Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xeberleri
Güney Azərbaycan Xeberleri |
Güney azərbaycanlı fəal Məhsa Mehdili Urumiyyədə mühakimə olunub
Azərbaycanlı siyasi və mədəni fəal, Məhsa xanım Mehdili (Mehdizadə) Urumiyyə şəhərinin İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə olundu. Məhsa xanım mühakiməsi barədə Amerikanın səsinə məlumat verdi. Digər tərəfdən, onun mühakiməsi barədə xəbər İran Türkləri və Farslarının xəbər sitələrində geniş şəkildə yayılıb. Mehdili Urumiyyə şəhərinin ETTELAAT idarəsində 16 gün təkadamlıq kamerada saxlandı və ona qarşı onlarla ittiham irəli sürüldü. O əsas olaraq “İran İslan Cumhuriyyətilə zid olan qurupların xeyrinə və İran hakimiyyəti ziddinə təbliğat” ittihamı ilə mühakimə oldu. Məhsa xanım və xəbər qaynaqları məhkəmənin necə geçməsindən məlumat vermeyiblər amma ittihamın qaynaqı, onun radiyolara və TV-lərə verdiyi müsahibələr, yazdığı məqalələrdir. Beynal xalq insan haqları qanunlarına görə vətəndaşların müxalif fikir sahibi olmaq və həmin fikirləri yaymaq hüquqları var. İran İslam Cumhuriyyəti də həmin qanunları qəbul edib və icazə verib ki, İranlılar da digər insanlara tay azad şəkildə öz fikirlərin bəyan etsinlər. HRANA və Güney Azərbaycan Xəbər Mərkəzi yazırlar ki, Məhsa xanımın vəkili azərbaycanlı Musa Bərzin Xəlifəli idi. Güney Azərbaycan Öyrənci Hərəkatinin sitəsi əlavə edir ki, Məhsa xanım illər boyu xaricdə, Türkiyədə yaşayandan sonra, ailəsini görmək və habelə üniversitədən doktorluq senədlərini almaq üçün qanuni şəkildə, İrana və anadan olduğu Səlmas şəhərinə qayıdır. Bir neçə gün sonra, sənədlərini götürmək üçün Səlmasdan Urumiyyə şəhərinə səfər edir amma əmisinin evindəykən təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınır. O, 16 gün ərzində bir dəfə evlərinə telefon açıb, anasilə danışmaq imkanı tapır və sonra pulla zaminə buraxılır (vəsiqə zəmanəti). Mühakimə keçirilsə də hələ də xanım Mehdili haqqında hökm verilməyib. MİLLİ FƏAL, FƏRƏC NURİ ƏHƏRİN İNQİLAB MƏHKƏMƏSİNƏ ÇAĞIRILIB Azərbaycanın milli fəali, Fərəc Nuri, Əhər şəhərində bu tarixdə inqilab məhkəməsinə, iran rejiminin əleyhinə suç işlədiyi üçün çağırıldı.Deməliyik ki, bundan əvvəl Fərəc Nuri bəy, bir neçə yoldaşlarıyla birlikdə də 2007-ci ilin May ayının 21-i, İttilaat qüvvələri tərəfindən həbs olunmuş və muxtəlif işkəncələrə məruz qaldıqdan sonra nəhayət 2 ay həbsdən sonra girov qarşılığında sərbəst buraxılmışdı. Bir qrup Urmulu fəal qarşıdakı seçkilərlə bağlı Bəyanat yayıblar Bir qrup Urmulu milli-mədəni fəal və aktiv öyrəncilər qarşıdan gələn 9-cu dövr parlament seçkiləri ilə bağlı Bəyanat yayıblar. Bəyanatda Urmu və ümumilikdə Qərbi Azərbaycanın demqrafik qurumu nəzərə alaraq bütün soydaşlarımızdan seçkilərdə aktiv iştirak etmək və Azərbaycanın maraqlarına cavab verən namzədlərin dəstəklənməsi tələb olunur. Bəyanatda qeyd olunub ki, hansı namzəd aşağıdakı tələblərə cavab verəcəksə, o namzəd dəstəklənəcək: 1) Ölkədə türk dilinin rəsmi olmasına dair qanunun onaylanması, Anayasanın 15 və 19-cu əsllərinin icrası.2) Azərbaycanın qərbində fəaliyyət göstərən silahlı terrorçuların siyasi, iqtisadi və mədəni sahələrdəki işğalçılıqlarına qarşı kəskin mübarizə.3) Urmu Gölünü qurumaqdan qurtarmaq uğrunda kəskin qərarın verilməsi və onun icrası.4) Azərbaycanda Geniş ictimai və mədəni problemlərə səbəb olan, iqtisadi çətinlikləri aradan qaldırmaq uğrunda kəskin mübarizə.5) Azərbaycanın zəngin mədəniyyətinə xüsusi diqqət ayırmaq.6) Azərbaycanlı fəallar və elitanın (nüxbələr) fikirlərindən bölgə siyasətində istifadə etmək. Ermənistan İrandan benzin alacaq İranın neft naziri Rüstəm Qasımi və Ermənistanın energetika naziri Armen Movsisyan bu gün İrandan Ermənistana benzin və digər neft məhsullarının ixracını nəzərdə tutan sazişi imzalayıblar. Bu barədə "Mehr" agentliyi məlumat verib. Sazişə əsasən, İran Ermənistana benzin, dizel yanacağı, kerosin və aviasiya yanacağı tədarük edəcək. Tərəflər həmçinin sərhəd zonasında neft terminalının tikintisi haqqında da razılığa gəlib. İran sutkada təxminən 50 milyon litr benzin və 100 milyon litr maye qaz istehsal etmək iqtidarındadır. İran Milli Neft Emalı Şirkətinin direktoru Əlirza Zeyqami deyib ki, İran hazırda qonşu ölkələrə benzin və dizel yanacağı ixrac edir. Onun sözlərinə görə, İraq, Ermənistan, Əfqanıstan və Pakistan hazırda İrandan benzin və dizel yanacağı idxal edir və ya idxal etməyi planlaşdırır. İran Azərbaycandan rəsmi izahat istəyib İran Azərbaycanın İsraildən 1,6 milyard dollar dəyərində silah alması ilə balı yayılan xəbərə rəsmi izahat verilməsini tələb edib. İRNA agentliyinə istinadən verilən məlumata görə, bununla bağlı Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. Cavanşir Axundov bildirib ki, Azərbaycanın İsraildən aldığı silahlar yalnız Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi üçün istifadə ediləcək. Səfir qeyd edib ki, bu silah digər ölkələrə, o cümlədən İrana qarşı istifadə olunmayacaq. Cavanşir Axundov Azərbaycanın İranla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu söyləyib. Tehran öz neftini qızıla və idxalçıların milli pullarına satmağa hazırdır Hesablaşma valyutası qismində ABŞ dollarını əvəz etmək üçün İran ixrac olunmuş neftə görə ödəniş kimi idxalçı ölkənin milli valyutası, həmçinin qızılı qəbul etməyə hazırdır.Gün.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Mahmudə Bəhməni bildirib. “Xarici dövlətlərlə ticarətdə İran yalnız ABŞ dollarından istifadə ilə məhdudlaşmır, bizim ticarət tərəfdaşımız öz milli valyutasını da ödəniş qismində təqdim edə bilər. Ölkə bizimlə qızılla hesablaşmağı istəsə, biz onu heç bir ilkin şərt olmadan qəbul edəcəyik” – deyə, M.Bəhməni bildirib. Ekspertlər (karşünaslar) artıq qeyd ediblər ki, İranın Mərkəzi Bankı bu addımı iyuldan başlayaraq xam neftin tədarükünə embarqonu nəzərdə tutan sanksiyalarla əlaqədar atıb. Bundan başqa, ABŞ İranla ticarət apararaq, dollardan istifadə edənlərə qarşı da embarqo tətbiq olunacağını bəyan edib.Qeyd edək ki, artıq ötən həftə Tehran Fransa və Böyük Britaniyaya neft tədarükündən imtina edib. Əhmədinəjad-dan şok açıqlama:Xamneyinin oğlu ölkənin 1.600.000.000 Avro pulunu mənimsəyib İranın xəbər mənbələrindən olan “Cərəs” in yaydığı məlumata əsasən son günlərdə İranın təhlükəsizlik naziri Heydər Moslehi,Ədliyə nazirinin müvini İbrahim Rəisi və ölkənin nəzarət və təftiş komisiyasının sədri Mustafa Purməhəmmədi İran Prezidenti Mahmud Əhmədinəjadla görüş keçirib.Görüş zamanı onlar Əhmədinəjada bildiriblər ki,onun katibi və müavini olan Rəhim Məşayinin ölkə büdcəsindən 3 milyard dollara yaxın pulu mənimsədiyi haqda onlarda kifayət qədər faktlar olduğunu bildiriblər və Rəhim Məşaini həbs edilməsinə razılıq verməsini Əhmədinəjaddan tələb ediblər. Mahmud Əhmədinəjad onlara bildirib ki mən razıyam amma bir şərtim var əgər ölkədə bütün dövlət pullarını mənimsəyən adamlarıda həbs edəcəksiniz onda Məşayinin həbsinə etiraz etmərəm mənimdə əlimdə kifayət qədər faktlar var ki Ayəıtullah Xameneyinin oğlu seyid Müctəba Xameneyi ölkənin xəzinəsində 1.600.000.000 Avro mənimsəyib əgər siz hər iki şəxsin eyni vaxta həbs edərək istintaqa cəlb etməyə söz versəniz mən sizinlə razılaşaram.Xatırladaq ki,İranda birinci dəfədir ki,ölkənin dini lideri və ali baş komandanın öğlu pul oğruluğunda itiham olunur. İranda 8 universitetin tələbələri parlament seçkilərini baykot edəcəklırini bəyan etdilər Iranın müxalifət tərfdarı olan “Cərəs” xəbər mərkəzinin29.02.2012-ci il tarixində yaydığı məlumata əsasən İranda daha 8 universitetin tələbələri parlament seçkilərini baykot edəcəklırini bəyan ediblər.Bəyanatlar Tehran ,Tehran poltexnik universiteti,Urmiyə,Məşhəd,Simnan və İsfəhan universitetləri tərəfindən 28.Fevral 2012-ci ildə yazılı formada həmin şəhərlərdə yayılıb.Bəyanatlarda bildirilir ki 33-il müdətində İranda hakimiyyətdə olan molla rejimi İran xalqlarına Fəlakət,müharibə,işsizlik,aclıq,yoxsulluq,narkomaniya,edam,işkəncə,həbs və beynəlxalq aləmdə İran xalqlarının imicinə zərbədən başqa heç bir şey gətirməyən rejimin qondarma sçkilərində iştirak etmək yanlız bu rejimi xalqı dahda ağır fəlakətlərə sürükləməyə imkan yaratmaqdan başqa bir şey deyil.Biz universitet tələbələri olaraq rejimin qondarma seçkilərini qanunsuz hesab edərək qarşıdan gələn “Parlament” seçkilərdə iştirak etməyəcəyimizi birdaha bəyan edirik və bütün iran xalqlarından bu qeyri insani hakimiyyətin qondarma və öncədən hazırlanmış senari əsasında keçiriləcək “seçkilərə” qatılmamağı tövsiyə edirik.Bu seçkilərə qatılmaq cinayətkar hakimiyətin ömrünü uzaltmaqa xidmət etməkdən başqa bir nəticəsi olmayacaq. Xatırladaq ki 8 universitetin bəyanatları demək olar ki məzmun cəhtdən eyni məna daşıyır bütün bəyanatlarda yaxınlaşan parlament seçkilərini baykot edəcəklərini və xalqıda seçkilərə qatılmamağ təklif olunub. İranın Kimya sənayəsi zavodunun bir qurup işçiləri parlament seçklərini baykot edəcəklərini bəyan ediblər İranglobal saytının 29.02.2012-ci il tarixində yaydığı məlumata əsasn İranın Kimya sənayəsi zavodunun bir qurup işçiləri parlament seçklərini baykot edəcəklərini bəyan ediblər.Bəyanatda bildirilir ki biz İranın Kimya sənayəsi zavodunun bir qurup işçiləri bəyan edirik ki.iki il bundan öncə İran xalqları ölkədə demokratik bir hakimiyətin bərqərar olması naminə prezident seçkilərinə qatıldılar və iranda uzun ilərdən sonra demokratik seçki olacağına inandılar.Lakin seçkilərin nəticəsi elan olunadan sonra məlum oldu ki,seçkilərin nəticələri inalılmaz dərəcədə saxtalaşdırılıb xalq bu saxtakarlığa qarşı kütləvi etiraz aksiyalarına başladı və nəticədə minlərlə azadlıq və ədaləıt tərəfdarı olan insanlar rejimin əli çomaqlıları tırıfindən vəhşicəsinə döyüldü,həbsxanalarda işkəncə,təcavuz və təhqirlərə məruz qaldı yuzlərlə günahsız insan isə küçələrdə,həbsxanalarda öldürüldü.Bügün hələ iki il bundan öncə günahsız həbs olunan minlərlə insanımız həbsxanalarda ağır təziq və işkəncələr altındadır.Rejimin növbəti qondarma parlament seçkilərinində nəticəsi elə 33-il necə olubsa o minvallada davam edəcək buna görədə bu qondarma seçkilərdə iştirak etmək iranın azadlığı və demokratikləşməsi yolunda canlarından keçən və hal hazırda ev dustağı olan və həbsxanalarda ağır təziq və işkəncələrə məruz qalan bacı və qardaşlarımıza xəyanətdir. Biz birdaha bəyan edirik ki qarşıdan gələn parlament seçkiləri baykot edirik və həmin seçkilərin nəticələrinidə etibarsız hesab edirik və bütün millətimizi bu qondarma seçilərə qatılmamağı tövsiyə edirik. Hörmətlə İranın Kimya sənayəsi zavodunun bir qurup işçisi Əhmədinəjad-dan şok açıqlama:Xamneyinin oğlu ölkənin 1.600.000.000 Avro pulunu mənimsəyib İranın xəbər mənbələrindən olan “Cərəs” in yaydığı məlumata əsasən son günlərdə İranın təhlükəsizlik naziri Heydər Moslehi,Ədliyə nazirinin müvini İbrahim Rəisi və ölkənin nəzarət və təftiş komisiyasının sədri Mustafa Purməhəmmədi İran Prezidenti Mahmud Əhmədinəjadla görüş keçirib.Görüş zamanı onlar Əhmədinəjada bildiriblər ki,onun katibi və müavini olan Rəhim Məşayinin ölkə büdcəsindən 3 milyard dollara yaxın pulu mənimsədiyi haqda onlarda kifayət qədər faktlar olduğunu bildiriblər və Rəhim Məşaini həbs edilməsinə razılıq verməsini Əhmədinəjaddan tələb ediblər. Mahmud Əhmədinəjad onlara bildirib ki mən razıyam amma bir şərtim var əgər ölkədə bütün dövlət pullarını mənimsəyən adamlarıda həbs edəcəksiniz onda Məşayinin həbsinə etiraz etmərəm mənimdə əlimdə kifayət qədər faktlar var ki Ayəıtullah Xameneyinin oğlu seyid Müctəba Xameneyi ölkənin xəzinəsində 1.600.000.000 Avro mənimsəyib əgər siz hər iki şəxsin eyni vaxta həbs edərək istintaqa cəlb etməyə söz versəniz mən sizinlə razılaşaram. Xatırladaq ki,İranda birinci dəfədir ki,ölkənin dini lideri və ali baş komandanın öğlu pul oğruluğunda itiham olunur. Geri dön |