Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rio-2016: Bu gün 5 idmançımız mübarizəyə qoşulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Rio-2016: Bu gün 5 idmançımız mübarizəyə qoşulur

Rio-2016: Bu gün 5 idmançımız mübarizəyə qoşulur


Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 13-cü günündə 5 idmançımız mübarizəyə qoşulacaq.

Kanoeçi Valentin Demyanenko Bakı vaxtı ilə saat 16:23-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılacaq.

Saat 17:11-də kayakçımız İnna Osipenko-Radomskaya isə 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşündə mübarizə aparacaq.

Bundan başqa, saat 17:24-də qadın güləşçimiz Natalya Sinişin 53 kq çəkidə medal qazanmaq üçün xalça üzərinə çıxacaq.

Həmçinin, saat 18:00-da triatlonçu Rostislav Pevtsov 56 idmançı arasında 1,5 km məsafəni üzüb keçdikdən sonra 43 km-lik yolu velosipedlə qət etməli və 10 km qaçaraq finişə çatmalıdır.

Saat 22:00-da isə artıq ən azı bürünc medalı təmin etmiş boksçumuz Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində yarımfinal qarşılaşmasında Kuba idmançısı Arlen Lopeslə döyüşəcək.

Ümumilikdə idmançılarımız Rio-2016-da 3 gümüş və 4 bürünc medal qazanıblar. İki boksçumuz isə minimum bürünc medalı təmin edib.

Geri dön