Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ombudsmanın ünvanına korrupsiya ilə bağlı daxil olan müraciətlərin sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Ombudsmanın ünvanına korrupsiya ilə bağlı daxil olan müraciətlərin sayı artıb

Ombudsmanın ünvanına korrupsiya ilə bağlı daxil olan müraciətlərin sayı artıb


Ötən il Ombudsmanın ünvanına vətəndaşlardan korrupsiya və rüşvətlə bağlı daxil olan müraciətlərin sayı artıb.
Bu barədə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında ombudsman Elmira Süleymanovanın 2011-ci il üzrə illik məruzəsində bildirilir.
Məruzədə bildirilir ki, Ombudsmanın ünvanına korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə bağlı 797 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə 30,6 faiz çoxdur.
Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi ilə bağlı məlumatlarla yanaşı, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatların fəaliyyətindən narazılıqlar da əksini tapıb.
Müvəkkli tərəfindən prokuroluq orqanlarına korrupsiya və rüşvət tələbetmə kimi halları özündə əks etdirən şikayətlərlə bağlı 102 sorğu göndərilib. Onlardan 1 şikayət üzrə cinayət işi açılıb, 21 şikayət təmin edilib, 11 şikayət məhkəmədə çıxarılan qəraların obyektivliyinin təmin olunması məqsədilə Dövlət İttihamının Müdafiəsi İdarəsi vasitəsilə məhkəməyə göndərilib, 43 şikayət üzrə cinayət işinin başlanması rədd olunub, 22 şikayət cinayət işinə əlavə edilərək araşdırılıb, 5 şikayət üzrə araşdırma davam etdirilir.
Bu müraciətlərdə qeydiyyat və notariat orqanlarında sənədlərin qeydə alınmasında, torpaq sahəsinin alınması və ya icarəyə götürülməsində, özbaşına tikililərin aparılması prosesində, mənzil istismar sahələrindən, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində, ünvanlı sosial yardımların təyin olunmasında, tibbi-sosial ekspert komissiyalarında əlillik dərəcəsinin müəyyən edilməsində, şəxsiyyət vəsiqələrinin və digər sənədlərin alınması sahəsində, dövlət yol polisində korrupsiya halları əksini tapıb.
Ombudsman məruzəsində hərbi komissarlıqların tibb komissiyaları və hərbi komissarlıqlarda yol verilən rüşvət hallarına diqqəti yönəldib və bu sahənin işinə nəzarətin gücləndirilməsi və zəruri tədbirlərin görülməsini vacib sayıb.
Ombudsman mənzil kommunal təsərrüfatı sistemində struktur islahatlarının aparılması, mənzil istismar sahələrinin ləğv edilməsi və səlahiyyətlərinin bələdiyyələrə verilməsi, ünvanlı dövlət sosial yardımlarının təyin və təmin edilməsi mexanizmlərinin təkmilləşdirliməsini təklif edir.

Geri dön