Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şuranın maliyyə dəstəyilə “Məcburi köçkün uşaqlar üçün yay təlim düşərgəsi” layihəsini həyata keçirilmişdir.
Şuranın maliyyə dəstəyilə “Məcburi köçkün uşaqlar üçün yay təlim düşərgəsi” layihəsini həyata keçirilmişdir. |
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Məcburi köçkün uşaqlar üçün yay təlim düşərgəsi” layihəsini həyata keçirmişdir.
Layihənin əsas məqsədi məcburi köçkün uşaqların yay istirahətini təşkil etməklə bərabər Azərbaycanın tarixi, yaxın tarixi, dövlətçilik ənənələri haqqında məktəblilərin marifləndirilməsi olmuşdur. Yay təlim düşərgəsini açılış nitqi ilə açan layihənin koordinatoru, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Goranboy rayonunda yerləşən “Piramida” İstirahət Mərkəzində həyata keçirilən layihəyə işğal olunmuş rayonlardan 26 məktəblinin cəlb edildiyini, onların istirahəti və təlimi üçün bütün zəruri şəraitin yaradıldığını bildirdi. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına belə bir layihənin maliyyələşdirilməsinə dəstək göstərdiyi üçün təşəkkürünü bildirdi. Böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Azərbaycan tarixinin, xüsusən Ermənistanın Azərbaycana təcavüzünün, Xocalı soyqırımının dərindən öyrənərək yaddaşlara yazılmasında və gələcək nəsillərə ötürülməsində bu istiqamətdə həyata keçirilən layihələrin xüsusi önəm daşıdığını qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial mövqe, Azərbaycan ordusuna və gənclərinə göstərdiyi diqqət və qayğının 2-5 aprel döyüşlərindən sonra bir daha təsdiqini tapdığını vurğuladı. Layihənin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin məsul əməkdaşı Həsən Səmədov çıxış edərək Şura tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması və Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihələrin dəstəkləndiyini, bundan sonrada bu istiqamətdə təqdim ediləcək layihələrə üstünlük veriləcəyini bildirdi. Layihə müddətində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov istirahət düşərgəsində iştirak edən məktəblilərlə görüşə gələrək Qarabağın qədim tarix və mədəniyyət abidələri barədə geniş məruzə etdi. Natiq ermənilərin Azərbaycanın qədim tarix və mədəniyyət abidələrini saxtalaşdıraraq erməniləşdirməyə çalışdıqlarını, saxtalaşdıra bilmədiklərini isə dağıdaraq məhv etdiklərini bildirdi. A.Xəlilov bu faktları əks etdirən kitabları və hazırlanan filmləri məktəblilərə hədiyyə edərək Azərbaycan tarixini dərindən öyrənməyin vacibliyini tövsiyyə etdi. Layihənin davam etdiyi müddət ərzində təlimçi Vəfa İsmayılova Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş ailələrdən olan məktəblilərə Qarabağın tarixi, mədəniyyət abidələri, işğala qədərki və işğaldan sonrakı vəziyyətləri barədə geniş mühazirələr söylədi. İnteraktiv oyunlar, idman yarışları və s. uşaqların istirahətini daha da maraqlı etdi. Gəncə-2016 Avropa Gənclər Paytaxtına məktəblilərin ekskursiyası isə daha maraqlı oldu. Gəncədə Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilərə Mərkəzin əməkdaşları tərəfindən xüsusi qayğı göstərildi. Ümummilli Lider Heydər Əliyevin məktəb illərindən tutmuş bütün fəaliyyətini əks etdirən foto-stendlərlə məktəblilər müfəssəl tanış oldular. Nizami Gəncəvinin Məqbərəsini, Muzeyini, Şah Abbas Məscidini, Xan bağını və s. ekskursiya edən məktəblilər bu layihə müddətindəki xoş təəssüratlarını heç vaxt unutmayacaqlarını və belə layihələrin davamlı olmasını arzuladılar. yknews.az Geri dön |