Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > 13 yaşadək uşaqlarda xərçəng xəstəliyi artıb
13 yaşadək uşaqlarda xərçəng xəstəliyi artıb |
Azərbaycanda 13 yaşadək uşaqlar arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2015-ci ildə 10 183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 4967-si kişi, 5216-sı qadın olub. Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub. 2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, 2015-ci ildə 113 olub. Ötən il bu diaqnozun qoyulduğu uşaqların 66-sı oğlan, 47-si qız olub. Ötən il 14-17 yaşlı uşaqların 24-nə (11 oğlan, 13 qız) ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb. 2014-cü ildə əhalinin hər 100 000 nəfərinin 101,4 nəfərinə, 2015-ci ildə isə 106,9 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Geri dön |