Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Olimpiadanın on dördüncü günündə altı Azərbaycan idmançısı yarışacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Olimpiadanın on dördüncü günündə altı Azərbaycan idmançısı yarışacaq

Olimpiadanın on dördüncü günündə altı Azərbaycan idmançısı yarışacaq


Olimpiadanın on dördüncü günündə altı Azərbaycan idmançısı yarışacaq.

Avqustun 19-u Azərbaycan sərbəst güləşciləri Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq) , taekvondoçular Milad Beiqi Harçeqani (kişilər, 80 kq) və Fəridə Əzizova (qadınlar, 67 kq), qadın gimnast Marina Durunda (çoxnövçülük) yarışlara qatılacaqlar.

Həmçinin boksçu Lorenzo Sotomayor (-64 kq) finala vəsiqə qazanmaq üçün rinqə çıxacaq.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay
Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.

Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Geri dön