasiyadan başqa siyasi yaxınlaşmaları da tənzimləməyə cəhdlər edilir. Beynəlxalq tədbirdə Azərbaycan nümayəndələrinin iştirak etməmələrinin zərərləri haqqında danışdım. Qayıtdıqdan sonra da mənzərə ortadadır ki, biz getməli idik. Qüdrət bəy və başqalarının subyektiv fikirləri ola bilər. Amma hər halda hesab edirəm ki, Bakıda ermənilərə pomidor atmağı qəhrəmanlıq hesab edənlər iğalçılara beş il güllə atanlara söz ata bilməzlər. Biz gedib sözümüzü demişik. Mənim orada Sarkisyana dedyim sözləri o, nəinki Ermənistandakı sarayında, heç kənarda da eşitməmişdi. Bunu demək lazım idi. Gündəlik-Bakı qəzetinə müsahibə. Müsahib - Anar Tağıyev Geri dön |