Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parlament müxalifəti Milli Şuranın mitinqini dəstəkləmədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Parlament müxalifəti Milli Şuranın mitinqini dəstəkləmədi

Parlament müxalifəti Milli Şuranın mitinqini dəstəkləmədi


Sentyabrın 11-də Milli Şura mitinq keçirməyə hazırlaşır. Artıq mitinqin keçiriləcəyi məkan da bəllidir. Mitinq iştirakçıları “Məhsul” stadionuna toplaşmaq istəyir.
Həmişəki kimi mitinq məsələsində Milli Şura AXCP ilə birgə hərəkət edəcək.

Bununla belə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə hələlik cavab verməyib.
Bəs digər müxalifət partiyaları 11 sentyabrda mitinq olacaqsa, onu dəstəkləyəcəklər?

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, həmin mitinqi dəstəkləməyəcək.

“Əvvəla, müxalifətin mitinqi ilə bağlı bizə müraciət olunmayıb. İkincisi, mitinq keçirmək müxalifətin konstitusion hüququdur. Bu hüquqdan istifadə edərək mitinq həyata keçirir. Uğurlar diləyirəm. Amma bizim partiyamız referendumla bağlı təşviqat qərargahını yaradıb. Bu günlərdə, deputat seçildiyim rayona yollanacağam. Müəyyən görüşlər keçirəcəyəm. Ona görə də müxalifətin mitinqinə qatılmaq fikrim yoxdur. Mitinq keçiriləcəyi təqdirdə onu dəstəkləməyəcəm. Həmçinin, bizim partiyamız müxalifət partiyası deyil.

Siyasət elə bir sahədir ki, orada görülən işlərin nəticəsi olmalıdır. Vaxt vardı müxalifət kütləvi şəkildə insanları mitinqlərə toplaya bilirdi. İndi isə müxalifət nəinki mitinqə adam toplamaq gücündədir, heç sosial şəbəkələrdə də bunu edə bilmir. Ona görə də müxalifət partiyaları təşkil olunmalı, bir-birlərinə inanmalı, birgə hərəkət etməlidirlər. Bir müxalifət partiyası ayın 11-i, digəri 18-də edir. Belə olan halda müxalifətin birliyindən necə söhbət gedə bilər?!”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də mitinqi dəstəkləməyənlər sırasındadır.

“Bizim partiya müstəqil bir təşkilatdır. Qərarları da özümüz veririk. Müxalifətin mitinqlərində təbii ki, iştirak etməyəcəyik. Düzü, heç bilmirəm, bu müxalifət hansı tələblərlə, hansı istəklərlə mitinq keçririr.
Görünən odur ki, digər mitinqlərə qatılmadığımız kimi bu mitinqə də qatılmayacağıq. Amma bu mitinq məsələsi onların öz işləridir.Hər hansı bir təklifləri varsa, verə bilərlər.

Alternativ proqramları varsa, çıxış edə bilərlər. Köhnə bayağı davranışlarla küçələrə çıxmağın mənası yoxdur”.

Namidə BİNGÖL

Geri dön