Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > İrandan «Eurovision» əleyhinə kampaniya
İrandan «Eurovision» əleyhinə kampaniya |
Ermənistan artıq bu kimi proseslərdə özünü həm də İranın forpostu kimi aparır
Akif Nağı: «Tehran və İrəvan ölkəmizin mahnı festivalından istifadə edərək Qarabağ həqiqətlərini dünyaya çatdıracağından narahatdır» Əliyar Səfərli: «»Eurovision» qarşı çıxması onu göstərir ki, «Azərbaycanın nüfuzunun son zamanlar qalxması Tehranı əndişələndirib» İranın Azərbaycan əleyhinə həyata keçirdiyi məkrli siyasət və təzyiqlər artıq çirkin kampaniya xarakteri alıb. Bu prosesdə İranın bir sıra mətbu orqanları daha çox canfəşanlıq edirlər. Gah ayətullahlar, gah da generallar ara-sıra ölkəmizin ərazi bütövlüyünü təhdid edən fikirlər səsləndirirlər. Deyəsən, İrandakı bədxahlar ölkəmizin mədəni sahədə də uğurlarını da həzm edə bilmirlər. Belə ki, ölkəmizin «Eurovision» musiqi festivalında ötənilki qələbəsi və növbəti tədbirin bu ilin mayında Azərbaycanda keçirilməsi İranı əməlli-başlı təşvişə salıb. Bunun nəticəsidir ki, molla rejimi heç bir əsas olmadan «Eurovision»ə görə də Azərbaycan əleyhinə hücuma keçir. Mötəbər bir musiqi festivalının müsəlman ölkəsində keçirilməsindən İran çox narahatdır. Özlərini islam dininin təəssübkeşləri qismində görən mollalar bundan qeyzləniblər. Özü də maraqlıdır ki, «Eurovision» əleyhinə kampaniyanı İran KİV-lərilə yanaşı həm də Ermənistanın kütləvi informasiya vasitələrində aparırlar. Daha doğrusu erməni KİV-ləri İranın «Fars», «Mehr» agentliklərinə, rəsmi İran qəzetinə istinad edərək «Eurovision»ə qarşı, onun Bakıda keçirilməsinə qarşı qərəzlərini ortaya qoyurlar. Ermənistan artıq bir növ bu kimi proseslərdə özünü həm də İranın forpostu kimi aparır. Ermənistan eyni zamanda bu mötəbər tədbirin ölkəmizdə keçirilməsindən bir qısqanclıq da keçirir. Ekspertlər də hesab edirlər ki, bu kampaniya İran-Ermənistan əməkdaşlığının bir nümunəsidir. Məqsəd ölkəmiz haqqında mənfi rəyin formalaşmasına nail olmaqdır. Məlum olduğu kimi son illər Azərbaycanın dünya miqyasında nüfuzu artmaqdadır. Artıq ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bundan başqa Azərbaycan «Böyük 20-lər»in sammitində iştirak edib. Bir sıra mötəbər tədbirlərə, o cümlədən «Eurovision»ə ev sahibliyi edir. Bütün bunlar ölkəmizə dünya miqyasında marağın artdığını göstərir. Aydın görünür ki, son illər ölkəmizin dünya miqyasında dəstəklənməsi prosesi geniş vüsət alıb. Bu nailiyyətlərimiz isə İran və Ermənistandakı rejimləri qane etmədiyindən Azərbaycanın hər bir uğuruna qara yaxmağa çalışırlar. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, İran və Ermənistan «Eurovision» festivalının ölkəmizdə keçirilməsilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılacağından və Azərbaycanın nüfuzunun bir qədər də artacağından narahatdır: «Bu musiqi festivalı istənilən bir ölkə üçün böyük hadisədir. Bu baxımdan həmin tədbirin Bakıda keçirilməsi, Azərbaycanın öz mövqeyini dünyaya tanıtdırmaq, ölkəmizin yaxından tanınması üçün də bir vasitədir. Yəni mahnı müsabiqəsindən əlavə belə tədbirlər həm də siyasi prosesdir. Azərbaycanı istəməyən ölkələr, birinci növbədə də Ermənistanla İran ona görə də çalışır ki, belə tədbirlərə kölgə salsınlar. Bir neçə gün bundan əvvəl Ermənistanda da bir qrup müğənni bəyanatla çıxış edərək ölkələrinin Bakıdakı mahnı müsabiqəsinə qatılmasının əleyhinə olduqlarını bildirmişdilər. Onlar festivalı boykot etməyə səsləyiblər. Bütün bu hay-küy də ona görədir ki, hər iki qonşumuz həmin festivalla Azərbaycanın nüfuzunun daha da artacağından təşvişə düşüb. Fikrimcə, festivalın Azərbaycanda keçirilməsi əleyhinə kampaniya aparan İran və Ermənistan bir tərəfdən ölkəmizin tədbirdən istifadə edərək Qarabağ həqiqətlərini dünyaya çatdıracağından, digər tərəfdən də daim artan nüfuzundan narahat olublar». Azərbaycanın Tehradakı keçmiş səfiri Əliyar Səfərli də bu qənaətdədir ki, İranın «»Eurovision»la bağlı narahatlığı ölkəmizin artan nüfuzundan irəli gəlir: «İranla Ermənistan arasında yaxın əlaqələrin olduğu heç kimə sirr deyil. Qarabağın işğal edilməsində İran Ermənistana hər cür yardım edib. İndi də onu həmtərəfli dəstəkləyir. İrəvanı qaz, işıq, ərzaq, silahla təchiz edir. «Eurovision» tədbirinin Bakıda keçirilməsinə qarşı əks təbliğat aparmaları İranın əslində islam dünyasına göstərdiyi «münasibətidir». Belə bir mötəbər tədbirin müsəlman ölkəsi olan Azərbaycanda keçirilməsindən məmnunluq əvəzinə, İranın festival əleyhinə kampaniya aparması onun qərəzli münasibətinin göstəricisidir». Tədbir çərçivəsində ölkəmizə xeyli sayda xarici qonaqların gələcəyini xatırladan keçmiş səfir bunun ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıdığını da vurğuladı: «Onlar ölkəmizin son illər bütün sahələrdə əldə etdiyi uğurların canlı olaraq şahidi olacaqlar. Bu isə bizi istəməyən xarici qüvvələri narahat edir. Ona görə də onlar hər fürsətdən istifadə edərək çalışırlar ki, ölkəmizi ləkələsinlər. Kim ki, həmin festival əleyhinə kampaniya aparır, deməli həm də Azərbaycan əleyhinə çıxdığını, təxribatla məşğul olduqlarını büruzə vermiş olur. «Eurovision» kimi mötəbər tədbiri ölkəsində keçirməklə Azərbaycan özünü dünya miqsayında güclü bir dövlət, mədəni xalq kimi göstərir. Tehranla İrəvan isə buna paxıllıq, həqarət edir. Ona görə də festival barədə belə əsassız rəy formalaşdırırlar. Lakin istəklərinə heç vaxt nail olmayacaqlar. Çünki bizim xalqımız mədəni, dünyəvi bir xalqdır». Rüfət SULTAN Geri dön |